“Kaspi” ilə “Gənc istedadlar” liseyi şagirdlərinin sərgisi
açılıb
Azərbaycan Xalq
Cümhuriyyəti və
Bakı Dövlət Universitetinin yaradılmasının
100 illik yubileyi münasibətilə “Kaspi”
Təhsil Şirkəti ilə BDU nəzdindəki “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm
əsərlərindən ibarət
sərginin açılışı
olub.Modern.az xəbər verir
ki, “Kaspi” Təhsil Şirkətinin təsisçisi
Sona Vəliyeva tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyəti və
BDU-nun 100 illik yubileylərinə həsr
olunmuş tədbirin əhəmiyyətini qeyd edib, onun işinə
uğurlar arzulayıb.
“Kaspi”nin yaranma
tarixindən, missiyasından
və gələcək
hədəflərindən bəhs
edən Sona Vəliyeva “Kaspi” Təhsil Şirkəti və Bakı Dövlət Universiteti arasında imzalanmış
əməkdaşlıq müqaviləsindən
danışıb, liseylərarası
əlaqələri yüksək
qiymətləndirib. Hər iki
lisey şagirdlərinin
çəkdikləri rəsm
əsərlərinin yüksək
peşəkarlıqla qələmə
alındığını bildirən Sona Vəliyeva onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.BDU-nun
rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı
ilə “Xüsusi
istedada malik olan şagirdlərin
yaradıcılıq potensialının
inkişafı üzrə
Dövlət proqramı”nın
qəbulundan sonra bu proqrama uyğun
olaraq 2007-ci ildən fəaliyyətə başlayan
“Gənc istedadlar” liseyinin başlıca vəzifə və hədəflərindən bəhs
edib. Liseyin əməkdaşlıq etdiyi
təhsil müəssisələrindən
danışan rektor “Kaspi” Təhsil Şirkəti ilə əlaqələri xüsusilə
qeyd edib və bu qurumun
fəaliyyət göstərdiyi
müddət ərzində
əldə etdiyi ugurları diqqətə çatdırıb. BDU-nun
rektoru sonda rəsm sərgisinin şagirdlərin gələcək
fəaliyyətləri və
yaradıcılıq imkanlarının
genişləndirilməsi baxımından
böyük bir stimul olacağını bildirib.
Tədbirdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib və şagirdlərin istedadını yüksək
qiymətləndiriblər.
Sonra “Kaspi” Təhsil
Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərləri
nümayiş etdirilib.Hər
liseydən 5 nəfər
olmaqla on şagird 1-ci, 2-ci və
3-cü yerlərin qalibi
olub, digər şagirdlərə isə
Fəxri Fərmanlar təqdim edilib.Onu da bildirək ki, yaxın günlərdə liseylərarası stolüstü
tennis, şahmat, futbol və intellekt yarışlarının
keçirilməsi nəzərdə
tutulur.
Mövqe.-
2018.- 19 aprel.- S.4.