Azərbaycan və Uruqvay arasında saziş
imzalandı
Azərbaycan və Uruqvay arasında ilk dəfə olaraq mədəniyyət sahəsində saziş imzalanıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, saziş Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Bakıya səfəri çərçivəsində imzalanıb. Bakıda olan uruqvaylı nazir müavini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycanla Uruqvay arasında 1994-cü ildən etibarən qurulmuş diplomatik əlaqələrdən söhbət açılıb və bildirilib ki, bu əlaqələr daha da möhkəmləndirilib inkişaf etdirilməlidir.
Öz növbəsində, X.L.Kansela
Uruqvayın Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini qeyd edib.Görüşdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
qonağa 2016-cı ilin
25-27 aprel tarixində Bakıda keçiriləcək
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında
da məlumat verərək onu
forumda iştirak etməyə
dəvət edib.Sonra Azərbaycanla Uruqvay dövlətləri arasında mədəni
əlaqələrin inkişafı ilə bağlı mədəniyyət
haqqında ilk saziş
imzalanıb.
Mövqe.-
2015.- 16 sentyabr.- S.- 4