Azərbaycana üz tutan rus turistlərin
sayı artır
Natiq Cəfərli: “Rusiya vətəndaşlarının istirahət zamanı nə istədiklərini bilirik” Vüqar Bayramov: “Bu hal rusların turizm ölkəsi kimi Azərbaycana marağının
artdığından xəbər
verir”
Rusiyanın "Red Wings
Airlines" aviaşirkəti Azərbaycana uçuşların
həyata keçirilməsi
üçün icazə
alıb. bu
barədə Rusiyanın
Federal Hava Nəqliyyatı
Agentliyinin protokoluna istinadən məlumat verir. Protokolda qeyd olunur ki, aviaşirkət hər biri həftədə
iki dəfə olmaqla, Voronej-Bakı,
Krasnoyarsk-Bakı və
Ufa-Bakı reysləri
üzrə uçuşlar
həyata keçirə
bilər.
Ümumiyyətlə, Rusiyadan Azərbaycana açılan aviareyslərin
sayının son zamanlar
xeyli artdığı
müşahidə edilir. Bu hal nədən qaynaqlanır və belə vəziyyətdə
daha çox turistin Azərbaycana gəlişini gözləmək
olarmı?
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə,
Azərbaycana Rusiyadan gələn aviareyslərin
sayının artması
bu ölkə sakinlərinin bölgəmizə
olan turist səfərlərinin çoxalmasının
nəticəsidir: “Rusiyanın
son zamanlar ətraf ölkələr, o cümlədən
keçmiş postsovet
məkanına turistik
nöqteyi-nəzərindən marağı artıb. Rusiyanın statistik göstəriciləri
də onu deməyə əsas verir ki, ən
azı son iki ildə keçmiş postsovet respublikalarına səfər edən rusiyalıların sayında
ötən illərə
nisbətən azı
iki dəfə çoxalıb. Rusiyadan
Gürcüstan, Azərbaycan,
Baltikyanı ölkələr
və Moldovaya turist səfərləri artıb. Bunun səbəbi Ukrayna
ilə gərginləşən
münasibətlər fonunda
bu ölkəyə Rusiyadan olan səfərlərin, Türkiyə
ilə yaşanan
problem fonunda həmin istiqamətə, habelə
Tunislə Misirə olan turist axınlarının
azalması ilə bağlı oldu. Bu fonda rusiyalı
turistlər alternativ marşurutlar seçmək
yolunu tutublar ki, həmin marşurutlardan biri də məhz Azərbaycandır. Mətbəxinə, dənizinə, burada Rusiya vətəndaşlarının
burada sərbəst şəkildə əlaqə
qurmaq imkanlarına görə getdikcə Azərbaycan istiqaməti şimaldan olan əhali üçün populyar xarakter almağa başlayır.
Rusiyadan xaricə ildə təxminən 15-16 milyona qədər ölkə vətəndaşı səfər
edir. Onun azı bir milyonunu
Azərbaycana cəlb edə bilsək, ölkəmizə turizmdən
gələn məbləğin
kifayət qədər
artmasına nail ola bilərik. Bu da mümkündür, Çünki Rusiya vətəndaşlarının istirahət zamanı nə istədiklərini bilirik. Bu istədiklərini
Azərbaycanda təmin
etmək, onlara dincəlmələri üçün
normal şərait yaratmaq,
illərdir öyrəşdikləri
dincəlmə üsullarını
tətbiq etmək mümkündür. Bu səbəbdən Rusiyadan
ölkəmizə əlavə
aviareyslərin açılması
Azərbaycan iqtisadiyyatı,
infrastrukturu üçün
kifayət qədər
pozitiv bir məqamdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
rəhbəri Vüqar
Bayramov da vurğuladı
ki, son iki ildə rusların turizm ölkəsi olaraq Azərbaycana marağı artıb. Bu vəziyyət
isə öz növbəsində aviareyslərin
də sayının çoxalmasına gətirib
çıxarır: “Rusiyadan
ölkəmizə daha
çox turistin gəlməsilə bağlı
olaraq son dövrlər
şimaldan Azərbaycana
edilən aviareyslərin
sayında artmlar müşahidə edilir. Hansı ki, artan bu
reyslərin bir qismi də mövsümü
reyslərdir. Yəni, turizm
dövrü ilə bağlı yaradılan reyslərdir. Bu baxımdan
Rusiyadan ölkəmizə
gələn turistlərin
sayının çoxalması
əslində ondan xəbər verir ki,
proses birbaşa həmin
ölkə turistlərinin
Azərbaycana marağının
artması ilə bağlıdır.
Yəni,
həmin turistlərin
marağı artdığı
üçün nəticə
etibarı ilə
proses aviareyslərin sayının
çoxalmasına rəvac
verib. Turizmin inkişafında bilirsiniz ki, reyslər çox vacibdir. Çünki birbaşa reyslərin
sayının artması
həmin ölkələrin
turizmə marağının
artmasına da gətirib
çıxarır. Əvvəlki illərdə də Rusiyadan ölkəmizə
gələn turistlərin
sayı çox olub. Amma onların da bir
qismi Rusiya vətəndaşı olan
azərbaycanlılar idi.
Bununla belə son iki ildə Rusiyadan ölkəmizə gələnlərin
sayında artımlar var ki, bu
da rusların turizm ölkəsi kimi Azərbaycana marağının
artdığından xəbər
verir”.
Rüfət NADİROĞLU
Mövqe.-
2017.-4 iyul.- S.11.