Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan olunub
Noyabrın 26-da Türkmənistanın
Marı şəhərində TÜRKSOY mədəniyyət
nazirləri Daimi Şurasının
növbəti 33-cü toplantısı öz
işinə başlayıbMovqe.az-ın Mədəniyyət və
Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə,
toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti təmsil edir.
Toplantı çərçivəsində
ötən il həyata keçirilmiş
layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı
dinlənilib, 2016-cı il üçün
tədbirlər planının təsdiqi həyata
keçirilib.Toplantıda çıxış edən mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən
həyata keçirilən "Türk
dünyasının mədəniyyət paytaxtı" layihəsinin
əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qədim
tarixi və mədəni mərkəzlərindən
biri olan Şəki
şəhərinin 2016-cı il üçün türk
dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan
tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən
nəzərdən keçirilməsini xahiş edib.Vurğulanıb ki,
füsunkar təbiəti, nadir
tarix-memarlıq abidələri, inkişaf
etmiş sənətkarlığı, zəngin
irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən
birinə çevrilmiş Şəkinin türk dünyasının
mədəniyyət paytaxtı elan
olunması unikal mədəniyyətimizin
təşviqində əhəmiyyətli rol
oyanacaq.TÜRKSOY mədəniyyət
nazirləri Daimi Şurasının
növbəti 33-cü toplantısının yekununda
Azərbaycan tərəfinin Şəki şəhərinin
2016-cı il üçün
türk dünyasının mədəniyyət
paytaxtı elan olunması ilə
bağlı təklifi üzv dövlətlər
tərəfindən yekdilliklə müsbət qiymətləndirilmiş
və Şəki "Türk
dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Mövqe.-
2015.- 27 noyabr.- S. 3