Xalçaçılıq qeyri-neft sektorunda
əsas ixrac məhsullarından birinə
çevriləcək
Ənənəvi istehsal sahələrinin inkişafı işsizliyə
zərbə, rifahın
yüksəlməsinə təminatdır
Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin
tikintisinə başlanılacaq.
bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Ş.Mustafayev bildirib ki, ölkədə
xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə
yeni istehsal müəssisələrinin yaradılması
işləri davam etdirilir: “Belə
ki, Horadiz qəsəbəsində və
Şəmkir rayonunda bu müəssisələr
artıq istifadəyə
verilib, 6 rayonda müəssisələr istismara
tam hazır vəziyyətə gətirilib,
digər 2 rayonda isə işlər cari ilin sonunadək
yekunlaşacaq, 2018-ci ildə
10 yeni müəssisənin
tikintisinə başlanılacaq”.
Nazir əlavə edib ki, xalçaçılığın
xammal bazasının yaradılması üçün
Sumqayıtda Yunəyirici
Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması
və 5 rayonda yun və boyaq
maddələri tədarükü
məntəqələrinin tikintisi nəzərdə tutulur.
Xalçaçılığın inkişafı üçün
Azərbaycan yüksək
potensiala malikdir. Əvvələn, bu istehsal sahəsi çox qədimdən mövcud olduğundan və geniş yayıldığından bölgələrdə
yaxşı mənimsənilib
və təqdir olunub. Çünki, xalçaçılıq üçün
xammal mənbəyi olan qoyunçuluq da ölkəmizdə
ənənəvi və
qədim sahədir. Hələ natural təsərrüfatın
yarandığı vaxtlardan
ev təsərrüfatında
qoyun saxlayıb, onun yunundan iplik
əyirib yun toxumaq insanların yaşayışının mühüm
elementinə çevrilib.
İkincisi, ekoloji təmiz və estetik gözəlliyə malik bu məhsullar
dünya bazarlarında
yaxşı qiymətə
sürətlə satılır. Düzdür,
hazırda Qərb ölkələrində də
xalçalar toxunur. Lakin bu məhsullardakı
kimyəvi ipliklərlə
yaradılmış süni
gözəlliklə təbii
yundan əyrilmiş ipliklə əldə toxunmuş xalçaların dəyəri
ikincinin üstünlüyü
ilə ölçüyəgəlməzdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
bu il oktyabr
ayının 1-nə Azərbaycanda
8 milyon 667 min 300 baş qoyun və keçi olub. Bunlardan 15 min 700 kq yun
alınıb. Bu, zəngin xammal bazası deməkdir. Bu səbəblərdən
hökumətin qeyri-neft
sektorunun inkişafına
verdiyi dəstək fonunda xalçaçılığın
inkişafına diqqət
ayırması təsadüfi
deyil. Fabriklərin yaranması xalçaçılıq
sənətinin sirlərini
nəsillikcə dərindən
bilən yüzlərlə
insanın işlə
təminatında əhəmiyyətli
rol oynayır. Bunun üçün ayrıca məktəb qurtarmağa, yaxud nəyi isə yenidən öyrənməyə
ehtiyac yoxdur. Hətta kənd yerlərində qadınların
evdə işləmək
imkanı da var. Yəni, şəraiti olan evində dəzgah quraşdırıb xalça
toxuyaraq ticarət şəbəkəsi vasitəsilə
sata bilər. Məsələn, artıq
fəaliyyət göstərən
Füzuli xalça kombinatında 160 nəfər
çalışır. Halbuki
rayonda 500-600 nəfər
xalçaçı var.
Kombinatda hər ay 250 kv.m-dən çox müxtəlif çeşnili xalçalar
toxunur.
Əgər nəzərə
alsaq ki, hazırda 10 fabrik fəaliyyətdədir və
gələn il daha 10 fabrikin tikintisinə başlanılacaq,
onda orta hesabla azı 3200 xalçaçının işlə
təmin ediləcəyini
söyləmək olar.
Həmin fabriklərdə
isə təxminən
ildə 100 min kv.m məhsul istehsal olunacağı proqnozlaşdırılır. Bu
da öz növbəsində milyonlarla
ölçülən xarici
valyuta deməkdir. Həm əhali işləyib qazanacaq, həm də dövlət gəlir götürəcək. “Azərbaycan
brendi” ilə satılan xalça məhsulları ölkəmizin
xaricdə taninmasına
və keyfiyyət kateqoriyasının yüksəldilməsinə
də təsir göstərəcək.
Bundan başqa müxtəlif
növ xalça məmulatları ölkəmizin
turizm sənayesinə
də müsbət təsiri edəcək. Çünki, xarici turistlərin əllə toxunmuş və ekoloji təmiz məhsullara inamı böyükdür. Əl çantalarından tutmuş
xurcunlara, təbiət
mənzərələrinin, folklor nümunələrindən səhnələrin
əks olunduğu xırda ölçülü
xalçalardan tutmuş
ayaq altına salınan kilimlərə qədər bütün xalça məmulatlarına
Avropada tələbat böyükdür. Bu məmulatların toxunduğu
ölkələrə səfər
etmək isə adətən onun alıcılarında dərin
təəssürat yaradır.
Bu mənada Azərbaycanda xalçaçılığın
inkişafı labüd
və səmərəlidir.
N.NOVRUZ
Mövqe.-
2017.- 23 noyabr.- S.13.