Şimali Kipr Azərbayacana daha yaxından tanıdılır

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyində bu gün əməlli-başlı bayram ab-havası vardı. Biz bu ölkənin mədəniyyəti, mətbəxi ilə yaxından tanış olmaq üçün yaradılmış fürsəti əldən verməyib tədbirə qatılanlar sırasındaydıq.. Tədbirin başlanmasına az vaxt qalsa da artıq qonaqların çoxu öz yerində əyləşmişdi. Hər kəs Şimali Kiprin mədəniyyəti ilə tanış olmaq, mətbəxindən dadmaq üçün sərginin rəsmi açılışını gözləyirdi. Mormenekse Cağdas Kadınlar Dərnəyiüzvlərinin üzündə isə həm sevinc, həm həyəcan vardı. Axı bu tədbirdə Şimali Kipr mədəniyyətini mətbəxini təqdim etmək kimi məsuliyyətli onların üzərində idi. Elə vaxt varkən biz Mormenekse Cağdas Kadınlar Dərnəyi”i İdarə Heyəti üzvləri ilə söhbətləşib bu məsuliyyətli işə necə hazırlaşdıqlarını öyrənməyə çalışdıq.  İlk həmsöhbətimiz  dərnək səlahiyyətlisi Hasibe Abataydır. Onunla söhbət zamanı öyrəndik ki, Bakıya gəlişlərinin bu günlərə təsadüf etməsi heç təsadüf deyil. Hasibe Abatay Şimali Kipr Türk cümhuriyyətinin elan olunmasının 35-ci ildönümü münasibətilə iki gün öncə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyində möhtəşəm tədbir keçirildiyini, bu sərginin bayram tədbirinin davamı olduğunu söylədi: “Bakıya gəlişimiz bizim üçün çox önəmli bir tarixlə üst-üstə düşdü.  Şimali Kipr Türk cümhuriyyətinin elan olunmasının 35-ci ildönümünü Bakıda qeyd etdik. Çox möhtəşəm bir tədbir oldu. Bu gün isəMormenekse Cağdas Kadınlar Dərnəyi”i olaraq öz mədəniyyətimizi, mətbəximizi sizlərə təqdim edəcəyik. Bundan çox qürur duyuruq. Bu gün siz sərgi salonunda bizim qadınlarımızın əl işlərini görürsünüz. Bu əl işləri bizim tariximiz, keçmişimizlə səsləşir. Bundan savayı sərgidə iştirak edən qonaqlarımız Şimali Kipr mətbəxinin nəfis dadları ilə tanış ola biləcəklər. Biz bu sərgiyə sırf Şimali Kiprdə hazırlanan yeməklər, şirniyatlarla qatılmışıq. Dərnək üzvləri bu yeməklərin hazırlanmasına böyük əmək sərf ediblər. Məqsədimiz Azərbaycan qadınları ilə Şimali Kipr qadınları arasında mədəni əlaqələrin qurulması, bu əlaqələrin daha da gücləndirilməsindən ibarətdir. İnanırıq ki, sərgiyə qatılan Azərbaycan qadınları bizim əl işlərimizi bəyənəcək, mətbəximizin dadlı təamlarından daddıqdan sonra bizim mədəniyyətimizlə daha yaxından tanış olacaqlar”.

Şimali Kiprdən gələn qonaqlar arasında keçmiş millət vəkili Afet Özcaferdə vardı. A.Özcafer deyir ki, millət vəkili olduğu vaxtlarda Azərbaycana dəfələrlə səfər etsə , bu dəfəki səfəri tamamilə fərqli məqsəd daşıyır: “Bakıya millət vəkili olduğum dönəmlərdə bir neçə dəfə səfər etmişəm. Amma bu dəfəki səfərim siyasətdən kənar olduğu üçün sizin mədəniyyətiniz, qadınların fəaliyyəti, maraq dairəsi ilə tanış olmağa daha çox vaxtım var. Düşünürəm ki, iki ölkə arasında əlaqələrin mədəni müstəvidə qurulması çox vacibdir. Azərbaycan qadınları Şimali Kiprin müstəqil dövlət kimi tanınması üçün bu cür tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Mən Şimali Kiprli qadınların Bakıda sərgi təşəbbüsünü çox dəstəkləyirəm. Sevinirəm ki, bu sərgi Azərbaycanda, Bakıda təşkil olunub. Zəhməti keçənlərə öz minnətdarlığımı bildirirəm.  

Afet Özcaferlə söhbətimizdən sonra tədbirin rəsmi açılış mərasimi başlayır. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəhbəri, səfir Ufuk Turganer qonaqları salamlayaraq keçirilən tədbirin Azərbaycan Şimali Kipr qadınları arasında əlaqələrin qurulmasına xidmət etdiyini söyləyir. Daha sonra çıxış edənMormenekşe Çağdaş Kadınlar Derneyisədri Hayriye Ertugay Tokyay tədbirin iki ölkə qadınları arasında əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıdığını söylədi.

Qonaqlar daha sonra sərgidə nümayiş olunan Şimali Kipr mədəniyyətini təbliğ edən əl işləri mətbəxlə tanış oldular. Şimali Kiprin qeyri-adi mətbəxi tədbirə gələn qonaqların böyük marağına səbəb olmuşdu.Mormenekşe Çağdaş Kadınlar Derneyiüzvləri qonaqları Şimali Kipr mətbəxinə aid təamlarla tanış edir, təamların hazırlanmasında istifadə edilən məhsullar barədə bilgi verirdilər. Burada Şimali Kipr mətbəxinə aid həm isti yeməklər, həmçinin qəlyanaltılar, şirniyyatlar nümayiş etdirilirdi. Qonaqlar arasında olan Bəturə Nəbiyeva Şimali Kipr mətbəxinə aid təamları ilk dəfədir ki, daddığını söyləyir. Dediyinə görə, Şimali Kiprin mətbəxi fərqli olmaqla yanaşı, çox dadlıdır: “Burada sırf Şimali Kiprdə hazırlanan təamlar nümayiş olunur. Sözün açığı yeməkləri fərqli olduğu qədər dadlıdır. Elə təamlar var ki, mən burada onların Şimali Kipr mətbəxinə aid olduğunu öyrəndim. Qızardılmış pendir xüsusilə xoşuma gəldi. Gördüyünüz kimi qonaqların demək olar ki, hamısı qadındır. Qadınların birliyi, belə tədbirlərdə bir araya gələrək fikir mübadiləsi aparması çox önəmlidir. Mən sərginin təşkilatçısına, əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Kiprdə musiqi dərsi alan tələbələrin çıxışı isə tədbirə xüsusi rəng qatdı. Şimali Kipr mətbəxindən dadan qonaqlar tədbirin sonunda bolluca əyləndilər.

 

Zülfiyyə QULUYEVA

Mövqe.- 2018.- 16 noyabr.- S.4.