Çinli turistlər də
Azərbaycana böyük
pullar qazandıra bilər
Vüqar Bayramov:
“Son dövrlər Şərq dövlətləri
olan Çin, Yaponiya və Cənubi Koreya dünya turizminə maliyyə xərcləmək
baxımından ən
çox töhfə verən ölkələr
sırasında aparıcı
yerləri tuturlar”
Bu vaxta
qədər ən çox pul xərcləyən turistlər
kimi liderliyi ABŞ-dan olan turistlər
edir. Hazırda isə bu rəqəm
çinlilərin xeyrinə
dəyişməyə başlayıb.
Belə ki, çinli səyyahların
xərcləri hər
il fantastik surətlə artır. Beynəlxalq turizm təşkilatı UNWTO bildirir
ki, 2016-cı ildə çinli turistlər səyahətə 261 milyard
dollar xərcləyiblər.
Bu rəqəmlər hər il artmaqda
davam edir.
Azərbaycana gəldikdə son illər ölkəmzidə
də turizm sektoru xeyli inkişaf
edib. Artıq dünyanın əksər
ölkələrindən bura
istirahət üçün
gəlmək istəyənlərin
sayı ildən-ilə
artır. Turizmin gəlirli sahə olması fonunda hesab olunur ki,
bu sektorda aktiv rol oynamağa
başlayan daha çox çinli turisti də ölkəmizə cəlb
etmək zəruridir.
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri
Vüqar Bayramov bildirdi ki, daha
çox çinli turisti Azərbayacna cəlb etmək üçün ölkəmizin
turizm potensialını
bu ölkədə geniş şəkildə
tanıtmalıyıq: “Son
dövrlər Şərq
ölkələri olan
Çin, Yaponiya və Cənubi Koreya dünya turizminə maliyyə xərcləmək baxımından
ən çox töhfə verən ölkələr sırasında
aparıcı yerləri
tuturlar. Bu ölkələrin turistləri
yeni yaranan və ənənəvi turizm ölkələri olmayan dövlətlərə
səyahət etməkdə
daha çox maraqlıdırlar. Azərbaycan
da bu mənada
qlobal turizm bazarında yeni ölkələrdən sayılır.
Onu da nəzərə alaq ki, postneft dövründən
sonra ölkəmizdə
turizmin inkişaf etdirilməsi əsas prioritetlər sırasında
yer alır. O baxımdan da Çin kimi nəhəng ölkənin
turistlərinin ölkəmizə
cəlb edilməsinin mühüm əhəmiyyəti
ola bilər. Buna nail olmaq
üçün də
müəyyən işlərin
görülməsinə ehtiyac
vardır. Azərbaycan bu günə
qədər əsasən
MDB məkanı və
Avropa dövlətləri
üçün turizm
potensialına malik olan ölkə kimi tanınırdı. Son zamanlar isə
bu siyahıya ərəb ölkələrini
də əlavə edə bilərik. Çinli turistlərin ölkəmizə gəlməsinə
şərait yaratmaq üçün isə ilk növbədə
Asiyada Azərbaycanın
turizm potensialının
qurulmasına ehtiyac vardır. Ölkəmizin turizm potensialı Çində də tanıdılmalıdır. Ona
görə də Azərbaycanın turizm potensialı ciddi şəkildə təqdim
edilməlidir.
Həmçinin, Çində Azərbaycanla
bağlı maarifləndirmə,
məlumatlandırma kampaniyasına
da start verməliyik. Məlumatlandırma
kampaniyası ilə yanaşı, eyni zamanda, institusional fəaliyyətlər də
həyata keçirilməlidir.
Çinlə ancaq Bakı-Urumçu arasında
hava nəqliyyatı fəaliyyət göstərir.
Daha məqsədəuyğundur
ki, gələcəkdə
hava nəqliyyatı Çinin paytaxtı Pekinə də açılsın. Bu, nəticə etibarı ilə Çindən daha çox turistin cəlb olunmasına səbəb olacaq. Habelə, Çin dilində broşuralar hazırlanması
və onların internet üzərindən
yayılmasına ehtiyac
vardır. Azərbaycana
gələcək çinli
turistlərin daha asan və heç
bir problem olmadan turist kimi yaşaması üçün Çin dilində broşuraların
hazırlanması və
otellər vasitəsilə
yayılması da vacib amillərdən biridir. Belədə çinli turistlər ölkəmizlə bağlı
daha çox məlumat əldə edəcəklər. Bu kimi addımların atılması fonunda sözsüz ki, Çindən daha çox turistin ölkəmizə gəlməsinə
nail ola biləcəyik”.
Rüfət NADİROĞLU
Mövqe.-
2017.- 18 may.- S.7.