Üzeyir Hacıbəyli anıldı
Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə təntənəli mərasim keçirilib.
Movqe.az-ın məlumatına
görə, mərasimdə Dövlət Xor
Kapellası, Müdafiə Nazirliyinin
Nümunəvi Hərbi Orkestri
Ü.Hacıbəylinin əsərlərini səsləndirib.Tədbirdə
çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev
Ü.Hacıbəylinin doğum gününün Azərbaycan
xalqı üçün musiqi
bayramına çevrildiyini bildirib: "Üzeyir bəyin
130 illik yubileyinin təntənəli
şəkildə qeyd olunması Azərbaycan
xalqının musiqiyə, mədəniyyətə böyük sevgisi və
diqqətinin bariz nümunəsidir. Üzeyir Hacıbəylinin musiqisi
nəinki Azərbaycanda, hətta bütün
dünyada səslənir, zəngin
Azərbaycan mədəniyyətini təmsil edir.
Azərbaycan mədəniyyətinin və mənəviyyatının
formalaşmasında dahi bəstəkarın
müstəsna xidmətləri olub".Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bildirib ki, Ü.Hacıbəylinin
musiqisi bütün
dünyanı dolaşır, ən böyük
musiqi salonlarında səslənir: "Azərbaycan
xalqı xoşbəxtdir ki, Üzeyir bəy kimi oğlu var".Bakı Musiqi Akademiyasının rektoru,
xalq artisti Fərhad Bədəlbəyli
və Azərbaycan Milli
Konservatoriyasının rektoru, xalq artisti Siyavuş
Kərimi Ü.Hacıbəylinin Azərbaycan mədəniyyətindəki
yeri və xidmətləri barədə
danışıblar, onun xatirəsinin Azərbaycan
xalqının qəlbində daim
yaşayacağını vurğulayıblar.
Mövqe.-
2015.- 19 sentyabr.- S.- 9