Azərbaycan beynəlxalq nəqliyyat
qovşağına çevrilir
Bakı-Tiflis-Qars dəmir yolu xətti həm də regionun dünyaya inteqrasiyasının
kulminasiya nöqtəsi
olacaq
Avropa və Asiyanın
qovuşuğunda yerləşən
Azərbaycan, Türkiyə
və Gürcüstanla
bərabər iki qitədə yerləşən
ölkələrin intizarla
gözlədiyi hadisə
oktyabrın 30-da dünyanın
nəqliyyat qovşağına
öz möhürünü
vuracaq. Çin Xalq Respublikasını Birləşmiş Krallığın
paytaxtı Londonla
birləşdirəcək beynəlxalq
dəmiryol xətti istifadəyə veriləcək.
Vaxtilə dəvə
karvanları ilə qət olunan “Böyük İpək Yolu” indi polad
magistralla gediləcək.
Çünki, müasir
dövrün tələbi
budur.
Yeni xətt
qloballaşma dövründə
Qərblə Şərqin
qarşılıqlı inteqrasiya
prosesini sürətləndirməklə
yanaşı xalqlar arasında könül yaxınlığını da
gücləndirəcək. Qürurverici
haldır ki, öz multikulturalizmi, tolerant cəmiyyət nümunəsi ilə beynəlxalq aləmdə güclü mövqe qazanan Azərbaycan müstəqillik illərində
ortaya çıxan bu ənənəsinə sadiq qalaraq dövlətlərin
iqtisadi və siyasi birliyinin təmin olunmasına da töhfələr verir.
İlk növbədə
Azərbaycanın özünün
bütün istiqamətlər
üzrə dividendləri
artacaq. BTQ xətti Azərbaycanın beynəlxalq
nəqliyyat qovşağına
çevrilməsi üçün
sonuncu addımdır.
Bu tarixdən etibarən ölkəmiz əbədi olaraq dünyanın nəqliyyat
sisteminin əsas yollarından biri kimi tanınacaq. Nəqliyyat xəttinin üzərində və yaxınlığında yerləşən
bütün ölkələr
bu yoldan istifadə etməyə maraq göstərir. Bu maraqların birliyində isə Azərbaycanın iqtisadi gəlirləri durur. Tranzit daşımaları
dövlətimizin gəlirlərinin
bir hissəsini təşkil edəcək.
Ölkəmizin nəqliyyat sisteminin ana xəttinə çevriləcək Baki-Tiflis-Qars
yeni dəmir yolu üç ölkənin ərazisindən
keçir, ümumi uzunluğu 838,6 km-dir. Azərbaycan ərazisində uzunluğu
503 km., Azərbaycan sərhədindən Gürcüstanın
Axalkalaki sərhədinə
qədər 230 km., Gürcüstan sərhəddindən
(Axalkalaki) Türkiyə
sərhədi Kartsaxiyə
qədər 26,3 km., oradan Qarsa qədər
məsafəsi isə
75,6 km-dir. Qatar Bakıdan çıxıb
Gürcüstanın paytaxtı
Tiflisə gedir, Tiflisin 23 km. cənubundan qərbə doğru – Axalkalaki sərhədinə, buradan
da cənuba enən xətt ilə Türkiyənin Qars şəhərinə
çatır.
Cənubi Qafqaz
ölkələrinin müstəqilliyinin
möhkəmləndirilməsinə xidmət edən bu kimi layihələrin
həyata keçirilməsi
heç də bütün beynəlxaql qüvvələr tərəfindən
dəstəklənmirdi. Gah
ekoloji problemlər, gah iqtisadi qeyri-rentabellik
bəhanə gətirilərək
bu layihəyə mane olanlar hətta
bir neçə dəfə terror hadisəri törətməyə
də cəhd etdilər. Beynəlxalq maliyyə qurumları, banklar layihənin reallaşmasına kredit ayırmadılar. Amma Azərbaycan Prezidenti İlham Əliyevin çətin məqamlarda
atdığı mətin
addımlar, verdiyi qətiyyətli qərarlar
bədxahların qarşısına
möhkəm sipər
çəkdi. Dostluq və
qardaşlıq vədlərinə
daim sadiqlik nümayiş etdirən Azərbaycan hökuməti
layihənin Gürcüstan
ərazisindən keçən
hissəsinin də tikinti işlərinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Nəticədə
yolun tikintisi uğurla start götürdü və artıq 2015-ci ildən
etibarən layihə üzrə sınaq işlərinə başlandı.
İlk sınaq qatarı Türkiyə sərhəddinə qədər
tam təhlükəsiz
və normativlərə
uyğun olaraq çatdı.
Vaxt gəlib
çatıb. BTQ tam gücü ilə fəaliyyətə başlayır.
Azərbaycanın bu nəqliyyat qovşağından
qazanacağı dividendlər
yüksək səviyyədə
olacaq. Birincisi, iqtisadi yüksəlişə
böyük təkan veriləcək. Tranzit daşımalardan gələn gəlirlər
yol infrastrukturunun vaxtaşırı olaraq təkmilləşdirilməsinə səbəb olacaq ki, bu da
iş yeni yerləri açmağa və gəlirləri artırmağa imkan verəcək. İkincisi,
ölkə sənayesinin
məhsullarını xarici
ölkələrə göndərmək
üçün ucuz
nəqliyyat vasitəsi
əldə olunduğundan
ixrac məhsullarının
çeşidini artırmağa
meyillilik artacaq. Üçüncüsü, ölkəmizin
dünya birliyinə iqtisadi inteqrasiyası güclənəcək. Dördüncüsü, bu gün mədəniyyətlərarası
və dinlərarası
dialoq mərkəzinə
çevrilmiş Azərbaycanın
dünyada birliyin və əməkdaşlığın
güclənməsinə verdiyi
töhfələr artacaq.
Çünki, ölkəmizə
gəlib-getmək daha
da asanlaşacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bakı-Tiflis-Qars
dəmir yolu üç ölkənin nəqliyyat sahəsində
yazdığı yeni
tarixdir”.
N.NOVRUZ
Mövqe
.- 2017.- 28 oktyabr.- S.3.