Mehriban Əliyeva şəhid anaları ilə görüşdə ağladı

Bu gün Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Movqe.az "qafqazinfo" xəbər verir ki, ehsan mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Vətən uğrunda şəhid olanyaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Məscidinə gələrək, son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Vətən uğrunda qəhramanlıqla şəhid olanyaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşüb.Mehriban Əliyeva təmas xəttində Ermənistan hərbi qüvvələrinin Azərbaycana qarşı törətdikləri son təxribatlar nəticəsində həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. Sonra müqəddəs Qurani Kərimdən ayələr oxunub.Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Mehriban Əliyevanın adından ehsan verilib. Mehriban Əliyeva son günlərdə Vətənin müdafiəsi uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib, yaralıların tezlikə sağalmasını arzulayıb. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini deyiblər. Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildiriblər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olanyaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını deyiblər, Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağını əminliklərini ifadə ediblər. Göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövlətinə və xalqımıza minnətdarlıqlarını bildirən şəhid və yaralı hərbçilərimizin ailə üzvləri Qüdrətli Ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçirdiklərini bildiriblər. Qeyd edək ki, birinci xanım şəhid analarının qarşısında baş əyərək göz yaşlarını saxlaya bilməyib.

Mövqe.- 2016.- 8 aprel.- S.6