Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik
yubileyi ilə bağlı möhtəşəm
gecə keçirilib
Azərbaycan Respublikasının
Qırğız Respublikasında Səfirliyi Qırğız
Respublikasının Mədəniyyət, İnformasiya
və Turizm Nazirliyi ilə
birgə bu ilin mart ayının 17-də Qırğız
Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet
teatrında bütün müsəlman
şərqində ilk
operanın, operettanın, musiqili
komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə
isə Azərbaycan klassik musiqi
sənətinin banisi Üzeyir
Hacıbəyovun doğum günün130 illiyi münasibətilə yubiley
gecəsi və qala-konsert keçirilmişdir.Ağzınacan
tamaşaçılarla dolu olan nəhəng salonda
Qırğız Respublikasının
hökumət üzvləri, deputatlar, digər
rəsmilər, xarici dövlətlərin
bu ölkədəki səfirləri, beynəlxalq
təşkilatların rəhbərləri, görkəmli
ziyalılar – elm, mədəniyyət, ədəbiyyat
xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri,
soydaşlarımız iştirak
etmişlər.Qırğız Respublikasının
A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru
Bolot Osmonov tədbiri açaraq, Azərbaycan Respublikasının
Qırğız Respublikasında Səfirliyinin son vaxtlar iki
qardaş ölkənin mədəniyyət
sahəsində əlaqələrinin inkişafı
üçün göstərdiyi səylərə
görə təşəkkürünü bildirmişdir.Sonra
Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov
çıxış etmişdir.Qırğız Nazir növbəti dəfə belə böyük tədbirin Bişkekdə
keçirilməsinə görə Azərbaycan Respublikasının Qırğız
Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri
Hidayət Orucova təşəkkür etmiş, dahi sənətkar
Üzeyir Hacıbəyovun yubileyinin
Bişkekdə keçirilməsinin xüsusi
önəm daşıdığını, qırğız
xalqının ona böyük
rəğbət bəslədiyini qeyd etmişdir.Sonra Azərbaycan
Respublikasının Qırğız Respublikasında Fövqəladə
və Səlahiyyətli səfiri Hidayət Orucov
çıxış edərək, görülən işlərin
yüksək qiymətləndirilməsinə görə təşəkkürünü
bildirmişdir.Səfir son zamanlar
həm Azərbaycanda, həm də
Qırğızıstanda bir çox vacib tədbirlərin
keçirildiyini qeyd
etmişdir.Hidayət Orucov xüsusi
ilə vurğulamışdır ki, Azərbaycan
Respublikasının Prezidenti Zati-Aliləri
cənab İlham Əliyev ilə
Qırğız Respublikasının Prezidenti
Zati-Aliləri cənab Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi
olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
daha da möhkəmlənib.
Bildirmişdir ki, bu müddət ərzində ölkələrimiz
arasında mədəni mübadilə gücləndirilmişdir.
Səfir son üç
ildə humanitar sahədə
çoxsaylı tədbirlərin bəzilərini xüsusi ilə qeyd etmiş, eyni zamanda bildirmişdir ki, hal-hazırda da
bir-neçə mühüm tədbirin
keçirilməsi planlaşdırılır: "Yaxın
aylarda Azərbaycan Respublikasının
Qırğız Respublikasinda Səfirliyi
və Qırğızstan Xalqları Assambleyasına daxil olan "Azəri” İctimai Birliyinin təşəbbüsü
ilə Qırğızstan Prezidenti Almazbek Atambayevin fərmanı
ilə elan olunmuş
2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə həsr
olunan tədbir keçiriləcəkdir.
Biz eyni zamanda
Qırğızstanda Azərbaycan və Azərbaycanda
Qırğızstan Mədəniyyət Günlərinin
keçirilməsinə hazırlaşırıq." Səfir
H.Orucov qısa müddət ərzində
Azərbaycan və Qırğızstan Respublikaları və qardaş azərbaycan və qırğız
xalqları arasında əməkdaşlığın dərinləşməsi
və möhkəmlənməsi, genişlənməsi,
sonrakı inkişafı üçün
möhkəm təməllər qoyulduğunu
qeyd etmişdir. O, belə
tədbirlərin təşkil olunması iki
qardaş xalqı daha
da yaxınlaşdırdığı bildirmişdir. Səfir,
yaşlı nəsilin "Arşın mal
alan” operettasına yaxşı bələd
olduğunu, yeni nəsilə
də bu operetta xoş gəldiyini, çünki
bütün nəsillər üçün heç zaman dəbdən düşməyən inci olduğunu xüsusilə
vurğulamışdır. Qırğızıstan
Milli Akademik Opera və Balet
teatrının solisti Asel
Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında "Arşın mal alan” operettasından partiya ifa
etdiyini,"Arşın mal alan”ın
dünyanın 76 ölkəsində 187 teatrda
səhnələşdirildiyini yubiley
iştirakçılarının diqqətinə
çatdırmışdır. Səfir demişdir: "Üzeyir
Hacıbəyovun yaratdığı yüksək insani duyğuların himninə çevrilmiş və ilkin
təravətini heç itirməmişdir
və artıq bir əsrdir bu əsər dünya teatr səhnəsinin və
kinematoqrafiyasının layiqli incisidir. Üzeyir Hacıbəyovun
yaradıcılığında şərq və qərb musiqi tərzləri birləşdirilmiş,
azərbaycan xalq musiqisi
elementləri Avropa klassik
ənənələrinə
uyğunlaşdırılmışdır”. Sonra Səfir
Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm
Nazirliyinə, Abdılas Maldıbayev adına Milli
Akademik Opera və Balet teatrının gözəl, istedadlı
kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, bu unudulmaz gecənin
keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda o
gün zalda olan əziz qonaqlara, Üzeyir Hacıbəyov kimi
dünya klassik musiqi korifeyinin əsərlərinə
göstərilən sədaqət və sevgiyə gorə öz təşəkkürümü bildirmişdir. Və sonda demişdir: "Üzeyir Hacıbəyovun yubileyinin
Novruz bayramı ərəfəsində
keçirilməsi fikrimcə, təbii haldır, çünki bahar-Novruz –
təbiətin, zamanın oyanışını, təzələnməsini
təcəssüm etdirir, Üzeyir
Hacıbəyov isə bütün müsəlman
dünyasında klassik musiqinin
baharı-novruzu idi." Sonra Üzeyir Hacıbəyovun
əsərlərindən ibarət olan qala-konsert baş tutmuşdur. Qala-konsertdə
Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın
xalq artisti Jumakadır
Kanimetov, əməkdar artist
Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet
teatrının baş xormeysteri
Karaqul Tilençiyev və
solistlər Asel Bekbayeva,
Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın xalq artisti, professor
Azər Zeynalov, Azərbaycanın əməkdar
artisti İlahə Əfəndiyeva, Azərbaycan
Dövlət Akademik Opera
və Balet teatrının dirijoru
Eyyub Quliyev
çıxış etmişlər. Qala-konsertin
rejissoru İskender Saatbayevdir. Qala-konsert bitəndə
salonda uzun müddət
alqış sədaları səslənmişdir.
Mövqe.- 2016.- 19 mart.- S.4