"Bunu əsl
xoşbəxtlik adlandırmaq olar" - Leyla Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku”
jurnalının baş redaktoru
Leyla Əliyeva xoşbəxtlikdən
yazıb. Movqe.az-ın məlumatına görə, "Baku” dərgisinin ön
sözündə baş redaktor
bunları qeyd edib:
"Bu nömrəmiz xoşbəxtliyə
həsr olunub. Əminəm ki, dostlarımın əksəriyyəti "dünyada xoşbəxtlik yoxdur,
sakitlik və iradə var”
deyə, düşünür.
Hamımız razılaşırıq ki,
xoşbəxtlik – çətin kateqoriyadır. Onu müəyyən etmək olmur,
yalnız hiss etmək mümkündür.
Xoşbəxtlik hissi – Azərbaycanda paralimpiya oyunlarında qalib
olan uşaqların üzündə var idi. Onların idman sevgisi, qalib olmaq əzmi
möcüzə yaratdı, onlar əldə
etdiklərinə görə xoşbəxt idilər. Bunu əsl xoşbəxtlik adlandırmaq olar. 110 il bundan
əvvəl Bakıya həkim Yevsey Qindes gəlib. Şəhərdə onu hələ də xatırlayır və
danışırlar. O, uşaqların
sağlamlığı üçün on tibb müəssisəsinə
etdiyindən çox nəsə etmişdi. Ömrünü
pediatr kimi
çalışmağa həsr etmək göstərir ki, həyatda kiməsə xidmət etməklə
xoşbəxt olan insanlar
da mövcuddur. Bəzən
xoşbəxtlik – uşaqlıqdan səninlə yaşayır
və reallaşdırılmasını gözləyir. Bu hallarda biz
kiçik istedadın yaranmasının şahidi oluruq. Böyük rəssam Tahir
Salahovun hər əsəri bu reallığın bir
hissəsidir. Salahovun özü
düşünür ki,
xoşbəxtlik insanlarla çalışmaq,
baxışlarını incəsənətdə əks etdirməkdir.
Bu cür hal bəstəkar Qara
Qarayevdə də olub. Əfsanəvi cazmen Çarliz Lloyd Bakı konserti
zamanı demişdi: "Əgər mən
musiqinin mənə verdiyi
sonsuz xoşbəxtliyi başqaları ilə
bölüşürəmsə, bu məni
xoşbəxt edir”. O, möhtəşəm
mahnılarını komandası ilə birlikdə yaradır:
bas-gitaraçı Co Sanders
– "gənc möcüzə”, zərbçi Erik – "əvəzolunmaz”. Görünür
eyni hissləri Vadim Repin və Murad Hüseynov duet oxuyarkən
və Qarayevin əsərlərindən
ibarət disk təqdim edərkən də
yaşayıb.Həqiqi gözəlliklə
qarşılaşmaq – bu xoşbəxtlik deyilmi?
Mövqe.-
2016.- 6 dekabr.- S.- 3