“Uçurulmuş
sədlər” kitabı nəşr edilib
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin yeni, "Uçurulmuş sədlər” kitabı çapdan çıxıb.Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif son 20 ildə baş verən hadisələri, əsasən Qarabağ və onun ətrafında yerləşən rayonların işğal olunması, bu ərazilərdə yaşayan və son nəfərinədək qovulub, torpağından didərgin salınan insanların həyatını bədii obrazlarla canlandıra bilib. Kitabda yer alan "Uçurulmuş sədlər” romanını və "Xocalı xatirələri”, "Ahın dağlara, ay həkim”, "Qatilin məhkəməsi”, "Yuvasız quşlar” kimi hekayələri həyəcansız oxumaq mümkün deyil.
Oxucuda dərin kədər
və ağrı hissi oyadan
kitabın redaktoru Gülxani
Pənahdı
Mövqe.- 2016.- 2 fevral.- S.6