Sahibkarların hüquqlarının müdafiəsi mexanizmləri
təkmilləşdirilir
Azərbaycanda biznes mühitinin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinə
süni maneələrin
aradan qaldırılması
istiqamətində atılan
mühüm addımlar
çərçivəsində maarifləndirmə, habelə
məlumatlandırma tədbirlərinə
geniş diqqət ayrılır. Məqsəd
maarifləndirmə yolu
sahibkarların hüquq
və mənafelərinin
qorunmasına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq,
habelə dövlət
qurumlarının onların
fəaliyyəttinə əsassız
müdaxiləsinin qarşısının
almaqdır.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
3 fevral tarixli sərəncamı ilə
mərkəzi və yerli icra hakimiyyətlərində
Apellyasiya şuralarının
yaradılması bu istiqamətdə çox mühüm addımlardan biri olub. Azərbaycan Respublikasının
Prezidenti yanında Apellyasiya Şurasının
sədri, Administrasiyanın
dövlət nəzarəti
şöbəsinin müdiri
Eldar Nuriyevin
"AZƏRTAC"-a müsahibəsində
bildirdiyi kimi, Apellyasiya Şuraları ölkə başçısının
yeni iqtisadi şəraitdə həyata
keçirdiyi inkişaf
strategiyasına uyğun
olaraq, sahibkarlığın
stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının
etibarlı müdafiəsi,
sahibkarlıq fəaliyyəti
göstərən fiziki
və hüquqi şəxslərin müraciətlərinə
baxılması, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının qərarlarından,
hərəkət və
ya hərəkətsizliyindən yuxarı orqana
şikayət verilməsi
mexanizminin təkmilləşdirilməsi
məqsədilə yaradılıb:
"Şuraya çox
vacib funksiyaların yerinə yetirilməsi, iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən
amillərin aradan qaldırılması, şikayətlərin
qanunvericiliyin tələblərinə
uyğun həll edilməsi, əsaslı müraciətlərin
təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün
prokurorluq orqanlarına
müraciət edilməsi
həvalə olunub".
Dövlət nəzarəti şöbəsinin
müdiri hesab edir ki, həmin
funksiyaların icrası
ölkədə sistemli
şəkildə həyata
keçirilən iqtisadi
islahatların, aparılan
antikorrupsiya siyasətinin
ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq
sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin
formalaşmasına, qanun
pozuntularının, mənfi təzahürlərin
aradan qaldırılmasına,
sahibkarlığın və
iqtisadiyyatın davamlı
inkişafına töhfəsini
verəcək: "Şura
sahibkarlıq sahəsində
fəaliyyət göstərən
fiziki və hüquqi şəxslərlə
dövlət qurumları,
daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti
orqanları arasında
yaranmış mübahisələrin
səlahiyyətləri çərçivəsində
tam, hərtərəfli
və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların
qəbul olunmasını
təmin edən kollegial orqandır.
Apellyasiya Şurasının
yaradılması özəl
sektorda çalışan
iş adamlarının
hüquqlarının müdafiəsinə,
geniş mənada ölkədə sahibkarlığın
inkişafına əlavə
təminatdır. Belə ki,
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan şəxslərin
icra strukturlarına etdikləri şikayətlərə
baxılmadıqda və
ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda
onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının Apellyasiya
şuralarına, onların
qərarından narazı
qaldıqları
təqdirdə Azərbaycan
Respublikasının Prezidenti
yanında Apellyasiya Şurasına şikayət
vermək imkanı əldə ediblər".
Azərbaycan Respublikasının Prezidenti
yanında Apellyasiya Şurasının sədri
həmçinin vurğulayıb
ki, sahibkarlar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanırlar. O hesab edir ki, bu mexanizm,
öz növbəsində,
şikayətlərə və
qaldırılan məsələlərə
aşkarlıq şəraitində,
şəffaf prosedurlar
əsasında baxılmasına,
sahibkarlığın inkişafına
mane olan bürokratik əngəllərin
aradan qaldırılmasına,
korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına,
fəaliyyət prosesində
yaranan problemlərin operativ və obyektiv həllinə, sahibkarların normal işləməsinə, onların
dövlətə inamının
artmasına imkan yaradacaq: "Apellyasiya
şuralarına şikayətləri
yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə
bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə
aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.
Göründüyü kimi,
bütün hallarda bu üç şərt gözlənilməlidir.
Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin
forma və məzmununa, digər tələblərə əməl
etməlidirlər. Əks
təqdirdə, qanunvericiliyə
müvafiq olaraq, onların şikayətlərini
həll etmək imkan xaricində olacaq".
Azərbaycan Respublikasının Prezidenti
yanında Apellyasiya Şurasının hesabatı
isə Apellyasiya şuralarının 2016-cı ildə
sahibkarların hüquqlarının
qorunması istiqamətində
görülmüş işlərin
səmərəliliyini bir
daha təsdiqləyir.
Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən
907 müraciət daxil
olub: "Onlardan
572 şikayət şuraların
səlahiyyətinə aid
olmadığından, sosial
məsələlərlə, digər mübahisələrin
həlli ilə bağlı olduğundan şikayətlərə baxılması
qaydası müraciət
müəlliflərinə izah
edilməklə araşdırılıb
tədbir görülməsi
üçün aidiyyəti
orqanlara göndərilib.
Apellyasiya şuralarına
bu qurumların səlahiyyətinə aid
335 müraciət daxil
olub. Onlardan 41 şikayət şuraların
fəaliyyəti və
təşkilati məsələlərin
həlli ilə əlaqədar təkliflər
barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən
birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin
tələbinə uyğun
olaraq baxılması üçün icra hakimiyyətlərinə,
onların Apellyasiya şuralarına göndərilib".
Hesabatda həmçinin vurğulanır
ki, Şuraların səlahiyyətlərinə aid
olan müraciətlər
əsasən torpaq sahələri, tikinti işlərinin aparılması
ilə bağlı mübahisələr, daşınmaz
əmlaka dair hüquqların qeydiyyatı,
özəlləşdirmə, xidmətlərin göstərilməsi
və digər məsələlərlə əlaqədar
olub: "Müsbət
haldır ki, icra hakimiyyətlərinə,
onların Apellyasiya şuralarına göndərilmiş
263 şikayətdən 232-si yerlərdə obyektiv həllini tapdığından
sahibkarlar tərəfindən
təkrar şikayətlər
verilməyib. Şuraların
qərarları ilə
razılaşmayan 31 sahibkar
isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib. Onlardan 26 şikayətə Prezident
yanında Apellyasiya Şurasında baxılıb.
Nəticədə 20 qərar
ləğv edilib, 6 qərar qüvvəsində
saxlanılıb, 5 şikayət
isə baxışa hazırlıq mərhələsindədir.
Ləğv edilmiş
20 qərardan 7-si qanunun
tələbinə uyğunlaşdırılıb,
13 şikayət tam, hərtərəfli, obyektiv
araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı
göstərişlə Apellyasiya
şuralarına qaytarılıb".
Dövlət başçısının sahibkarların problemlərinin
həllinə qayğı
ilə yanaşılması,
şikayətlərinə dərhal
reaksiya verilməsi, obyektiv araşdırma aparılması barədə
tələblərinin yerinə
yetirilməsi şikayətlərin
dinamikasına müsbət
təsir göstərib.
Qeyd edilən amillərin rəhbər tutulması bu təsisatın sahibkarlıq sahəsində
yaranan maneələrin
qarşısının alınmasında
çevik, təsirli mexanizmə çevrilməsinə,
iş adamlarının
hüquqlarının müdafiəsinə,
müsbət göstəricilərin
əldə olunmasına,
qanun pozuntularının
sayının kəskin azalmasına gətirib çıxarıb:
"Bunun nəticəsidir
ki, fəaliyyət göstərdiyi ilk altı ay ərzində
Prezident yanında Apellyasiya Şurasına
679 şikayət daxil
olduğu halda, sonrakı altı ayda onların sayında ciddi azalma müşahidə edilib, üç dəfə az - 228 şikayət qeydə alınıb. Bu hallar, görülən digər tədbirlər daha çox profilaktik əhəmiyyət
kəsb edib, aidiyyəti qurumlara daxil olan şikayətlərin
nəzərəçarpacaq dərəcədə azalmasına
səbəb olub. Nəticədə il ərzində mərkəzi
icra hakimiyyətlərinin
Apellyasiya şuralarının
50 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının
isə 58 faizinə ümumiyyətlə şikayət
verilməyib.
Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının Apellyasiya
şuralarına 519 şikayət
daxil olub. Şuraların səlahiyyətinə
aid olmayan 342 şikayətə baxılmasından
imtina edilib, 144 şikayət araşdırılması
üçün icraata
götürülüb. Eyni zamanda, 33 şikayət əsaslı olduğundan şuraların iclasına
çıxarılanadək təmin edilib. İcraata götürülmüş
şikayətlərin 55,5 faizi
təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir".
Şikayətlərin bir qismi sahibkarların
əsassız tələblər
irəli sürməsi,
qanunsuz imtiyazlar, əlavə mənfəət
əldə etməsi səbəbindən yaranıb.
Bununla belə, şikayətlərin
digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması,
maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməməsi,
əsassız qərarların
qəbul olunması nəticəsində yaranıb:
"Qanunvericiliyin tələblərini
pozmuş, şikayətlərin
həllində nöqsanlara
yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş
intizam məsuliyyətinə
cəlb edilmişdir".
Samir Mustafayev
Mövqe.-
2017.- 29 aprel.- S.10