Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynayır

Bəşəri ideyaları ehtiva edən humanist arzular insanları birləşdirir

Qloballaşma dövründə ksenofobiyanın güclənməsi mədəniyyətlər dinlər arasında münasibətlərin kəskinləşməsi ilə dünyanı təhlükəyə sürükləyir. Bu meyl dünyada sülhün sabitliyin pozulmasında maraqlı olan radikal, terroçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, sülhün həmrəyliyin gücləndirilməsi böyük  əhəmiyyət daşıyır. Bu mənada Azərbaycanın göstərdiyi fəaliyyət əvəzedilməzdir digər müsəlman dövlətləri tərəfindən dəstəklənir.

 

Bu gün İslam ölkələrinin ictimai-siyasi həyatında baş verən hadisələr dövrün gərginliyinə dəlalət edir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ətraf rayonlarda yaşayan soydaşlarımız doğma yurdlarından didərgin düşüb. Əfqanıstanda hökumət xaricdən dəstək alan terrorçu qruplar arasında tez-tez qanlı toqquşmalar baş verir. Suriyada yenə xarici qüvvələrin birbaşa təsiri iştirakı ilə müharibə gedir. İraq 15 ildir ki, müharibənin caynağından qurtula bilmir. Burada da xarici dövlətlərin dəstəklədiyi terrorçu qruplar tüğyan edir. Bir vaxtlar var-dövləti ilə öyünən Liviyada indi beynəlxalq tədbirdə iştirak üçün vəsait tapılmır. Səbəb yenə xarici təsirlər nəticəsində baş verən müharibələrin iqtisadiyyatı viran qoymasıdır. Bütün bu dəhşətli faktlar fonunda İslam ölkələrinin sülh arzusunun qədər önəmli olduğu ortaya çıxır. Bu nəcib zəruri arzunun gerçəklənməsi üçünsə artıq hərəkətlilik tələb olunur.

Şərq ilə Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşən Azərbaycan insanlıq mədəniyyət adına çox dəyərli işlər görür. Azərbaycan həm türk, həm İslam mədəniyyətinə əvəzsiz töhfələr vermiş dövlətdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sülh çağırışları ilə bütün dünyada uğurlu addımlar atıb. İslam Həmrəylik Oyunları bu yolda atılan növbəti addımdır. Çünki, həmrəylik oyunları ayrı-seçkiliyə, irqçiliyə, müharibələrə qarşı dəyərli töhfədir.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin sözlərilə desək, dünyəvi dövlət olan Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynayır. Azərbaycanın sülhə dinlər arasında dialoqa töhfəsi çox böyükdür. Qazaxıstan kimi digər İslam dövlətləri bu mövqedən çıxış edərək həmrəyliyi sülhü müdafiə etdiklərini, dünyada əmin-amanlığa can atdıqlarını bəyan edirlər. 2017-ci ilin Azərbaycandaİslam Həmrəyliyi İlielan edilməsi bütün müsəlman dövlətləri tərəfindənqlobal sülhyaratma prosesikimi dəyərləndirilir.

İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin baş katibi Mahmud Erol Kılıçın fikrincə, terrorizmə ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. 57 ölkəni birləşdirən İƏT İslam anlayışının bütün İslam dünyasına yenidən sirayət etməsini   Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir. İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottəki bildirir ki, İslam dini sülh dinidir, terrorizmdən çox uzaqdır. Onun fikrincə, hazırda dünya İslam adı altında bir sıra terror fəaliyyətləri ilə üzləşir: “Biz real, birgəyaşayışı təbliğ edən İslamı dünya birliyinə nümayiş etdirməliyik”.

İslam Həmrəyliyi Oyunları məhz İslamın sülhsevət mahiyyətini bütün dünyaya bir daha tanıdır əslində bu dinə iman gətirənlərin ümumi arzularını ifadə edir. IV İslam Həmrəylik Oyunlarının açılış mərasimində geniş reportajlar hazırlayan dünya KİV-ləri, xüsusilə ərəb ölkələrinin jurnalistləri yazıblar ki, açılış mərasimi əsl idman bayramına çevrilib. Nümayiş etdirilən slayd obrazlarda Azərbaycan İslam sivilizasiyasının sanballı nailiyyətlərini inkişaf mərhələlərini, Azərbaycanın İslam dünyasının tarixi ənənələri ilə qırılmaz tellərlə bağlı olduğunu əks etdirib. Azərbaycan İslamiada keçirməklə, möhtəşəm yaddaqalan açılış mərasimi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında bütün planetimizdə birlik, harmoniya, qarşılıqlı anlaşma, sülh həmrəylik çağırışı ilə dünyaya ismarıc göndərib. Bütün bunlar onu göstərir ki, İslamiada müsəlman dünyasının sülh əmin amanlıq arzularının təcəssümüdür. Yarış meydanında olan rəqabət isə sağlam həyat tərzinə, xalqlar arasında dostluq birliyin möhkəmlənməsinə xidmət edən təsirli vasitədir.

N.NOVRUZ

Mövqe.- 2017.- 18 may.- S.14