Azərbaycan vokalisti
beynəlxalq müsabiqədə ikinci yeri tutdu
Riqada gənc
ifaçıların "Riga Symphony-2015”
Beynəlxalq mahnı müsabiqəsi keçirilib.
Movqe.az-ın "azərtac”-a istinadən məlumatına
görə, dalbadal dördüncü
dəfə keçirilən bu müsabiqədə
35 ölkədən gənc vokalistlər iştirak
ediblər.Azərbaycanı mahnı müsabiqəsində Aysel Haqverdiyeva təmsil edib. O, 2012-ci ildə M. və L.
Rostropoviçlər adına uşaq musiqi məktəbini bitirib.
Hazırda 16 yaşlı vokalist
Riqa klassik
gimnaziyasının 10-cu sinfində oxuyur.Azərbaycanı
layiqincə təmsil edən Aysel Haqverdiyeva müsabiqənin "World Hit” nominasiyasında ikinci yeri tutub.Təşkilatçılar
bildiriblər ki, müsabiqə mahnı
yaradıcılığını gənclər arasında təbliğ
etmək, müxtəlif ölkələr
arasında dostluq və
yaradıcılıq əlaqələrini möhkəmləndirmək,
habelə müxtəlif xalqların gənclərini
Latviyanın və ümumiyyətlə Baltik
ölkələrinin mədəniyyəti və incəsənəti
ilə tanış etmək və onların öz
peşəkarlığını və milli
mədəniyyətlərinin xüsusiyyətlərini nümayiş etdirməsinə şərait yaratmaq məqsədi daşıyır.
Mövqe.-
2015.- 21 dekabr.- S. 7
.