Xalq artisti məşhur fransız
aktrisası ilə birgə filmə çəkiləcək
Rus Dram
Teatrının aktyoru, Azərbaycanın xalq artisti Hacı Murad Yagizarov Almaniyada yeni filmə
çəkiləcək. Teatrın mətbuat
xidmətindən Gecce.az-a verilən məlumata
istinadən Movqe.az bildirir
ki, H.M.Yagizarov uzun illərdir Almaniyada yaşasa da, hər il Bakıya gəlir və
çalışdığı Rus Dram Teatrının səhnəsində
maraqlı obrazlar yaradır. Məlumata
görə, Almaniyaya bu
dəfəki gedişində yeni filmdə
çəkilmək təklifi alan aktyorun tərəf müqabili
məşhur fransız aktrisası İzabel
Adjani olacaq. Xalq artisti Hacı Murad Yagizarov filmin çəkilişlərinin nə vaxt başlayacağının məlum
olmadığını deyib: "Mənim
ailəm Almaniyada yaşayır. Ona görə də, mən ilin
5-6 ayını Bakıda, qalan
vaxtlarında isə Almaniyada oluram. İlk dəfə Almaniyada "Nürnberq prosesi" filmində çəkilmişəm.
Həmin filmdə qızım Marianna da, tərcüməçi rolunu
ifa etmişdi. Yeni filmə çəkilmək təklifinə
müsbət cavab vermişəm. Yeni film romantik
janrda çəkiləcək. Ümid edirəm ki,
maraqlı ekran əsəri olacaq. Filmdə tanınmış fransız
aktrisası İzabel Adjari
ilə tərəf müqabili olacam. Çəkilişlərin nə zaman başlayacağını dəqiq deyə
bilmərəm. Hazırda isə Bakıdayam və
Rus Dram
Teatrının səhnəsində tamaşalarda
rollarımı ifa edirəm" . Qeyd edək ki, H.M.Yagizarov hazırda Rus Dram Teatrının repertuarında olan "Qurtlar və quzular" və "Artist
və onun kölgəsi"
tamaşalarında çıxış edir.Dekabrın 4-də
"Artist və onun kölgəsi"
tamaşası növbəti dəfə nümayiş
etdiriləcək. Bu tamaşa
H.M.Yagizarovun 75 illik yubileyi münasibətilə hazırlanıb.
Mövqe.- 2015.- 3 dekabr.- S.5