Azərbaycan İslam mədəniyyətini
daha zəngin hala gətirir
Elman Nəsirov:
“Digər müsəlman
dövlətləri də
Azərbaycan nümunəsinə
müraciət edəcəklər”
Azərbaycan İslam mədəniyyətinin
inkişafına bu gün mühüm yeniliklər gətirməkdədir.
2016-cı ilin “Multikulturalizm
ili”, 2017-ci ilin isə onun məntiqi
davamı kimi “İslam Həmrəyliyi ili” elan edilməsi
buna əyani sübutdur. Bundan başqa müsəlman
dünyası yaxın
keçmişə kimi
indiki qədər bir arada olmamışdı.
Hansı ki, bu birlik İslam
Həmrəyliyi Oyunlarında
müşahidə edilir.
Ölkəmiz tərəfindən
oxşar tədbirlərin
davam etdiriləcəyi
də istisna deyil. Siyasilərin fikrincə, bütün bunlar dünyada İslamın mövqeyinə təsirsiz
ötüşməyəcək.
Millət vəkili
Elman Nəsirov təəssüflə bildirdi
ki, hazırda İslam dünyasında birlik və həmrəylik yoxdur: “Bu reallıqda da islamafob və
ksenofob qüvvələr
olduqca fəallaşıblar.
Onlar İslam birliyinin daha da pozulmasına çalışırlar ki,
bununla da İslam ölkələri
beynəlxalq ictimaiyyətdə
həmişə mənfi
obrazda qəbul edilsin.
Eyni zamanda, bəzi
müsəlman ölkələrinin
digərilərinə qarşı
ərazi, resurs iddialarının olması,
liderlik düşüncəsi
ilə yaşaması,
İslam dünyasında
Fələstin-İsrail münaqişəsinə
fərqli yanaşmaların
olması və bu kimi digər
obyektiv və subtektiv amillərə görə, bu gün İslam dünyasında arzuedilən
birik yoxdur. Bu reallıq fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev
2016-cı ili “Multikulturalizm
ili”, 2017-ci ili də “İslam Həmrəyliyi ili” elan etdi. Bu
gün də ölkəmiz İslam Həmrəyliyi Oyunları
keçirilir. Bütün
bunların hamısı
müsəlman dünyasında
birliyin əldə edilməsi, İslam dəyərlərinin möhkəmlənməsi
mənafeyinə xidmət
göstərir.
İslam Həmrəyliyi
Oyunları keçirilməklə
bütün müsəlman
dünyası Azərbaycan
paytaxtında bir araya gəldi. Yarışların ən
böyük mahiyyəti
də məhz bundan ibarətdir. Azərbaycan paytaxtında
54 müsəlman dövlətinin
idmançıları bir-birinin
əlini sıxırlar.
Bunun böyük mənası var. O da ondan ibarətdir
ki, müsəlman dövlətlərinin idmançıları
bir-birinin əlini sıxırsa, müsəlman
liderləri də bunu edə bilərlər.
Lakin təəssüf
ki, bəzi müsəlman dövlətləri
işğalçı Ermənistan
dövləti ilə sıx münasibətlər
qurub. Halbuki, həmin işğalçı
dövlətə görə,
Azərbaycada 1 milyon yarımdan çox müsəlman məcburi köçkün və qaçqın yaranıb. Bunun da səbəbkarı
Ermənistanın işğalçılıq
siyasətidir. Belə
bir işağlçı
dövlətlə heç
bir müsəlman dövləti əlaqələri
inkişaf etdirməməlidir.
Məhz “İslam Həmrəyliyi ili”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin
ən böyük hədəflərindən biri
də müsəlman dövlətinin birliyinə
nail olmaqdır. Bunlar bizi güclü
edən amillərdir. Azərbaycan paytaxtında bu mesajlar bütün
müsəlman dünyasına
göndərilməkdədir.
Azərbaycan hədəfləri olan dövlətdir. Həmin hədəflərin həlli
yolunda da addımlar atırıq. Azərbaycanda bundan sonra da digər
tədbirlərin keçiriləcəyi
istisna deyil. Bu, bizim strateji
məqsədlərimizdən irəli gəlir. Azərbaycan dünya miqyasında elə böyük dövlət olmasa da, sözünün
mənası və çəkisi böyükdür.
Azərbaycan bütün
bu davranışları
ilə özünün
əhəmiyyətli ölkə
olduğunu növbəti
dəfə təsdiqləyir.
Bütün bunlar həmçinin İslam dünyasına yeni nəfəs, yeni çalarlar verir. Digər müsəlman dövlətləri də
Azərbaycan nümunəsinə
müraciət edəcəklər.
Azərbaycanın reallaşdırdığı
sözügedən tədbirlər
məhz müsəlman
dünyasında birliyin,
həmrəyliyin təmin
edilməsinə böyük
yardımçı olacaq”.
Mübariz BAYRAMOV
Mövqe.-
2017.-17 may.- S.3