Sahibkarlığa qayğı
siyasəti səmərəli
nəticələr verir
Son illərdə
Azərbaycanda müşahidə olunan yüksəliş
və tərəqqi, iqtisadiyyatın sürətli
artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən
yüksək diqqət
və qayğının
təzahürüdür. Özəl sektorun inkişafı üçün dövlət
səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin
görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması
məqsədilə əsaslı
islahatların aparılması
Azərbaycanda sağlaməsaslarla
təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli
gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən 7 ildə qeyri-neft sektorunun, sahibkarlığın
inkişafı istiqamətində
həyata keçirdiyi tədbirlər ardıcıllığı,
səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən
dövlət başçısı
onları narahat edən məsələləri
diqqətlə dinləmiş,
sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də
lazımi köməyi
göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı
mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması,
hüquq-mühafizə orqanlarının iş adamlarının
fəaliyyətinə müdaxiləsi
hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi,
inflyasiyanın qarşısının
alınması üçün əsaslı tədbirlərin
görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin
yaradılması və
digər tədbirlər bunun əyani təcəssümüdür. Dövlət
başçısı iqtisadiyyatın
liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin
verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə
yüksək sadiqlik nümayiş etdirmişdir.
Cənab İlham Əliyevin ötən illərdə imzaladığı
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı, Korrupsiyaya qarşı
mübarizə üzrə
Dövlət Proqramı
(2004-2006-cı illər), "Korrupsiyayaqarşı mübarizə
haqqında", "Sahibkarlığa
dövlət maliyyə
dəstəyinin göstərilməsi
sahəsində əlavə
tədbirlər haqqında", "Azərbaycan
Respublikası Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının
təkmilləşdirilməsi haqqında", Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında",
"Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı
bəzi tədbirlər
haqqında" və
digər fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın
inkişafına güclü təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
Prezident İlham Əliyevin 2007-ci il 30 aprel tarixli "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı
ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı
isə çoxpilləli
biznesə başlama prosedurlarının sadələşdirilməsini, bu sahədə mövcud olanbürokratik əngəllərin, süründürməçilik
hallarının aradan qaldırılmasını nəzərdə tutmuşdur. Fərmana əsasən, müvafiq dövlət qurumları vahid kodlaşdırmanın
tətbiqi ilə sahibkarlıq subyektlərinin
fəaliyyətinin "bir pəncərə" (vahid qeydiyyatorqanı) prinsipi əsasında təşkilini
təmin etmişlər.
Belə bir fərmanın imzalanması
göstərir ki,
ölkədə sahibkarlığın
inkişafına mane olan bütün sədlərin aradan qaldırılması üçün qətiyyətli
addımlar atılır.
Dövlət başçısının
2010-cu il 13 aprel tarixli "Sahibkarlıq
sahəsində yoxlamaların nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının
təmin edilməsinə dair bəzi tədbirlər haqqında"
fərmanı da bu sahədə həyata keçirilən
dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının
qorunması məqsədilə
aparılan yoxlamaların müasir standartlara uyğunlaşdırılması, bu zaman səlahiyyətlərdən
sui-istifadə hallarının
qarşısının alınması,
şəffaflığın təmin edilməsi, istehlakçıların hüquqlarının effektiv müdafiəsinin
təşkili məqsədi daşıyır.
Sənədə əsasən
Nazirlər Kabineti istehlakçıların hüquqlarının
müdafiəsi məqsədilə
aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan
Prezidentinə təqdim
etməlidir. Fərmanla eyni zamanda sahibkarlıq sahəsində
yoxlamaların mütəmadiliyi
haqqında məlumatın
əldə edilməsini mümkün edən, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrininforması və aparılması qaydalarının
hazırlanması nəzərdə tutulur. Sahibkarlıq
sahəsində aparılan yoxlamalar isə həmin reyestrdə qeydə alındıqdan sonra həyata keçirilə bilər.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına
həsr olunmuş iclası göstərdi ki, hökumət iş adamlarının
fəaliyyətinə dəstək
siyasətini uğurla davam etdirir. Hesabat dövründə
Sahibkarlığa Kömək MilliFondunun vəsaitləri
hesabına 560 sahibkarlıq
subyektinə 48,4 milyon manat, o cümlədən
dövlət büdcəsinin
vəsaiti hesabına
35 milyon manat güzəştli kredit verilmişdir. Və bunun da 74 faizi aqrar infrastruktur sahələrinin
inkişafına, kənd
təsərrüfatı məhsullarının
istehsalı və emalına, 21 faizi sənaye məhsullarının
istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir.
Ümumilikdə, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşları 8733,5 milyon manat təşkil etmişdir və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə
37,4 faiz çoxdur.
Maliyyə böhranının
hələ tam səngimədiyi şəraitdə
- dünya ölkələri
arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların
ölkəmizə marağını
əhəmiyyətli dərəcədə
artırır. Ötən
6 ayda Azərbaycan
iqtisadiyyatına 3,8 milyard dollar sərmayənin qoyulması deyilənlərin
əyani təsdiqidir.
Respublikamıza "Fitch"
beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqinverilməsi
də bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, iqtisadiyyata yatırılmış
3,8 milyard sərmayənin
3 milyardı məhz yerli investisiyalardır. Daxili sərmayələrin
həcmcə artımının
müsbət nəticələri özünü həm
də onda göstərir ki, hesabatdövründə qeyri-neft sektorunda 15,3 faiz artım
qeydə alınmışdır. Bu, respublikada sahibkarlar sinfinin əhəmiyyətli dərəcədə
gücləndiyini, iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrildiyini göstərir.
2010-cu ildə
sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi,
ayrılan maliyyə vəsaitlərinin həcminin
artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadistrategiya neftdən
əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini,
özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını
nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin inkişafı
həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması
və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən demişdir: "Sahibkarlığa
Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilinəvvəlindən
müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə
edə bilsinlər. Buproqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür.
Artıq verilən kreditlərin məbləği
qayıdır və o qayıdan məbləğ
yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcəkdir.
Gələn il, yəqin ki, bu məbləğ artacaqdır. Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun".
Güzəştli kreditlərlə
təmin olunmuş sahibkarlıq subyektlərinin
əsasən regionlarda yerləşməsi də
hökumətin bu sahədə yeritdiyi siyasətin ardıcıllığına
və sistemliliyinə
dəlalət edir.
Dövlət başçısı
2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son 6 ayda da inamla davam etdirmiş,
bölgələrin tərəqqisi
naminə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır.
Respublikada sahibkarlığın inkişafı üçün görülmüş tədbirlər həm də iş adamlarının məsləhət-informasiya
ilə təmin edilməsi, mütəşəkkil
qüvvə kimi təşkilatlanması məqsədinə
xidmət edir. Bu baxımdan Dənizkənarı Milli Parkda inşa edilən
Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə,
beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə
təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradır.
Sahibkarlığın inkişafı
təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin
sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan
verən mütərəqqi prosesdir. Eyni zamanda iş adamlarının sayının
çoxalması bir çox sosial problemlərin həllinə
yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli
dəstəyi müqabilində öz məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik
fəaliyyəti ilə
məşğul olan,
əhalinin problemlərinin
həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.
Samir Mustafayev
Mövqe.- 2018.- 23 iyun.- S.14