Yaponiyanın məşhur musiqi qrupu Bakıdadır
Dekabrın 17-də Yaponiyanın
"VA-LİQA” musiqi qrupu
Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. Movqe.az Azərtac-a
istinadən xəbər verir ki, Yaponiyanın Bakıdakı səfirliyinin və
JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı
ilə gerçəkləşən konsert
"Gündoğar ölkə ilə Odlar Yurdunun
qovuşması” adı altında baş tutub. Konsert proqramından əvvəl Yaponiyanın
Bakıdakı səfiri Tsuquo Takahaşi çıxış edən son illər Azərbaycan ilə Yaponiya
arasında dostluq və əməkdaşlıq
münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən
danışıb. Diplomat Yaponiyanın hər zaman Azərbaycanla
əlaqələrin daha da
genişlənməsində maraqlı olduğunu
bildirib və belə konsertlərin mövcud mədəni münasibətlərin daha da möhkəmlənməsinə
öz töhfəsini verəcəyinmi
vurğulayıb. Konsertində "VA-LİQA” musiqi qrupu Yaponiyanın simli aləti (tsuqaru şamisen) və nəfəs aləti (şakuhaçi), həmçinin milli muğamımıza bənzəyən folklor mahnısı "minyo"nu təqdim edib. Böyük maraqla
qarşılanan gecədə, həmçinin Azərbaycanın
bir sıra muğam
ifaçılar ilə yaponiyalı musiqiçilərin
repertuarında hər iki ölkənin milli mahnılarının sintezi
səsləndirilib. Qeyd edək ki, yaponiyalı prodüser Takaku Terutoşinin rəhbərliyi ilə nümayiş olunan konsert ölkənin mədəniyyətini təbliğ
etməklə yanaşı, həm də xalqlar
arasında qarşılıqlı mədəni əlaqələrin
inkişafı və dərinləşdirməkdə olan dostluq münasibətlərinin
bəhrəsidir. "VA-LİQA” musiqi
qrupu indiyədək dünyanın
müxtəlif ölkələrində 300-dən artıq
çıxışlar edib. Həmçinin,
qrup müxtəlif janrlarda
olan yapon ənənəvi
musiqisi ilə yanaşı, həm də onun xarici ölkələrdə
tanıdılması və təbliği ilə məşğuldur.
Mövqe.-
2015.- 21 dekabr.- S. 8