Mədəniyyətimizin hamisindən bəhs edən yeni kitab

Nəcib, nurlu xeyirxah əməl sahibləri haqqında yazılan, rəflərimizi zənginləşdirməklə yanaşı, gündəlik həyatımızda bilgi mənbəyinə çevrilən hər bir kitab dəyərlidir müasir cəmiyyətdə insan kapitalının mənəvi-əxlaqi baxımdan formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu cür kitabla ünsiyyət oxucuya həm onun bəhs etdiyi işıqlı əməl sahibi ilə yaxından tanış olmaq, həyat fəaliyyəti barədə dolğun məlumatlanmaq, həm bu əməl sahibinin daşıyıcısı olduğu mənəvi dəyərlərin mahiyyətini, onların qorunub saxlanmasının bütün rəngarəngliyi ilə gələcək nəslə ötürülməsinin vacibliyini dərindən dərk etmək imkanı verir, mənsub olduğu xalqın milli-mənəvi irsinə, mental əxlaqi dəyərlərinə, genetik yaddaşı tarixi kimliyi ilə müəyyənləşən özünəməxsusluğuna hörmətlə yanaşmaq bacarığını aşılayır.

Yaxın günlərdə "Şərq-Qərbnəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş "Mehriban ƏliyevaAzərbaycan mədəniyyətinin hamisikitabı məhz belə nəşrlərdəndir.

Bir vaxtlar ali təhsilin magistratura pilləsində ən fəal yaradıcı, elmi araşdırmalara xüsusi marağı ilə fərqlənən tələbələrimdən biri olmuş, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda elmi işçi vəzifəsində çalışan Əzizə Ələkbərovanın tərtib etdiyi, həmin İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun elmi redaktorluğu ilə yüksək poliqrafik üslubda nəşr edilmiş kitab ölkəmizin Birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın qədim zəngin mədəniyyətinin etibarlı ləyaqətli hamisi kimi misilsiz çoxşaxəli fəaliyyətindən bəhs edir.

Azərbaycan fransız dillərində ərsəyə gəlmiş kitab yerli fransızdilli xarici oxucuları dərin intellekt yüksək bacarığını xalqımızın zəngin mədəniyyətinin qorunması təbliğinə səfərbər edən, ölkənin təhsil səhiyyə sisteminin inkişafı, mədəniyyəti incəsənətinin tərəqqisi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi istiqamətində əzmkarlıqla çalışan, xeyirxahlığı, qayğıkeşliyi insanpərvərliyi ilə hər birimizə örnək olan Mehriban xanım Əliyevanın mənsub olduğu xalqın mədəni irsinə münasibəti Ulu öndərimizin banisi olduğu azərbaycançılıq məfkurəsindən qaynaqlanan bu münasibəti tam dolğunluğu ilə əks etdirən fəaliyyəti, tarixi mədəniyyət abidələrinin bərpası yeni mədəniyyət obyektlərinin inşası sahəsində gördüyü işlər, xalq musiqisini yaşadan təbliğ etdirən möhtəşəm musiqi layihələri, xalq sənətinə yeni nəfəs verən incəsənət festivalları sərgiləri, xarici ölkələrdə onun təşəbbüsü şəxsi iştirakı ilə keçirilmiş mədəni tədbirlər, Azərbaycan mədəniyyətinin dünya ölkələrində tanıdılması təbliği, eləcə xarici ölkələrdəki tarixi mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyəti barədə dolğun məlumat verir.

Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənərək, Azərbaycan xalqının maraqlarını hər zaman usanmadan dəstəkləməsi, Azərbaycanın zəngin mədəni irsinin dünya ictimaiyyəti arasında tanıdılmasında təbliğində əvəzsiz rolu, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bütün bunlar Birinci vitse-prezidentin hərtərəfli fəaliyyətinin bariz göstəricisidir.  

  Mədəni irsin qorunması sahəsində möhtəşəm layihələri ilə təkcə ölkəmizdə deyil, həm beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanım Əliyevanın fəaliyyətinə işıq salan kitabı səhifələdikcə, dahi şəxsiyyətin adı şərəflə daşıyan yüksək amallara xidmət edən Fondun təkcə Azərbaycan mədəniyyətinin deyil, həm dünya mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələrin salnaməsi ilə tanış olmaq, ölkəmizin mədəni tərəqqisinə yönəlmiş əzəmətli işlər barədə zəngin məlumat əldə etmək olar.Yüksək zövqlə tərtib edilmiş hər bir səhifəsi maraqla oxunan bu kitab oxucunu həm Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması təbliği istiqamətində çoxşaxəli dərin məzmunlu fəaliyyəti barədə məlumatlandırır, həm mədəni irsimizlə bağlı bilgilər verməklə maarifləndirir. Xüsusən, gənclərin vətənə sevgi, xalqına hörmət, dövlətə sadiqlik ruhunda tərbiyə olunmasına, onlara xeyirxahlıq qayğıkeşlik kimi yüksək əxlaqi keyfiyyətlərin aşılanmasına, milli-mənəvi dəyərlərə mədəni irsimizə düzgün münasibətin formalaşdırılmasına yönəlmiş maarifçilik fəaliyyətində bu kitabın əhəmiyyəti danılmazdır.Xalqımızın əsrarəngiz mədəniyyətinin ölkə hüdudlarından kənarda geniş təbliğ olunması, ümumilikdə isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əzmkarlıqla, yorulmadan çalışan Mehriban xanım onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər birimizdə qürur hissi doğuran şərəfli fəaliyyəti ilə bağlı bilgiləri ən geniş yayılmış dillərin birində xarici ölkə oxucularına təqdim edən yeni nəşrin böyük oxucu kütləsinin qəlbinə yol tapacağı şübhəsizdir.

Şəxsiyyətə ehtiram, mədəniyyətə qayğı, kitaba isə sevgi yaradan bu nəfis  nəşrlə ünsiyyət qurmağa tələsək.

 

Oktay Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunun icraçı direktoru

Mövqe.- 2018.- 5 iyun.- S.4.