Əliağa Vahidin
qəzəlləri Türkiyədə nəşr olunub
Qəzəlxan Əliağa Vahidin
həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab
Türkiyədə dərc olunub. Movqe.az-ın məlumatına görə, "Türk dünyasının son
böyük qəzəl şairi
Əliağa Vahid və qəzəlləri”
adlı əsərin müəllifi filologiya
elmlər doktoru Mahmut
Sarıkayadır.Əsərə elmi rəy
isə məşhur türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən
yazılıb.Kitabın ilk hissəsində
Ə. Vahidin həyat və
yaradıcılığı barədə geniş
məlumat verilib. Dr. Mahmut Sarıkaya əvvəlcə Ə. Vahidin yaşadığı dövrü
və ictimai-siyasi şəraiti təhlil edib, sonra onun
ədəbi şəxsiyyəti və əsərləri barədə
məlumat verib. Oxucu
Ə. Vahidin üslubu,
rəsmi Azərbaycan dilindəki bəzi qaydalar
yerinə bəzən Türkiyə türkcəsinin
qaydalarından istifadə etməsi barədə məlumatlandırılıb,
bu barədə tezislər misallar
ilə izah edilib. Kitabda Ə. Vahidin qəzəllərinin Türkiyədə
dərc olunması üçün
uyğunlaşdırılması zamanı diqqət edilən
məqamlar barədə məlumat da verilib.Kitabda Əliağa Vahid
ilə bağlı son illərdə dərc
olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də
toxunulub. Dr. Mahmut Sarıkaya bu hissəni
yazarkən Azərbaycanda, Türkiyədə və İranda Ə. Vahidlə bağlı dərc olunmuş əsərlərdən istifadə
edib.Kitabın ikinci hissəsində isə
şairin 339 qəzəlinə yer verilib. Kitabın diqqət
çəkən xüsusiyyətlərindən biri də budur ki, qəzəllər oxucuya
çatdırılarkən
orijinallıqları mümkün qədər
qorunub.Qeyd edək ki, əsərin
müəllifi olan Dr.
Mahmut Sarıkaya əslən Azərbaycan
türklərindəndir. Valideynləri Qərbi Azərbaycandan
(indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb.
Mövqe.- 2016.- 1fevral.- S.7