Vergi sahəsində islahatlar yeni mərhələyə qədəm qoyur

 

Respublikamızda həyata keçirilən siyasət ilk növbədə mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına, hərbi qüdrətimizin artırılmasına yönəlib. Bu siyasi kurs hazırkı iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun yüksəlişi, regionların inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtiva edir.

Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan vətəndaşların rifahı naminə maksimum istifadə müasir tariximizin ötən 12 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdir. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.

Ölkəmizdə inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri sahibkarlar təbəqəsinin formalaşmasıdır. Məlum olduğu kimi, azad rəqabət sərbəst iqtisadi mühit şəraitində formalaşan sahibkarlıq ümumi inkişafda böyük çəkiyə malik olaraq iqtisadi yüksəlişin sürətli xarakter almasına mühüm töhfə verir. Təsadüfi deyil ki, iqtisadi inkişaf yolunu azad bazar münasibətləri əsasında keçən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.

Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın yerinin qədər uzaqgörənliklə düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir.

Sahibkarlığın inkişafı ölkənin siyasi sosial-iqtisadi sisteminin yenidən qurulmasının mühüm amili kimi çıxış edir. Ona görə sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması məqsədilə daimi olaraq əsaslı şəkildə islahatların aparılması da məhz ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Lakin bütün bunlara baxmayaraq, bəzən sahibkarların incidilməsi, yersiz yoxlamalara məruz qalması faktlarına da rast gəlinib. Bu məsələyə Nazirlər Kabinetinin son iclasında kəskin münasibətini bildirən Prezident İlham Əliyev deyib: “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - yerli icra orqanlarının, hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında sahibkarlara qarşı süni əngəllərin aradan qaldırılması, sahibkarlığın inkişafı ilə bağlı aidiyyəti orqanlara tapşırıqlarından xəbərdarlığından sonra bu sahədə əsaslı dönüşün yaradılması istiqamətində əməli işlərin görülməsinə başlanılıb. Bu məqsədlə atılan ilk addımlardan biriSahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi şəffaflığının təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli fərmanıdır. Fərmanda göstərilir ki, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər korrupsiya hallarına şərait yaratmışdır. Buna görə sənədə əsasən sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi şəffaflığının təmin edilməsi məqsədilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat Sənaye Nazirliyinə həvalə edilib.

Milli Məclis tərəfindən qəbul olunmuş Prezident İlham Əliyevin oktyabrın 20-də təsdiq etdiyiSahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqındaAzərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılır. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat sağlamlığına, dövlətin təhlükəsizliyinə iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin funksiyası genişləndirilib, Lisenziyalaşdırma sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb. Yeni şöbə sahibkarlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın verilməsi sahəsində xidməti təşkil edəcək.

Dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə verilmiş tapşırıqların yüksək səviyyədə icrası məqsədilə qısa müddət ərzində zəruri tədbirlər görülüb, sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə “ASAN xidmətmərkəzlərində İqtisadiyyat Sənaye Nazirliyinin fəaliyyət göstərən əməkdaşları üçün təlimlər keçirilib, həmçinin sahibkarlıq subyektləri məlumatlandırılıblar. Belə ki, bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılıb, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilib. Noyabrın 5-dən isə lisenziyaların verilməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi barədə dövlət başçısının fərmanı sahibkarlığın inkişafına dəstək verməklə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir. Bütün bunlar həm ondan xəbər verir ki, ölkəmizdə sahibkarlığın inkişafı dəstəklənməsi sahəsində islahatlar yeni mərhələyə qədəm qoyur.

Mustafayev, Samir

Mövqe.- 2018.- 3 oktyabr.- S.10.