Tanınmış şair Tofiq Bayramın
şəxsi fondu yaradılıb
Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Əməkdar İncəsənət Xadimi
Tofiq Bayram
yaradıcılığının bir
hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə təqdim edilib. Movqe.az-ın məlumatına
görə, arxivin direktor
müavini Könül
Nəsibova AzərTac-a bildirib ki, sənədlər sırasında şairin əlyazmaları, məktubları, ona verilmiş kitablar və dövrünün
tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi
fotoşəkillər yer alıb.K.Nəsibova
deyib ki, şairin ömür-gün yoldaşı Zərifə
xanım tərəfindən arxivə 250 sənəd təqdim
edilib. Arxivin əməkdaşları
tərəfindən təqdim edilmiş
materialların siyahısı hazırlanıb. Bütün
işlər qaydaya salınıb və
arxivdə Tofiq Bayramın şəxsi fondu rəsmiləşdirilib.Qeyd edək ki, Tofiq Bayram
1991-ci il aprelin 18-də
vəfat edib və doğulduğu
Əmircan kəndində dəfn olunub..
Mövqe.-
2016.- 11yanvar.- S.3