Suraxanı rayonunun
ictimaiyyəti ordumuza dəstək nümayiş etdirib
Suraxanı rayon
İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı
ilə RİH-in böyük
akt zalında Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik
Şurasının aprelin 2-də keçirilmiş iclasında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
çıxışına dəstək tədbiri
keçirilmişdir.Rayon rəhbərliyinin,
ictimaiyyət nümayəndələrinin, ziyalıların və
gənclərin qatıldığı tədbirdə Vətən
uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbiri
açan rayon İcra
Hakimiyyətinin başçısı İlqar
Abbasov bildirdi ki, aprelin 2-də gecə
saatlarından etibarən Ermənistan hərbi qüvvələri
Azərbaycan kəndlərini, yaşayış məntəqələrini
böyük miqyaslı silahlar
– top və pulemyotlardan
atəşə tutub, hərbi mövqelərimizə
ardıcıl zərbələr endirilib.Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin
verdiyi məlumata əsasən aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz
iriçaplı silahlardan, minaatanlardan,
qumbaraatanlardan və artilleriya
qurğularından intensiv atəşə
tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə
yaxın mülki əhalinin yığcam
yaşadığı bir sıra
yaşayış məntəqələri də düşmənin
atəşinə məruz qalıb. Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka
ərzində atəşkəs rejimini,
ümumilikdə, 127 dəfə pozub. Qarşı tərəfin hərbi fəallığını
genişləndirməyə imkan verməmək,
onun fəaliyyətinin
qarşısını almaq məqsədilə
Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən
əməliyyat şəraiti qiymətləndirilərək dərhal
cavab tədbirlərinin görülməsi
üçün qərar verilib.Azərbaycan
Ordusu vətəndaşların təhlükəsizliyini
və öz mövqelərini qorumaq üçün Ermənistan
silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturdub. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən
hərbi hədəflərin koordinatları əvvəlcədən
müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin
atəş gücü vasitəsilə
edilən həmlələr nəticəsində düşmənin
döyüş texnikası, xeyli sayda canlı qüvvəsi
və digər hərbi infrastrukturu
sıradan çıxarılıb. Düşmənin
çoxlu sayda hərbi
qulluqçusu - polkovnik
və general rütbəli zabitləri də
zərbə nəticəsində məhv edilib.Rayon
rəhbəri ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu
içində geri çəkilməsini
və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin
nəzarəti altına keçməsini ordumuzun
mühüm qələbəsi kimi dəyərləndirdi. Xüsusi vurğulandı ki, ordumuz tərəfindən
əldə edilmiş bütün
bu uğurlar Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki
bazası daim gücləndirilən Azərbaycan
Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.Tədbirdə
YAP Suraxanı rayon təşkilatının
sədri Vüqar Seyidov,
şəhid Elxan Həsənovun həyat
yoldaşı Fatma Həsənova, Qarabağ müharibəsi veteranı,
1993-1994-cü illərdə Suraxanı batalyonunun
komandiri olmuş Oqtay Əliyev, Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon Veteralar
Şurasının sədri Eldar Rüstəmov,
Bülbülə Veteranlar
Şurasının sədri Mirzəağa Quliyev,
Əmircan məscidinin axundu Rəhim Kərimov
, Milli Qəhrəman Cavanşir
Rəhimovun anası Lalə Rəhimova, Böyük
Vətən.
Mövqe.-
2016.- 5 aprel.- S.4