Sloveniyada Nizami Gəncəvinin və Mehdi Hüseynzadənin abidələri
ucaldılacaq
Sloveniyanın paytaxtı Lyublyana
şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin
və əfsanəvi partizan və qəhrəman
Mehdi Hüseynzadənin abidələrinin
ucaldılması ilə bağlı qərar qəbul olunub. Movqe.az Trend-ə istinadən
xəbər verir ki,
bununla bağlı məlumatı Azərbaycanın
Sloveniyadakı müvəqqəti işlər vəkili Azər
Xudiyevlə görüşü zamanı
Lyublyana şəhərinin meri Zoran Yankoviç
verib.Son illər Azərbaycanla Sloveniya arasında iqtisadi,
siyasi, elmi, mədəni
əlaqələrin durmadan inkişaf etdiyini vurğulayan
şəhər meri 2013-cü ildə Azərbaycana
səfər etdiyini və ölkəmizdə
aparılan sosial, qlobal
iqtisadi layihələrlə yaxından
tanış olduğunu vurğulayıb.Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra xalqımızın bütün
çətinliklərə sinə gərərək öz maddi və mənəvi dəyərlərinin
sahibinə çevrildiyini vurğulayan
Zoran Yankoviç dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin
apardığı müdrik və
uzaqgörən siyasət nəticəsində Azərbaycanın
bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin qürurverici hal olduğunu bildirib.O, Azərbaycana səfəri çərçivəsində
Bakı ilə Sloveniya arasında
qardaşlaşmış şəhərlər haqqında
müqavilə imzalandığını, xüsusən də
Prezident İlham
Əliyevin Sloveniyalı qonaqları qəbul edərək onlara son dərəcə isti və doğma
münasibət bəsləməsini xoş
xatirələrlə yad
edib.Mer Azərbaycanın dahi
şairi Nizami Gəncəvinin
və əfsanəvi partizan Mehdi Hüseynzadənin abidələrinin
ucaldılması ilə bağlı Lyublyana
şəhər şurasının qəbul etdiyi
qərarı müvəqqəti işlər vəkili A.Xudiyevə
təqdim edib.Sloveniyada ilk
dəfə olaraq Azərbaycanın dahi şəxsiyyətlərinin
abidələrinin ucaldılması haqqında
çıxarılan qərara görə şəhər
merinə minnətdarlığını bildirən Azərbaycanın
Sloveniyadakı müvəqqəti işlər vəkili A.Xudiyev bu il
Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin
yaradılmasının 25-ci ildönümü
münasibəti ilə bir sıra silsilə
tədbirlərin həyata keçiriləcəyini
vurğulayıb.Lyublyana şəhər meriyasının belə
bir ərəfədə
çıxardığı qərarın ölkələrimiz
arasındakı iqtisadi, siyasi,
elmi, mədəni əlaqələrin
inkişafına təkan verəcəyini qeyd
edib. Görüş
zamanı bildirilib ki,
hər iki abidənin
açılışı bu ilin may-iyun aylarına
planlaşdırılır. Layihəyə əsasən,
Nizami Gəncəvinin memorial
abidəsinin yanında dahi şairin
əsərlərini özündə əks etdirən elektron lövhənin
quraşdırılması da nəzərdə
tutulub.Görüşdə iştirak edən
Ukraynanın xalq rəssamı,
tanınmış memar və heykəltaraş
Seyfəddin Qurbanov meriyanın memarlarını
hazırladığı hər iki abidənin
ilkin eskizləri ilə tanış edib. Azərbaycanın və
Sloveniyanın milli memarlıq
üslubları nəzərə alinaraq
tanımış heykəltaraşın təqdim etdiyi 5 eskiz variantından
2-si yerli memarlar tərəfindən
bəyənilib və qəbul olunub.Qeyd edək
ki, Ukraynanın xalq rəssamı,
heykəltaraş S.Qurbanov Ukraynanın
müxtəlif vilayət və şəhərlərində
xeyli sayda heykəl və
memarlıq abidələrinin müəllifidir. İrpen
şəhərindəki akademik Zərifə
Əliyevanın, Kiyev şəhərindəki
Səməd Vurğunun, Azərbaycanın
Ukraynadakı səfirliyinin içərisindəki dahi öndər Heydər Əliyevin büstlərinin
müəllifi də S.Qurbanovdur.
Mövqe.-
2016.-16 yanvar.- S.10