Qeyri-neft sektorunun
inkişafında kənd təsərrüfatının
xüsusi çəkisi artır
Bu sahədə istehsal edilən məhsullar Azərbaycana
daha çox valyuta qazandıracaq
Nazirlər Kabinetinin
yanvarın 10-da keçirilmiş
2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və
qarşıda duran vəzifələrə
həsr
olunan iclasında Prezident İlham Əliyev badam, zeytun, nar, xurma bağlarının
genişləndirilməsi məsələsinə toxunub. Ölkə iqtisadiyyatının geniş
profilli istehsal əsasında
inkişafını əsas götürən
hökumət
kənd
təsərrüfatında
yüksəliş
əldə etmək
üçün meyvəçiliyin irəliləməsinə
xüsusi önəm verir.
Bildiyimiz kimi, meyvəçilik
Azərbaycan
ərazisində lap qədimdən təsərrüfatın
prioritet sahəsidir. Çünki, bu sahənin
xeyirdən
başqa heç bir zərərli tərəfi yoxdur. Həm ticarətin
predmet, həm qida sənayesinin
xammalı olan və
həm
də
gövdəsindən oduncaq kimi istifadə olunan bu bitkilər ölkənin
iqliminə
də
yaxşı uyğunlaşmaqla
daha asan becərilir.
Üstəlik, atmosferin ekoloji
təmizliyinə xidmət
edən
bu bitkilərin əvəzolunmazlığı onların qiymətini yüksəldir.
Hazırda Azərbaycanda
1900 hektara yaxın zeytun bağları var. Mövcud bağların
1725 hektarı barverəndir. Əvvəllər zeytun bitkisi əsasən Abşeronda becərilərdi. İndi
isə Sumqayıt,
Siyəzən, Salyan, Göyçay, Beyləqan
və
Yevlaxda da yeni zeytun bağları
salınır. Axır illər Bakının Zirə qəsəbəsində
200 hektara yaxın yeni zeytun bağları
salınıb.
Azərbaycanda hazırda illik 65-70 ton zeytun yağı istehsal olunur. Respublikanın zeytun emalı müəssisələrində
zeytun yağı ilə
yanaşı zeytun mürəbbəsi, zeytun turşusu, zeytun əzməsi kimi müxtəlif çeşidli
məhsullar
istehsal edirlər. Hazır məhsullar
yerli bazarlarla yanaşı, Rusiya, Türkmənistan,
Cənubi
Koreya kimi xarici dövlətlərə ixrac olunur.
İqtisadçıların hesablamalarına
görə,
bir hektar zeytun bağının məhsulu
12 ton yağ istehsal etməyə
imkan verir. Bu da öz növbəsində 60 min dollardan artıq gəlir
deməkdir.
Bu minvalla zeytunçuıuğun
inkişaf etdirilməsinin əhəmiyyəti göz qabağındadır.
Dünya
bazarını zeytunla
əsasən Aralıq dənizi ölkələri, xüsusilə Yunanıstan və İtaliya
təmin
edir. Amma son illər
baş verən iqlim dəyişiklikləri həmin
ölkələrdəki məhsul istehsalının azalmasına
səbəb olub. Belə olan halda bazarlarda yaranmış boşluğu doldurmaq üçün yeni istehsalçılara ehtiyac
yaranıb. Demək, sahənin
inkişafı üçün
gözəl
perspektivlər
var. ilkin proqnozlara görə,
Azərbaycan
öz məhsulu ilə ən
azı MDB bazarlarında
hər
hansı rəqabətə girə bilər.
Dövlət zeytunçuluğun inkişafı
üçün sahibkarlara
hərtərəfli dövlət dəstəyi verir. Məsələn, sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya
layihələrinin dəyərinin 100%-dək
hissəsi
dövlətin
güzəştli
kreditləri
hesabına maliyyələşdirilir. Təkcə Zirə
qəsəbəsində
zeytunçuluqla məşğul olan sahibkara 200 hektar ərazidə zeytun bağının salınması üçün
400 min manat güzəştli kredit verilib.
Göründüyü kimi, təkcə zeytun bağlarının genişləndirilməsi hesabına qeyri-neft sektoru kifayət qədər yüksək qazanc əldə eldə bilər. Eynilə fındıq, nar,
xurma və digər məhsulların
üzərində də
nə
qədər itirilmiş qazanc var. Hazırda Azərbaycanda tədarük edilən
qabıqlı və təmizlənmiş fındıq məhsuluna Avropa bazarlarında böyük tələbat
duyulur. Xüsusilə, İtaliya hər il ölkəmizin təsərrüfatlarından min tonlarla bu məhsuldan alır. Çünki, yeyinti sənayesinin şirniyyat sahəsini bu məhsulsuz
təsəvvür etmək
belə
mümkün deyil.
Bu məhsul
xalis valyutadır.
Belə olan təqdirdə biz nə
üçün əsas diqqəti
ekoloji və təmiz vəsait
sarıdan xeyirli olan bu məhsula yönəltməyək?! Xurma, nar,
qoz, şabalıd və
digər
bi kimi meyvələr də bu qəbildəndir. Sovet dövründə
Ağdam konserv zavodunda istehsal edilən
təbii
nar şirələri Yaponiyaya
ixrac olunurdu. Adları çəkilən bitki növləri Avropada,
ümumiyyətlə, soyuq şimal ölkələrində bitmir. Bu səbəbdən
həmin
ölkələrdə bu tip dadlı və xeyirli məhsullara
həmişə yüksək
tələbat var. Buna görə
də
kənd
təsərrüfa sahəsində çalışan sahibkarların
bu istiqamətə
ciddi diqqət yetirmələri qeyri-neft
sektorunun inkişafına
əhəmiyyətli təsir
edər.
N.NOVRUZ
Mövqe.-
2017.- 13 yanvar.- S.11