Əmək müqaviləsinin imzalanması
gələcəyə təminatdır
Sahibkarlığın inkişafı, yeni müəssisələrin istifadəyə
verilməsi, ilk növbədə, işsizlik
probleminin həlli baxımından vacibdir. Məşğulluq siyasətinin
mühüm istiqamətlərindən
biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran
amillərin aradan qaldırılması və
məşğulluq səviyyəsinin
artırılmasını stimullaşdıran
şəraitin yaradılmasıdır.
Bu baxımdan sahibkarlığın,
əsasən də kiçik və orta sahibkarlığın
inkişafına yönəlmiş
tədbirlər xüsusi
əhəmiyyət kəsb
edir. Ötən illərdə məşğulluq
siyasətində əsas
məqsəd əmək
ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından
ibarət olmuşdur.
Bu məqsədə
nail olmaq üçün sahibkarlığın,
xüsusilə kiçik
və orta sahibkarlığın inkişafı
üçün daha münbit şəraitin yaradılması; məşğulluğun
səmərəli inkişafını
təmin edən investisiya fəallığının
dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsi, qeyri-formal
əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində tədbirlər
həyata keçirilmişdir.
Azərbaycan Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi,
"Biz 9 milyondan artıq əhaliyə malik olduğumuz ölkədə 1 milyondan
artıq iş yeri yaratmağa müvəffəq olmuşuq.
Bunun nəticəsində
işsizlik çox aşağı səviyyəyə,
təqribən 5 faizə
enmişdir. Bizim ən böyük nailiyyətimiz isə düşünürəm ki,
yoxsulluğun aradan qaldırılması ilə
bağlıdır. On-on
beş il öncə bu göstərici 50 faizə
bərabər idisə,
bu gün həmin rəqəm 5 faizdir".
Azərbaycanda regional inkişaf
və tərəqqiyə
xidmət edən iqtisadi islahatların mühüm hədəflərindən
biri də məşğulluğun səviyyəsinin
yüksəldilməsi, yeni
iş yerlərinin açılması, əhalinin
yüksək rifah halının təmin edilməsidir. Ölkədə
biznes mühitinin liberallaşdırılması, sahibkarlığın inkişafı, vergi dərəcələrinin optimallaşdırılması,
infrastrukturun müasirləşdirilməsi
və digər istiqamətlərdə həyata
keçirilən tədbirlər
məşğulluq strategiyasının
uğurla reallaşdırılmasına
imkan yaratmışdır.
Beynəlxalq Əmək Təşkilatının
1995-ci ildə apardığı
tədqiqatlara əsasən,
Azərbaycanda işsizlik
səviyyəsi 17,2 faiz,
1999-cu ildə əhalinin
siyahıya alınması
zamanı əldə olunan məlumatlara görə isə 16,25 faiz təşkil edirdi. 2003-cü ildə
BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi
üzrə keçirilmiş
seçmə statistik
müayinəyə əsasən
işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Bu göstəriciyə görə
Azərbaycan MDB dövlətləri
sırasında öncül
yerlərdən birini tutur.
İş tapmaq ümidi
ilə başqa ölkələrə gedən
vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə
respublikanın əmək
bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Regionlarda
məşğulluğun səviyyəsinin
yüksəlməsinə təsir
göstərən mühüm
amillərdən biri də bu sahədə
qəbul olunmuş çoxsaylı dövlət
proqramlarıdır. Son 13 ildə
qəbul olunmuş
«2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»,
«Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı»,
«Azərbaycan Respublikasının
Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı», «2008-2015-ci illərdə
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata
keçirilməsi üzrə
2011-2015-ci illər üçün
Dövlət Proqramı»
və digər sənədlər paxtaxt
Bakıda və bölgələrdə işsizliyin
səviyyəsinin yüksəlməsi
baxımından əhəmiyyətli
olmuşdur.
“Azərbaycan
Respublikasının Məşğulluq
Strategiyasının həyata
keçirilməsi üzrə
2011-2015-ci illər üçün
Dövlət Proqramı”
əhalinin məşğulluğu
sahəsində dövlət
siyasətinin ardıcıllığını
təmin edərək
“Azərbaycan Respublikasının
Məşğulluq Strategiyasının
(2006-2015-ci illər) ikinci
mərhələsinin
reallaşdırılmasına yönəldilmişdir. Proqramda işçi
qüvvəsinə tələbatın
stimullaşdırılması, səmərəli işgüzarlıq
mühitinin formalaşdırılması,
struktur islahatlarının
dərinləşdirilməsi, investisiya fəallığının
artırılması və
insan kapitalının
yüksək inkişaf
səviyyəsinin təmini
məsələləri
əksini tapmışdır.
Sənəddə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı
sahəsində kompleks
tədbirlər nəzərdə
tutulmuşdur. Habelə aidiyyəti
dövlət qurumlarının,
eləcə də İqtisadi İnkişaf, Vergilər, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin qarşısında
mühüm vəzifələr
müəyyənləşdirilmişdir. Ölkədə makroiqtisadi
sabitlik sahəsində
əldə olunmuş
nailiyyətlərin möhkəmləndirilməsi;
yerli sənaye məhsullarının
dünya bazarında rəqabət qabiliyyətinin
yüksəldilməsi; ədalətli
rəqabət mühitinin
formalaşdırılması və inkişafı; təklif olunan işçi qüvvəsi
ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin
edən şəraitin
yaradılması; qeyri-formal
məşğulluğun qarşısının
alınması; işə
düzəlməkdə çətinlik
çəkən şəxslərin
məşğulluğunun təmin
edilməsinə kömək
edən xüsusi tədbirlərin həyata
keçirilməsi; kiçik və
orta sahibkarlığın
inkişafının, eləcə
də fərdi əmək fəaliyyəti
ilə məşğul
olanların iqtisadi həvəsləndirilməsi kimi
mühüm tədbirlər
Dövlət Proqramında
mühüm hədəflər
kimi göstərilmişdir.
Belə bir şəraitdə
əmək münasibətlərinin
rəsmiləşdirilməməsi, işəgötürənlərlə işçi arasında əmək müqaviləsinin
imzalanmaması respublikamızın
sürətlə inkişaf
edən əmək bazarının ən ağrılı, həlli
vacib problemlərindən
birinə çevrilmişdir.
Azərbaycanın sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan bir çox özəl şirkətlərində - ticarət,
xidmət sahələrində
vergi və sosial sığorta ödənişlərindən yayınmaq
məqsədilə iş
yerlərinin rəsmiləşdirilməməsi
hallarına geniş təsadüf olunur.
Nazirlər Kabinetinin 2012-ci ilin
6 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında ölkə başçısının
belə neqativ hallarla mübarizədə
daha təsirli tədbirlərin görülməsi
ilə bağlı verdiyi tapşırığın
icrasını diqqət
mərkəzində saxlayan
aidiyyəti dövlət
qurumları əmək münasibətlərinin
rəsmiləşdirilməsi sahəsində sistemli iş aparır. Qanunvericiliyin
imkan verdiyi inzibati vasitələrlə
yanaşı, maariflənləndirmə
tədbirlərindən də
geniş iştifadə
edilir. Əmək müqaviləsinin imzalanmasının
zəruriliyi, işçilər
üçün yaratdığı
üstünlüklər, işçilərin
pensiya təminatındakı
rolu və digər mühüm məqamlar insanlara geniş izah olunur.
Məqsəd yalnız ölkə iqtisadiyyatında şəffaflıq
və hesabatlılığı
təmin etməkdən,
vergidən yayınma hallarının qarşısını
almaqdan ibarət deyildir. Bu həqiqət bir
daha diqqətə çatdırılır ki,
əmək münasibətlərinin
rəsmiləşdirilməsi, eləcə də əmək haqlarının
düzgün göstərilməsi,
ilk növbədə,
gələcəyə etibarlı
təminatın yaradılması
deməkdir. Əmək
münasibətlərinin vaxtında rəsmiləşdirilməməsi
isə zaman keçdikdə, təkcə
işçilərin deyil,
bir sıra hallarda hətta işəgötürənlərin də hüquqlarının
pozulması ilə nəticələnir. Bu hüquqların müdafiəsinə
yönəlmiş hüquqi
prosedurlar isə heç də həmişə müsbət
yekunla nəticələnmir.
Artıq ictimaiyyət
arasında ümumi fikir formalaşır ki, əmək müqavilələrinin bağlanmaması
vergidən yayınmanın
əsas səbəblərindən
biridir və bu, dövlət büdcəsinə daxilolmalara
mənfi təsir göstərir. Qanunvericilik bazasında bu
məsələ ilə
bağlı edilmiş
son əlavə və dəyişikliklərə
əsasən, cəzalar
da sərtləşdirilir.
İşəgötürənlər tərəfindən fiziki şəxslərin əmək
müqaviləsi bağlamadan
hər hansı işə cəlb edilməsi qanunvericiliklə
müəyyən olunmuş
qaydada məsuliyyətə səbəb olur.
İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə
edilmiş dəyişikliklərə
görə, Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi
(kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb
olunmasına görə
vəzifəli şəxslər
3000 manatdan 5000 manatadək,
hüquqi şəxslər
20 min manatdan 25 min manatadək cərimə edilir.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilmiş dəyişikliyə görə,
Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə
minmədən işəgötürən
tərəfindən fiziki
şəxslərin hər
hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb olunması yolu ilə onların
gəlirlərinin gizlədilməsinə
(azaldılmasına) şərait
yaradıldığına görə
işəgötürənə hər bir belə
şəxs üzrə
1000 manat məbləğində
maliyyə sanksiyası
tətbiq edilir.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə
görə isə işçilərlə əmək
müqaviləsi bağlamadan
onları işə cəlb edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il
müddətinə azadlıqdan
məhrumetmə cəzası
gözləyir.
S.Mustafayev
Mövqe.-
2018.- 5 iyun.- S.10.