Nikita Mixalkov Bakıda ustad
dərsi keçib
Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov Dövlət Film Fondunda olub. Fondun mətbuat xidmətindən Movqe.az APA-ya verilən məlumata istinadən bildirir ki, kinorejissorla Azərbaycanın gənc aktyorlarının və kinorejissorlarının görüşü təşkil olunub. N. Mixalkov ustad dərsləri keçib, filmin çəkiliş qayda və təcrübəsindən danışıb, aktyorları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, dekabrın
4-də Heydər Əliyev
Sarayında N. Mixalkovun
70 illik yubileyi münasibətilə tədbir
keçiriləcək.
Movqe.- 2015.- 4 dekabr.-
S.- 4