Naxçıvandà yerli istehsal üzərində qurulan dinamik iqtisadi yüksəliş.
Naxçıvana
səfər edən KİV rəhbərlərindən ibarət
nümayəndə heyətinin şəhərdəki mədəni,
tarixi abidələrlə tanışlıqdan yüksək
zövq aldıqları, bu ziyarətin onlarda yüksək təəsürat
oyatdığı üzlərindən sezilirdi. Proqram sıx olsa da, səfərdə
iştirak edən qonaqlar Naxçıvanı
gəzib-dolaşmaqdan yorulmur,
hər daşında tarix yaşadan bu diyara gəlmişkən
Muxtar Respublikanın turizm potensialını öz gözləri ilə görməyə çalışırdılar.
Ona görə də, saat əqrəbləri
17:00-dan ötsə də,
nümayəndə heyəti
səfərin ilk gününü başa vurmaq haqqında düşünmürdü. Naxçıvana
səfər etmişkən
Muxtar Respublikanın iqtisadi inkişafının
kökündə dayanan
amilləri, yerli istehsal müəssisələrini,
eləcə də, burada istehsal edilən məhsullarla tanışlıq da qonaqların marağında
idi. Bu səbəbdən
də, mədəni, tarixi abidələri ziyarətdən sonra yolumuzu Naxçıvan Avtomobil Zavodundan saldıq. Elə paytaxt yollarında da şütüyən Naz-Lifan avtomobillərinin necə yığıldığını
canlı görmək,
bu zavodun işi ilə yaxından tanış olmaq mənə də maraqlı gəlirdi.
Brend modellərə meydan oxuyan “NAZ-Lifan”...
Qeyd
edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın
11-də istifadəyə verilib. Burada qonaqlara məlumat verildi ki, zavodda
Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İllik istehsal
gücü 4-5 min ədəd
minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün
hissələri burada yığılır. Bu da
zavodda istənilən
modeldə minik və yük avtomobillərinin istehsalına
imkan verir. Zavodda həm mexaniki, həm də sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZLifan”
markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek)
“320” və baqaj bölməsi salondan kənarda yerləşən
(sedan) “620” modellərindən ibarət olub. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin
“330”, “630” və “720” modellərinin
kütləvi istehsalına
başlanılıb. Sonradan
isə istər texniki göstəriciləri, istərsə
də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin
“NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin
ilk nümunələrinin istehsalına
başlanılıb ki,
bu avtomobillər də artıq alıcılara təqdim olunur. Zavodda yığılan avtomobillər öz keyfiyyəti ilə xarici ölkələrin avtomobil zavodunda istehsal edilən məhsullardan heç də geri qalmır.
Burada qonaqlara məlumat verildi ki, zavoda
ən çox sayda avtomobil sifariş verən Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İstər Sovetlər Birliyi dövründə Böyük
Vətən müharibəsində
və Çernobıl
hadisələrinin nəticələrinin
aradan qaldırılmasında
iştirak edən şəxslər, istərsə
də Azərbaycan Vətən müharibəsi
iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı
minik avtomobilləri ilə təmin edilirlər. Qeyd edim ki, hazırda
Muxtar Respublikada, eləcə də Bakı, Sumqayıt, Gəncə, Neftçala,
Xaçmaz və Quba şəhərlərində
“NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti də göstərilir. Zavodda olarkən öyrəndik
ki, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək
səviyyədə qurulub.
Naxçıvan və Bakı
şəhərlərində satış mərkəzi,
texniki xidmət şöbələri və
avtomobillərin ehtiyat
hissələrinin satışı
mağazası yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət qurumlarını,
məmurları Naxçıvanda
istifadə edilən keyfiyyətli avtomobillərdən
istifadə etməyə
üstünlük verməyə
çağırıb. Hazırda Naxçıvanda
taxsi xidməti göstərən avtomobillər
də məhz bu zavodda yığılan
avtomobillərdir. Zavodda avtomobillərin
qiymətində bir qədər artım olduğunu da təsdiqlədilər.
Bunun isə dünyada ABŞ valyutasının
məzənnəsindəki dəyişikliklə əlaqədar
ehtiyat hissələrinin
ölkəmizə idxalının
Yerli istehsal-Həm təlabatı
ödəyir, həm də xaricə ixrac olunur...
Naxçıvanda restoran və digər iaşə obyektlərində olarkən
diqqətimizi çəkən
bir məqam da sahibkarların yerli istehsal olan məhsullara
üstünlük verməsi
oldu. Burada restoranlarda sərinləşdirici
və spirtli içkilərin demək olar ki, hamısı
Muxtar Respublikada istehsal olunan məhsullardır. Satış mağazalarında
da yerli məhsullar üstünlük təşkil
edirdi. Muxtar Respublikada istehsal
olunan məhsulların
nümayiş edildiyi məkana, Naxçıvan
Biznes Mərkəzinə
daxil olduqda isə daha geniş
çeşiddə, müxtəlif
adda məhsullarla qarşılaşdıq. Sən
demə bayaqdan iaşə obyektlərində
görüb-daddığımız məhsullar, Naxçıvanda
istehsal edilən yerli məhsulların çox az
bir qismi imiş. Biznes Mərkəzində ərzaqdan
tutmuş məişət
avadanlıqlarına, tikinti
materiallarına, uniformalara
qədər müxtəlif
çeşiddə yerli
istehsal məhsulları
sərgilənib. Biznes Mərkəzi
ilə yaxından tanışlıq Muxtar Respublikada həm sahibkarlığın inkişafı
üçün yaradılmış
əlverişli mühitdən,
həm də zəngin sənaye potensialından xəbər
verirdi.
Əlverişli xammal bazasının mövcudluğu və müasir texnologiyalar əsasında fəaliyyət
göstərən 100-dək sənaye müəssisəsinin
fəaliyyəti ekoloji
təmiz, rəqabətədavamlı
məhsulların istehsalına
imkan yaradır. Bu müəssisələrin məhsulları
təkcə paytaxt Bakı və digər regionlara deyil, İran, Türkiyə,
Gürcüstan, Rusiya
kimi ölkələrə
də ixrac edilir. “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Bərəkət Qida Məhsulları”, “Gəmiqaya
Mineral Sular”, “Gəmiqaya
Daş Məhsulları
Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Dizayn Sənaye Kompleksi”, “Ləzzət Qida Sənaye”, “Cahan-Pen”, “Naxçıvan Duz İstehsalı”, “Araz-3”, “Prestij
Naxçıvan Pivəsi”
və digər məhdud məsuliyyətli
cəmiyyətlər Muxtar
Respublikanın ərzaq
və sənaye tələbatının çox
hissəsini yerli istehsal hesabına ödəməyə imkan
verir. Bağlı-bağatlı Naxçıvan torpaqları
Muxtar Respublikada kənd təsərrüfatı
məhsullarının istehsalını
da şərtləndirib. Bu gün Naxçıvanın
ixrac etdiyi məhsullar arasında kənd təsərrüfatı
məhsullarının xüsusi
çəkisi var. Biznes
Mərkəzində olarkən
diqqətimizi çəkən
digər məqam, yerli istehsal olan məhsulların keyfiyyəti ilə yanaşı, əmtəə
görünüşünün də rəqabətqabiliyyətli
olması oldu. Salonda sərgilən sərinləşdirici və spirtli içkilərin qablaşdırılması
zamanı məhsulların
ixrac potensialının
da lazımınca qiymətləndirildiyi
göz önündə
idi.
Şəfalı bitgilərdən xariqələr
yaradan Naxçıvan...
Hələ mən kiçikkən
nənəm gözəl
təbiəti olan Naxçıvanda şəfalı
bitgilərin olduğu,
həmin otlardan dəmləmə ilə bir çox xəstəliklərin müalicəsinin
dava-dərmansız mümkün
olduğundan ağız
dolusu danışardı. Burada olarkən öyrəndik ki, Naxçıvanda
təbabətdə istifadə
edilən 200 növə
yaxın dərman bitkiləri var. Muxtar Respublikada hər il min tonlarla
dərman bitkiləri tədarük olunur ki, bitgilərin də çox hissəsi yabanı halda yetişir. Bu torpaqda şəfa mənbəyi olan bitgilər yetişdiyindən,
muxtar respublikada dərman bitkilərinin istehsalı ilə məşğul olan müəssisə də fəaliyyət göstərir.
2010-cu ildə Şahbuz
rayonunda yaradılan “Farma Şah” müəssisəsi Şahbuz
dağlarında yabanı
halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğuldur. Biznes mərkəzində olarkən
onu da öyrəndik
ki, Naxçıvanda yabanı halda bitən bitgilərdən bəzi içkilərin hazırlanmasında da istifadə olunur. Biznes Mərkəzini gəzib-gördükdən
sonra bir daha əmin olduq ki, ölkə
Prezidenti cənab İlham Əliyevin “Made in Azerbaijan”
brendi ilə milli məhsulların istehsal edilməsi və dünya bazarına çıxarılması
ilə bağlı vacib tapşırığı
Naxçıvan Muxtar
Respublikasında uzun illərdir ki, icra edilir.
Bu iqtisadi
inkişafın canlı
şahidi olan münayəndə heyəti
üzvləri Biznes Mərkəzindən gələcəyə
böyük inamla ayrılaraq, insanların ilərdir inanıb iman gətirdikləri məkana, “Əshabi-Kəhf
Ziyarətgahı”na yollandılar.
Azərbaycan Prezidenti yanında
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun (KİVDF) təşkilatçılığı
ilə Naxçıvan
Muxtar Respublikasına təşkil olunan səfərə qatılan
KİV rəhbərlərinin “Əshabi-Kəhf Ziyarətgahı”
Dini-Mədəni Abidə
Kompleksinə və Duzdağ Fizioterapiya Mərkəzinə səfəri barədə
isə növbəti sayımızda...
Ardı var...
Zülfiyyə QULUYEVA
Mövqe.-
2017.- 8 iyun.- S.4