Aqrar sektor regionlarda yeni inkişafa yol açır
Musa Quliyev: “Aqrar məhsulların ixrac potensialı dəfələrlə
artacaq, eyni zamanda, urbanizasiya, demoqrafik proseslər tənzimlənərək kəndlərin
xeyrinə dəyişəcək”
Qadir Bayramlı: “Ölkədə aqrosığortanın
təmin edilməsi, zəmanətli alış
sistemi qurulması da ixracat imkanlarımızı
artıracaq”
2017-ci ilin səkkiz ayı ərzində Azərbaycan 374,8 milyon dollar həcmində kənd təsərrüfatı
məhsulu ixrac edib. bu
barədə kənd təsərrüfatı naziri
Heydər Əsədov
bildirib. Qeyd olunur ki, bu,
ötən ilin eyni dövrü ilə müqayisədə
47,4 faiz çoxdur. Aqrar sahədə bu
dinamik artımın davamını gözləmək
olarmı və belə vəziyyətdə
regionların inkişafında
yeni mərhələnin
başlanmasını demək
mümkündürmü? Çünki aqrar məhsullar
əsas etibarı ilə regionlarda istehsal edilir.
Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, kənd təsərrüfatında
dinamik artım növbəti illərdə
də davam edəcək və bu fonda regionların
inkişafında yeni mərhələ başlayacaq:
“Cənab Prezident hələ 2014-cü ilin sonunda elan etdi
ki,
Azərbaycan öz
sosial-iqtisadi inkişafının
yeni dövrünə,
postneft erasına qədəm qoyur. Həmçinin Prezident postneft
erasında inkişafı
vacib olan sahələri də sadaladı.
Qeyri-neft sektorunun əsasən kənd təsərrüfatı,
nəqlliyyat kommunikasiya,
turizm və texnologiyalar sahəsi ölkəmizin gələcək
uğurlarını müəyyən
edəcək istiqamətlərdir. Bu prosesdə də şübhəsiz ki, kənd təsərrüfatı
aparıcı yeri tutur. Azərbaycanın ənənəvi aqrar təcrübəyə
malik olması, əkinçilik, bitkiçilik,
heyvandarlıq mədəniyyətinin
mövcudluğu, yerləşdiyimiz
regionun iqlim şəraiti yaşadığımız
Vətəndə ekoloji
cəhətdən təmiz
və dadlı aqrar məhsullar yetişdirməyə imkan
verir. Digər tərəfdən, kənd təsərrüfatının
inkişafı paralel olaraq turizm və
nəqliyyat sektorunun
da canlanmasına təsir
göstərir. Bu mənada
cənab Prezident doğru olaraq 2015-ci ili «Kənd
təsərrüfatı ili»
elan etmişdi. Ondan sonrakı illərdə də dövlət tərəfindən kənd
təsərrüfatına xüsusi
qayğı göstərilməkdə
davam edir. İnvestisiya
qoyuluşu, büdcədən
bu sahəyə ayrılan vəsair ildən-ilə artır.
Kənddə yaşayan insanlara
dövlətin hərtərəfli
qayğısı davam
edir. Onlar torpaq vergisi
istisna olmaqla bütün vergilərdən
azaddırlar. Onlara subsidiyalar,
əlverişli şərtlərlə
kreditlər verilir.
Fermerlər keyfiyyətli və
məhsuldar toxumlarla təmin olunurlar. Əldə olunan məhsulun alınmasında da dövlət
tərəfindən ciddi
dəstək göstərilir.
Logistika mərkəzləri açılır,
aqrar sahədə müasir texnologiyalardan istifadə edilir.
Cari ilin 8 ayında xaricə ixrac edilən kənd təsərrüfatı
məhsullarının ötən
ilin anoloji dövrü ilə müqayisədə 50 faizə
qədər çox olması da dövlətin
məhz bu sahəyə göstərdiyi
diqqət və qayğının nəticəsidir. Düşünürəm ki, illər keçdikcə bu sahədə artımlar daha dinamik şəkildə
olacaq, kənd təsərrüfatı məhsullarının
ixrac potensialı dəfələrlə artacaq.
Ölkədə aqrar sahənin
inkişafı eyni zamanda, urbanizasiya, demoqrafik proseslərin tənzimlənərək kəndin
xeyrinə dəyişməsinə
səbəb olacaq.
Kənddə iş yerləri daha çox olacaq, burada çalışan insanların maddi səviyyəsi daha da yüksələcək. İnfrastruktur daha da yaxşılaşacaq
və kəndlərin
şəhərə çevrilməsi
prosesi uğurla davam edəcək. Kənd yolları təmir edilir, yeniləri tikilir, Kəndlərin qazlaşdırılması, elektrik
enerjisilə təmin edilmənin yaxşılaşdırılması
prosesi də uğurla davam edir. Bütün bunlar regionların
inkiaşfına dövlətin
göstərdiyi hərtərəfli
qayğının nəticəsidir.
Prosesin uğurla həyata keçirilməsi fonunda turistlərin də kəndlərə axını
başlayacaq. Bütövlükdə yaxın illərdə aqrar sahdə daha böyük uğurların əldə
edildiyinin şahidi olacağıq”.
İqtisad Universitetinin dosenti
Qadir Bayramlının
fikrincə, aqrar sahə məhsulları üzrə ixracatın daha da artımına nail olmaq üçün bir sıra vacib
məsələlər həll
edilməlidir: “Hər
şeydən öncə
kənd təsərrüfatının
balanslı inkişafına
nail olmalıyıq. Elə etmək
lazımdır ki, həm daxili bazarımız yerli aqrar məhsullarla tam təmin edilsin, həm də onun xaricə ixracı prosesi genişlənsin. Kənd təsərrüfatı
məhsullarını həm
birbaşa, xammal formasında, həm də emal edilmiş
şəkildə ixrac
etməliyik. Çünki aqrosənaye məhsulları
üzrə də ixrac potensialımız vardır. Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsullarının
böyük əksəriyyətinə
xaricdə tələbat
var. Bu potensialdan səmərəli
istifadə etmək, kənd təsərrüfatı
məhsullarının ixracatını
artırmaq üçün
bir sıra məsələlər öz
həllini tapmalıdır.
Hər şeydən
öncə ekstensiv təsərrüfat metodundan,
intensiv, daha məhsuldar metoda keçməliyik. Yeni qurulan aqrosənaye
parklarının fəaliyyəti
də səmərəli
təşkil olunmalıdır.
Kiçik təsərrüfatlardan, böyük, daha məhsuldar təsərrüfatlara
keçmək lazımdır. Suvarma şəraiti yaxşılaşmalı,
fermerlər ucuz yanacaq, gübrə, ziyanvericilərə qarşı
preparatlarla təmin edilməlidir. Ölkədə aqrosığortanın təmin
edilməsi, zəmanətli
alış sistemi qurulması da ixracat imkanlarımızı artıracaq.
Həmçinin fermerlərin özlərinə
də birbaşa ixracat imkanları yaradılmalıdır. Ona görə
də onların məhsullarına münasibətdə
sadələşdirilmiş gömrük şərtləri
tətbiq olunmalıdır.
Reklam işləri genişlənidrməli,
xarici ölkələrdə
kerçirilən kənd
təsərrüfatı sərgilərində
aktiv iştirak etməliyik. Məhsullarımızın
xaricdə daha geniş həcmdə satılmasına nail olmaq üçün əcnəbi
ölkələrdə yaşayan
azərbaycanlı iş
adamları ilə də əlaqələri genişləndirməliyik. Xarici ölkələrin
bazarları hərtərəfli
analiz edilməlidir.
Yeni bazar
axtarışları istiqamətində
mütəmadi işlər
aparılmalıdır. Vergi endirimləri olmalıdır. Qısaca, fermerlər lazım
olan qayğı və sərbəstliklə
təmin edilərsə,
daha çox məhsul ixrac etmək imkanımız da
olar”.
Rüfət NADİROĞLU
Mövqe.-
2017.- 3 noyabr.- S.5.