Bakıda VII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı iclas keçirilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə M. F. Axundov adına Milli Kitabxanada VII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı iclas keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə,müvafiq şöbələrinrəhbərlərinin, festivalda iştirak edəcək teatr-konsert müəssisələrinin, təhsil ocaqları və yaradıcı ittifaqların, musiqi kollektivlərinin bədii rəhbərlərinin qatıldığı iclasda tədbirlə bağlı təşkilati məsələlər müzakirə olunub, festivalın proqramı barədə ətraflı məlumat verilib.

Ə. Qarayev artıq ənənə halını alanbu il Üzeyir Hacıbəyovun 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə festivalın tədbirlər planı barədə məlumat verib.Qeyd olunubki, ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlərhəllini tapıb. Müxtəlif konsertlər, görüşelmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.

Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert proqramı təqdim olunacaq.

Mövqe.- 2015.- 12 sentyabr.- S.- 8