Azərbaycana yeni investisiya axını başlanacaq

Gəlirlərin şaxələndirilmiş yatırımı öz bəhrəsini verir

Son dövrlərə qədər Azərbaycanın  gəlirlərinin böyük hissəsi neft hasilatından əldə edilib. Lakin strateji məhsul sayılan neft heç də tükənməz deyil. Bu tezisin sindromları artıq özünü göstərməkdədir. Vaxtilə bəzi analitiklər hay-küy salırdılar ki, indi neftin hesabına yaşayan Azərbaycan bir günholland sindromuadlanan iqtisadi tənəzzüllə üz-üzə qalacaq. Bu adamları qınamağına dəyməz, çünki, həqiqətən bəzi ölkələr onların dedikləri fəlakətlə üzləşmişdilər. Lakin Azərbaycanda aparılan məqsədyönlü və gələcəyə hesablanmış ağıllı siyasət və iqtisadi strategiya deyilənləri təkzib etdi. Azərbaycan heç bir fəlakətli sindroma baş əymədi.

Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanın neft ehtiyatlarının tükənməsi üçün hələ bir neçə onillik müddətə ehtiyac var. Amma, əsas məsələ burasındadır ki, ölkə artıq günü bu gün neft ehtiyatlarının tükənməsinə hazırdır. Belə ki, son illər neftin qiymətinin aşağı düşməsi müqabilində neftqaz emalının gəlirliyi artıb. Azərbaycan isə vaxtında emal sənayesinə əsaslı vəsait yönəldib və mühüm sənaye sahələri yaradıb.  Məsələn, Türkiyədə müstəqil Akyatırım təhlilində SOCAR-a məxsus olan Petkim şirkəti üçün 2016-cı il üzrə faiz, vergiamortizasiyadan əvvəl hesablanan EBİTDA gəlirinin proqnozu 498 milyon TL-dən 628 milyon TL-yə qədər qaldırılıb. Petkim bu gün artıq Türkiyənin ən mühüm neft-kimya şirkətidir. Akyatırım 2016-2019-cu illərdə Petkim üçün illik 10% EBİTDA gəlir artımını proqnozlaşdırır və bu proqnozu məhz SOCAR-ın Petkimə qoyduğu sərmayələrlə əlaqələndirir.

Bundan başqa artıq 2018-ci ildə TAP və TANAP layihələri işə düşməklə qaz istehsalçısına çevriləcək və artıq 2020-ci ildən başlayaraq bu kəmərlərlə hər il 16 milyard kubmetr qaz ixrac olunacaq. Bunun 6 mlrd kibmetri Türkiyəyə, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək. 2016-cı ildə isə qazın hasilatı 31 mlrd kibmetrə çatdırılacaq. Təbii ki, bunun böyük hissəsi avropalı alıcılara qismət olacaq. 

Bu günlərdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Oil and Industry” jurnalına müsahibəsində bildirib ki, “Abşeron” və “Ümidkimi iri qaz-kondensat yataqları Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimallarını artırıb: “Əldə edilmiş yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyinə inamı artırıb”. Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimallarının artmasi ölkəyə yeni investorların gəlməsini təmin edəcək. Düzdür, bu barədə hazırda konkret təkliflər mövcud deyil. Lakin dünyanın nəhəng şirkətlərindən olan BP-nin Azərbaycandakı 20 illik uğurli fəaliyyəti digərlərin bu bazara asan daxil olması üçün presedent rolunu oynayar. Lakin əgər bu da olmasa, Azərbaycanın artıq müvafiq təcrübəsi və vəsaiti var. Neft gəlirləri kimi qaz gəlirlərinin də şəxələndirmə yolu ilə iqtisadiyyatın yeni, gəlirli sahələrinə yönəldilməsi lazım olan gəliri əldə etməyə imkan verəcək.

N.NOVRUZ

Mövqe.- 2016.- 1 noyabr.- S.11