Azərbaycanın turizm imkanları sürətlə artır

“Formula-1” tamaşaçıları turizmin sabahını stimullaşdıran turistlərdir

Artıq iki il “Formula-1” yarışlarını ən yüksək səviyyədə keçirmiş Azərbaycan bu il növbəti dəfə dünyanın ən məşhur avtomobil yarışları olan “Formula-1” üzrə Avropa Qran-prisini keçirməyə hazırlaşır. “Formula-1” Avropa Qran-prisinin builki mərhələsinə Azərbaycan yüksək səviyyədə hazırlaşır. Bu möhtəşəm yarışın turist-azarkeşləri bir daha respublikamızın iqtisadi qüdrətinin, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, nəhayət, yüksək tolerantlığın qonaqpərvərliyin əyani şahidi olur. Azərbaycanın mövcud potensialı, həyata keçirilən müasir infrastruktur layihələri idman yarışlarının sağlam rəqabət dostluq şəraitində təşkili üçün gözəl şərait yaradır.

 

“Formula-1” Avropa Qran-prisinin Azərbaycanda keçirilməsi çox mühüm idman bayramıdır bir neçə cəhətdən ölkəmiz üçün önəmli rol oynayır. Ən başlıcası isə respublikamıza turist axınının sürətini artırır. Ümumiyyətlə, bir sıra beynəlxalq tədbirlərə idman yarışlarına ev sahibliyi edən Bakı hazırda dünyanın ən gözəl şəhərlərindən biridir. Son 15 ildə paytaxtın qədim  tikililəri tarixi irsimizi qorumaqla təmir edilib. Bu gün Bakı qədimliyin təcəssümü ilə yanaşı müasirliyi əks etdirən, parklar göllərlə zəngin təbii gözəlliklər şəhəridir.

“Formula-1” Avropa Qran-prisi Azərbaycanın iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Bu, Azərbaycanın, xüsusilə paytaxt Bakının turizm potensialının dünyaya tanıdılması ilə bağlı məsələdir. Belə ki, sözügedən  Formula-1”in dünyada kifayət qədər azarkeşi var. Bakı Şəhər Halqasında da tamaşaçıların yarışı canlı təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb.

Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində yüksək səviyyədə tamaşaçı tribunaları quraşdırılıb. Bütün dünyada isə “Formula-1” Azərbaycan mərhələsini 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə “Formula-1” azarkeş sayının çoxluğuna görə futboldan sonra ikinci idman növü sayılır.

Belə yüksək dərəcəli yarışlarda qonaqların, tamaşaçıların ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduqları günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait, dünyada sevilən populyar müğənnilərin iştirakı ilə konsert proqramları Azərbaycanın mükəmməl təşkilatçılığının təzahürü, eyni zamanda, Azərbaycanın turizm potensialının daha da güclənməsinə təsir göstərən mühüm amildir. Çünki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinin təbliğatçısıdır. Bu gün dünyanın 200-ə yaxın ölkəsində yayımlanan “Formula-1” yarışlarını 500 milyon nəfərdən çox insan izləyirbu isə o deməkdir ki, dünyanın müxtəlif yerlərində yarım milyard izləyici Azərbaycan, Bakının gözəllikləri ilə tanış olmaq imkanı əldə edir.

“Formula-1” yarışının əvvəlki iki mərhələsinin göstəriciləri turizm sektorunun inkişafında artıq müəyyən rol oynayıb. Yarışların keçirildiyi günlərdə Bakının mərkəzindəki bahalı otellər demək olar ki, dolub. Paytaxt nəqliyyatının qrafikində intensivlik artıb. Nəzərə alsaq ki, qeyri-neft sektorunda turizm sənayesi prioritet sahədir, onda  belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə qısa uzunmüddətli gəlirlər əldə edilməsi perspektiv fəaliyyəti tam stimullaşdıracaq.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlib. Bu baxımdan Azərbaycanın “Formula-1” yarışlarına baxmaq istəyənlərin bu il daha çox olacaqğı qənaəti yaranıb. Turistlər çoxaldıqca, təbii ki, gəlir çoxalır. Avtomobil idmanı yarışları bu işdə gəlirliyi ilə fərqlənir.

N.NOVRUZ

Mövqe.- 2018.- 25 aprel.- S.14.