Azərbaycan Tarixi
Muzeyi qiymətli eksponatlar
əldə edib
Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyi tarixi əhəmiyyətə
malik milli zərgərlik
məmulatı olan Sinəbənd, Rusiya məmulatı olan ətir
qabı və Avropa dövlətlərinə
məxsus olan qadın əl
çantası əldə edib. AMEA-dan Movqe.az-a verilən
xəbərə görə, qiymətli materialların XIX əsrin
sonu, XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib.Bildirilib
ki, qızıl suyuna
salınmış gümüş Sinəbənd
şəbəkə işləmədir. Sinəbəndin
mərkəzi ikiqat şəbəkəlidir,
gül təsvirli lövhəyə rəngli
qaşları olan ay-ulduz,
üzərinə isə mirvari ilə bəzədilmiş
balıq asmalar düzülüb.Qeyd
olunub ki, Rusiyaya məxsus ətirqabı
gümüşdəndir. Çəkisi 21,6 qr.-dır. Avropa dövlətlərinə xas
olan gümüş metaldan qadın əl çantası isə kiçik ölçülü,
narın tordandır.
Mövqe.-
2016.- 14 yanvar.- S.5