Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

Oktyabrın 1-dən 7-dək Bakıda "Azərbaycanda Rusiya filmləri həftəsi" keçiriləcək.Movqe.az Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Rusiya Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.Tədbir Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib.

Film həftəsinin təntənəli açılış mərasimi və filmlərin nümayişi "Nizami" kino mərkəzində oktyabrın 1-dən 7-dək keçiriləcək. Açılış mərasimində Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək.

Film həftəsində nümayiş olunacaq proqrama müxtəlif janrda olan müasir rus kinofilmləri daxildir.

Mövqe.- 2015.- 19 sentyabr.- S.- 5