Sahibkarlığın inkişafı iqtisadi
siyasətin əsas istiqamətidir
İlham Əliyev: “Sahibkarlığın in
kişafına dövlət bundan sonra da dəstək verəcək”
Məlumdur ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və hər bir ölkənin iqtisadiyyatının inkişafında da onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev bütün çıxış və nitqlərində qeyd edir ki, ölkəmizin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə bağlıdır. Sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, görülən tədbirlər, həyata keçirilən işlərin səmərəliliyi və intensivliyi bunun əyani sübutudur.
Prezident İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı
zamanı sahibkarlığın inkişafına dövlətin
daima dəstək verəcəyini bildirib: “Sahibkarlığın
inkişafına dövlət bundan sonra da öz
dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli
şərtlərlə 73 milyon manat kredit verilib.
Bu vəsaitin 77 faizi əvvəlcə
verilmiş kreditlərin qaytarılması
hesabına verilib. Bu da çox müsbət
haldır, dövlət büdcəsinə daha
az yük düşür və kreditlərin 80 faizi aqrar sektora
verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir”.
Dövlət başçısı bildirib ki, regional inkişaf proqramının
icrası sürətlə
davam etdirilir: Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional
tədbirlər də
görülür və
görülməlidir ki,
biz ixracı stimullaşdıraq,
sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar”.
Kənd
təsərrüfatında çox böyük inkişafın gözlənildiyini
deyən ölkə Prezidenti bu sahədə
mütəmadi olaraq, tədbirlərin görüldüyünü
deyib: “Birincisi, indi həm islahatlar
aparılır, tədbirlər
görülür, həm
də çox ciddi elmi yanaşma
var. Əminəm ki,
biz yaxın zamanlarda daha da böyük
nəticələr görəcəyik.
Qeyd etdiyim kimi, bu il
artıq 3,1 faiz artım var. Amma daha da
böyük artım gözlənilir”.
Dövlət başçısı onu da qeyd
edib ki, pambıqçılıqla bağlı
çox ciddi addımlar atılıb:
“Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə
qaytarırıq. Əfsuslar olsun
ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb.
Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi
bir neçə ay ərzində görülmüş
tədbirlər nəticəsində,
biz 52 min hektarda pambıq
əkinini təmin etmişik və bu il
100 min ton məhsul gözlənilir.
Gələn il
120 min hektar əkilməlidir.
Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə
qalxmalıdır. Belə
olan halda, gələn il
minimum 300 min ton pambıq yığılmalıdır.
Bu, ölkəmizə həm valyuta gətirəcək, həm
məşğulluğu təmin
edəcək”.
Dövlət başçısı, həmçinin,
Azərbaycanda aqroparkların
yaradılması ilə
də bağlı məlumat verib: “Bu, yaxşı haldır, amma bu, azdır.
Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır.
Bunun çox böyük mənası, faydası
var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə
saxlamalıdır və
sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması
böyük vəsait
tələb edir, ancaq burada sahibkarlar
kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi
yanaşmadır. Yalamada aqroparkın
yaradılması artıq
başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir”.
Sahibkarlara
birbaşa dəstək
Bu faktı xüsusi
olaraq, vurğulamaq lazımdır ki, ölkə Prezidentinin sahibkarlığın inkişafına
maneə olan yersiz yoxlamalarla bağlı verdiyi sərəncamlar dövlətin
sahibkarlara birbaşa dəstəyidir.
Lakin bunlarla yanaşı, sahibkarlığın
inkişafı yolunda müəyyən maneələr
müşahidə edilir. Xüsusilə də, ayrı-ayrı dövlət orqanlarının
sahibkarlıq subyektlərinin
fəaliyyətini əsassız
yoxlamaları və bu prosesin aparıldığı
zaman hüquqazidd hallara yol verilməsi
də məlumdur.
Dövlət başçısı
çıxışlarında da belə yoxlamaların
yolverilməz olduğunu
bildirib: “Deməliyəm
ki, yoxlamalarla bağlı çoxsaylı
şikayətlər gəlir.
Yoxlamaların sayı kifayət
qədər çoxdur,
yoxlayan təşkilatlar
da sanki bir-biri ilə rəqabətə çıxıblar.
Bu da dözülməzdir.
Yoxlamaların böyük əksəriyyətinin
arxasında yenə də maddi təmənna
dayanır”.
Sahibkarların qanunla nəzərdə tutulmuş dövlət ödəmələrindən başqa,
heç kimə borclu olmadığını
xatırladan Prezident İlham Əliyev belə əməlləri
törədənlərin ciddi
şəkildə cəzalandırılacağını
bildiribdir. Qanunazidd hallara son qoyulmasını
tələb edən ölkə başçısı,
xüsusilə, vurğulamışdı
ki, sahibkarların inkişafına maneçilik
törədən addımların
atılması, ilk növbədə,
dövlət siyasətinə
ziddir. Ölkə başçısının səsləndirdiyi fikirlər,
belə deməyə əsas verir ki, bu gün
məmur məsuliyyəti
gücləndirilməlidir və
dövlət aparatının
fəaliyyətinin mərkəzində
vətəndaş dayanmalıdır.
Göründüyü kimi, Prezident
İlham Əliyevin dediyi kimi, sahibkarlığın
inkişafı dövlət
siyasətidir və bu siyasət hər keçən gün daha da
güclənir və şaxələnir, iqtisadiyyatın
inkişafına uğurlu
nəticələr gətirir.
Bir sözlə,
bu gün biznes mühitinin yaxşılaşması üçün
bütün şərait
yaradılır. Siyasi iradə var,
qanunvericilikdə düzəlişlər
edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü
olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir,
onların işinə
müdaxilələr olur,
onlara qarşı əsassız tələblər
irəli sürülür,
qanunsuz ödəmələr
tələb olunur.
Bütün bunlara son qoyulur
və son qoyulacaq.
Bütün hallarda həm
inzibati tədbirlər,
həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana
xəyanət edirlər.
Çünki ölkəmizin uğurlu
inkişafı biznesin
inkişafından asılıdır.
Dövlət siyasəti, Prezidentin
siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər,
əksinə, kömək
etməlidirlər, şərait,
imkan yaratmalıdırlar
ki, biznes inkişaf etsin.
Beləliklə, ölkəmizdə sahibkarlığın
inkişaf etdirilməsi
ilə bağlı görülən işlərin
sürəti bundan sonra daha da
artırılacaqdır. Çünki
sahibkarlığın inkişaf
etdirilməsi, dövlətin
sahibkara, iş adamına sahib çıxması,
iqtisadiyyatımızın dinamik
inkişafına, əhalinin
həyat şəraitinin
yüksəlməsinə, yeni
iş yerlərinin açılmasına, mövcud
ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə
böyük töhfələr
verəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2016.- 23 avqust.- S.2