ABŞ-da Üzeyir Hacıbəyliyə və
Rəşid Behbudova həsr olunmuş poçt
markaları buraxılıb
Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb. Markaların buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Konsulluqdan verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiətilə "Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və "Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın "Koroğlu” operasından notlar yerləşdirilib.
Qeyd edək ki, bu,
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən
Üzeyir Hacıbəyli və Rəşid
Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə
bu il həyata
keçirilən silsilə tədbirlərin bir
tərkib hissəsidir. Belə ki, sentyabrın 19-da əfsanəvi
"Arşın mal alan" filminin Hollivudda premyerası keçiriləcəkdir. Film, Hollivudun ən qədim kinoteatrlarından
olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.
Həmçinin, Kaliforniya ştatının
tanınmış şəhərlərindən
olan Santa Monika şəhəri
bəyannamə qəbul
edərək, sentyabr ayının 18-nin şəhərdə
"Üzeyir Hacıbəyli
Günü” kim
Mövqe.- 2015.- 17 sentyabr.-
S.- 5