Günnüt qələbəsi
Lələtəpə zəfərinin
davamıdır
Fəzail
İbrahimli: «Ordumuzun növbəti dəfə öz gücünü göstərməsi, həm
erməni xalqına, həm də Ermənistan hakimiyyətinə
bir mesajdır» Fazil Mustafa: «Ermənistan hakimiyyəti özüdə
bilir ki, bu məsələ hüquqi yolla çözülməsə, Azərbaycan
hər an öz torpaqlarını işğaldan
azad etməyə qadirdir»
Məlum
olduğu kimi
2016-cı ilin aprelindən
sonra Azərbaycan Ordusu daha bir
uğurlu döyüş
əməliyyatına Naxçıvan
Muxtar Respublikasında
imza atdı. Naxçıvanın Şərur rayonunun
Günnüt kəndi
və ətrafındakı
mühüm strateji əhəmiyyətli yüksəkliklərin
Əlahiddə Ümumqoşun
Ordunun əks-həmlə
əməliyyatları ilə
işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına
imkan verib. Uğurula əməliyyatlarla 1992-ci ildə
erməni silahlı birləşmələri tərəfindən
işğal edilən
Günnüt kəndi
26 ildən sonra ordumuz tərəfindən
azad olunub. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib,
“Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı
və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz
mahalının Arpa kəndi nəzarət altına keçib.
Ekspertlər bu hadisənin düşmənə növbəti
“dərs” olduğunu, Ermənistan hakimiyyətinin
mövcud vəziyyətdən
nəticə çıxartmasının
vacibliyini vurğulayırlar.
Milli Məclisin deputatı Fəzail İbrahimli deyir ki, ordumuzun
növbəti dəfə
öz gücünü
göstərməsi, həm
erməni xalqına, həm də Ermənistan hakimiyyətinə
bir mesajdır: “Naxçıvan Əlahiddə
Ümumqoşun Ordusunun
birləşmələrinin mövqelərini irəli çəkərək 11 min hektara
yaxın ərazini, o cümlədən Şərur
rayonunun Günnüt kəndini işğaldan azad etməsindən əsas nəticəni Ermənistan hakimiyyəti çıxartmalıdır. Çünki, aprel hadisələrindən
sonra erməni xalqı artıq bundan nəticə çıxarıb. Xalq ayağa
qalxdı, quldur rejimi devirdi.
Düzdür, indiki hakimiyyət işğalı
dəstəkləsə də,
bir sıra məsələlərdə xalqla
hesablaşmaq
məcburiyyətindədir. Ermənistan rəhbərliyinə gəlincə,
onlar müstəqil olmadıqlarından, ordumuzun
son qalibiyyətindən müstəqil
nəticə çıxartmaq
səlahiyyətində deyillər.
Onlar böyüyünün sifarişini
diktə edən strukturdur. Ermənistanda hakimiyyət müstəqil
olmadığından, onların
nə nəticə çıxartmasından çox,
yuxarıların ona nə deyəcəyinə
diqqəti yönəltmək
lazımdır.
Erməni xalqı isə qeyd etdiyim kimi
artıq nəticə
çıxardıb. Onlar
başa düşdülər
ki, aprel hadisələrindən sonra
26 illik məğlubedilməzlik
sindromu sındı. Məğlubedilməzlik puça
çıxdı. Azərbaycanın
öz işğalı
ilə barışacağı
mifi darmadağın oldu. Erməni hakimiyyətinin devrilməsində Lələtəpənin
azad edilməsi, Cocuq Mərcanlının bərpası böyük
rol oynadı. Erməni xalqı başa düşdü ki, Sarkisyan rejimi
onları aldadır. Azərbaycan öz torpaqlarını geri qaytarır. Həmçinin
bu proses davam edir. Azərbaycanın
öz torpaqlarını
işğaldan azad etmək üçün güclü ordusu var. Ona görə
də xalq ayağa qalxaraq hakimiyyəti devirdi. Dağlıq Qarabağda yaşayanlarda artıq bunu dərk edib. Onlar artıq
başa düşürlər
ki, bu münaqişə
bir kart kimi ortaya atılıb.
Ermənistan hakimiyyəti
də buna uyğun olaraq siyasət həyata keçirir. Amma ermənirəhbərliyinin bu
məsələdə mövqeyi
mövqesizlikdir. Çünki,
Ermənistan hakimiyyətinin
müstəqil qərar
vermək, siyasət yürütmək səlahiyyəti
yoxdur. Xalq anladı ki, Ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən özəlləşdirilib.
Ağası nə desə, onu da icra edəcək”.
F. İbrahimli Dağlıq Qarabağ münaqişəsinin həllinin
ləngiməsinin də
məhz Ermənistan hakimiyyətinin ağasının
marağına uyğun
olduğunu deyir: “Bu yolla Ermənistan
rəhbərliyini idarə
edənlər iki dövləti özündən
asılı vəziyyətdə
saxlamağa çalışırlar.
Bəllidir ki, Ermənistan hakimiyyəti asılı vəziyyətdədir.
Azərbaycanı isə
Dağlıq Qarabağ
münaqişəsi vasitəsilə
asılı vəziyyətdə
saxlamağı hədəfləyib.
Birinin torpağını
digərinə işğal
etdirib. Ona görə də, Ermənistan hakimiyyətini
idarə edən maraqlı qüvvələr
ordumuzun bu naliyyətindən əlbəttə
ki narahatlıq keçirirlər”.
Milli Məclisin
İnsan Hüquqları
Komitəsinin üzvü,
deputat Fazil Mustafa da
Azərbaycanın işğal
olunmuş ərazilərində
ermnənilərin məskunlaşma
perespektivinin olmadığını
söyləyir: «Ermənistan
hakimiyyəti özüdə
bilir ki, bu məsələ hüquqi yolla çözülməsə, Azərbaycan
hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Dağlıq Qarabağda ermənilər qeyri-qanuni hakimiyyət qursalar da, onların qurduğu qondarma «respublika»nı tanıyan yoxdur. Hüquqi yolla tanınmamaq özü oranın əhalisi üçün
ciddi ümidsizlik yaradır. Bu baxımdan insanlar bunu anlamalıdırlar ki, Azərbaycan öz torpaqlarını geri alacaq. Azərbaycanın gücü artdıqca buna paralel olaraq
Ermənistanın gücü
zəifləyir.
Ermənistanın himayəçiləri geri
çəkilsə, onların
durumu doğurdan da çox faciəli
durumda olacaq. Ona görə də biz ordumuzu
daha da gücləndirərək
əhalini ciddi şəkildə müharibə
şəraitinə alışdırmalıyıq.
Düşmən də
nəticə çıxartmalıdır
ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan
azad edəcək. Çünki, Günnüt
qələbəsi Lələtəpə
zəfərinin davamıdır”.
Zülfiyyə
Quliyeva
Mövqe.-
2018.- 13 iyun.- S.4.