Regionlarda sənayenin yeni yüksəliş mərhələsinə
start verilir
Rəşad Həsənov: “Bu
proses regionlarda əlavə iş yerlərinin yaradılması,
iqtisadiyyatın sənaye
bölümü üzrə
əlavə istiqamətlərin
təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir”
Əli Əlirzayev: “İstehsalın mərkəzdən
əyalətlərə yayılmasına,
belədə bölgələrin
daha da inkişafına
müsbət təsir göstərəcək”
Sənaye zonaları
Azərbaycanın hər
bir regionunda yaradılacaq. Bunu Azərbaycanın iqtisadiyyat
nazirinin müavini Niyazi Səfərov sənayedə yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə
həsr olunmuş konfransda çıxışı
zamanı deyib.
Qeyd edək ki, Hacıqabul, Nefçala və Masallıda sənaye məhəlləsi, Sumqayıt
Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir
Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək
Texnologiyalar Parkı yaradılıb. Bunun
ardınca Azərbaycanın
hər bir regionunda sənaye zonalarının
yaradılması iqtisadi
inkişafda hansı üstünlüklər vəd
edir?
İqtisadi və Sosial
İnkişaf Mərkəzinin
eksperti Rəşad Həsənov bildirdi ki, hər bir
regionda sənaye zonalarının
yaradılması əyalətlərin
sosial-iqtisadi inkişafı,
əhalinin rifah halının yaxşılaşması
baxımından mühüm
əhəmiyyətlidir: “İlk
növbədə onu qeyd edim ki,
ölkənin hər
bir regionunda sənaye zonalarının
yaradılması prosesi
qısamüddətli deyil.
Ölkənin bütün
regionları üzrə
sənaye zonalarının
yaradılmasından söhbət
gedirsə, bunun üçün təxminən
10 ilə qədər
vaxt lazımdır. Amma eyni zamanda,
onu da nəzərə
almaq lazımdır ki, sənaye zonaları regionların müəyyən istiqamət
üzrə ixtisaslaşması,
həmçinin sahibkarlıq
təşəbbüslərinin dəstəklənməsi istiqamətində
atılan müsbət
addımdır. Bu proses regionlarda əlavə iş yerlərinin yaradılması,
iqtisadiyyatın sənaye
bölümü üzrə
əlavə istiqamətlərin
təkmilləşdirilməsi, bu istiqamətdə dövlət dəstəyinin
təşkili mexanizmlərinin
inkişaf etdirilməsi
mənasında da əhəmiyyətlidir.
Nəzərdə tutulduğu kimi, bütün regionlar üzrə sənaye zonaları yaradılarsa, bu, son nəticədə regionların sosial-iqtisadi inkişafına, məşğulluğun
artmasına, əhalinin
rifahının yüksəlməsinə,
həmçinin urbanizasiya
kimi problemin aradan qaldırılmasına
təkan verməklə
yanaşı, ölkə
iqtisadiyyatına daha
müsbət təsir
göstərə bilər.
Bu fonda xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarının istehsalı
istiqamətində irəliləyişin
baş verməsi gözlənilir”.
İqtisadçı alim Əli Əlirzayev
qeyd etdi ki, bütün regionlarda sənaye zonalarının yaradılması
Azərbayan bölgələrinin
sürətli inkişafına
təkan verəcək:
“Hər bir region üzrə sənaye zonalarının
yaradılması inteqrasiya,
təsnifat və təmərkküzləşmə baxımından mühüm
əhəmiyyət kəsb
edəcək. Azərbaycanda
bildiyiniz kimi, 11 iqtisadi region var. Bu regionların
hər biri üzrə sənaye zonalarının yaradılması
daha yaxşı nəticələr verəcək.
Hər bir regionun iqlim şəraiti, potensialı,
resurslarına uyğun
olaraq müxtəlif sahələr üzrə sənaye zonaları yaradılmalıdır. Ona
görə də düşünürəm ki,
regionlar üzrə sənaye zonalarının
yaradılması düzgün
siyasətdir.
Bu tendensiya
istehsalın mərkəzdən
əyalətlər qismində
kənara yayılmasına,
belədə bölgələrin
daha da inkişafına müsbət təsir göstərəcək.
Nəticədə ümumi
istehsal prosesində regionların çəkisi
nəhayət ki, artacaq. Həmçinin yeni iş yerlərinin
açılması demək
olacaq. Regionlara bu fonda xarici
bazarlara sərbəst
çıxmalarına, istehsalı
özlərinin müəyyənləşdirməsinə
imkan yaranacaq”.
Rüfət NADİROĞLU
Mövqe.-
2017.- 8 fevral.- S.3.