Azərbaycan beynəlxalq turizm üçün cəlbedici ölkəyə çevrilir

 

Turizmlə bağlı görülmüş işlər, xüsusilə vizalarla bağlı atılan addımlar Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir.

Bu sahədə dönüş yaranıb əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycanda turizmin inkişafından bəhs edən Prezident İlham Əliyev deyib ki,ölkəmizdə zəngin mədəni irs var, tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir burada turizm infrastrukturu da çox inkişaf edib. Otellər, istirahət zonaları fəaliyyət göstərir. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib. Azərbaycanda Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var.

Gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlikbütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var, viza sadələşdirilməsi həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə ki, bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməliyik”, – deyə dövlətimizin başçısı qeyd edib/fins

Mustafayev, Samir.

Mövqe.- 2018.- 30 iyun.- S.10.