Azərbaycanın əməkdar artisti Berlin Opera Teatrında konsert verəcək

Noyabrın 7-də Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında Almaniya AIDS Fondunun Böyük Qala Operasında çıxış edəcək.

Movqe.az ifaçının saytına istinadla xəbər verir ki, orkestrə Donald Runnikls dirijorluq edəcək.

D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ Yaponiyanın opera teatrı səhnələrində konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) Praqada (Çexiya) "GalaVerdiadlı solo konsertləri böyük uğurla keçib.

Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə İohan Ştrausun "Yarasaoperettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan rus xalq mahnılarından, opera operettalardakı ariyalardan tutmuş romans cazadək müxtəlif əsərləri ifa edir.

Tədbir barədə məlumat Berlin Opera Teatrının saytında da yer alıb. Qeyd olunub ki, artıq 22-ci dəfədir ki, Almaniya AIDS Fondunun Böyük Qala Operası Berlin Opera Teatrında keçirilir. Bu xeyriyyə tədbiri paytaxtın sosial-mədəni həyatında mühüm tədbirlər sırasındadır.

Mövqe.- 2015.- 25 sentyabr.- S. 5