Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız
sovqatları” adlı şəhərcik açılıb
Heydər Əliyev Fondu,
Azərbaycanın Rusiyadakı
səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat
Nazirliyinin dəstəyi
ilə oktyabrın
17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız
sovqatları” adlı şəhərcik fəaliyyət
göstərəcək.
AZƏRTAC xəbər
verir ki, oktyabrın 18-də şəhərciyin
təntənəli açılış
mərasimində Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri
Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu və
digər rəsmi şəxslər
iştirak ediblər.
Moskva hökumətinin
naziri, ticarət və xidmətlər departamentinin rəhbəri
Aleksey Nemeryuk açılış mərasimində
çıxış edərək
bildirib ki, burada Azərbaycanda istehsal olunan ən yaxşı məhsullar təqdim edilir. O deyib: “Bu gün ilk
dəfə Moskvada bu formatda Azərbaycan
günləri keçirilir.
Azərbaycanın ən
yaxşı istehsalçıları
Moskvada öz məhsullarını nümayiş
etdirirlər. Biz bu gün Tver
meydanına gələn
hər kəsi görməkdən məmnunluq
duyuruq. Burada hər şey gözəl təşkil olunub. Şəhərcikdə
Azərbaycan məhsulları
nümayiş etdirilir,
ziyarətçilər ustad
dərslərində iştirak
edə biləcəklər.
Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək.
Ümid edirik ki, belə tədbirlər
mütəmadi təşkil
olunacaq. Moskvaya xoş gəlmisiniz!”.Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu Azərbaycan
məhsullarının nümayişi
üçün şərait
yaradıldığına görə
Moskva hökumətinə,
Rusiya paytaxtının
meri Sergey Sobyaninə təşəkkürünü
bildirib. O deyib: “Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq
münasibətləri mövcuddur.
Biz şadıq ki, bu münasibətlərdə
Rusiya paytaxtının
xüsusi yeri var. Moskva meri
Sergey Sobyaninin Bakıya səfəri zamanı olduqca məhsuldar danışıqlar
aparılıb”.Səfir
sərginin təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü
bildirib. “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən
şəhərciyin gözəl
təşkilinə görə
Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü
bildirmək istəyirəm.
Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın
tanıdılması istiqamətində
böyük işlər
görür. Mən Azərbaycanın Rusiyadakı
səfiri kimi çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ
edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı
tədbirlər keçirilir”,
- deyə diplomat bildirib.
Polad Bülbüloğlu
sərgidə Azərbaycanın
turizm potensialını
əks etdirən materialların olduğunu da qeyd edib,
moskvalıları Azərbaycana
dəvət edib. O, həmçinin belə sərgilərin ənənəvi keçiriləcəyinə
ümidvar olduğunu bildirib.Şəhərcikdə Azərbaycan
mədəniyyəti və
tarixi, milli mətbəx nümunələri
təqdim edilir, misgərlik, xalçaçılıq,
müxtəlif sənətkarlıq
növləri üzrə
məhsullar nümayiş etdirilir. Beş gün ərzində Azərbaycan mədəniyyətinin
təbliği çərçivəsində
konsert və sərgilər təşkil
olunacaq, şəhərciyə
gələnlərə Azərbaycanın
müxtəlif milli sənətkarlıq nümunələrinin
hazırlanması və
milli rəqslər, musiqi alətlərində
ifa üzrə ustad dərsləri
də keçiriləcək.Tədbir
çərçivəsində Azərbaycan mətbəxini
təqdim edən restoranlar, çay evi, Azərbaycanda istehsal olunan müxtəlif məhsulların
satışı təşkil
edilib. Həmçinin “I Love Baku” milli suvenir brendinin
məhsulları təqdim
edilir. Heydər Əliyev Fondunun müxtəlif nəşrləri
Moskva sakinlərinə
və Rusiya paytaxtının qonaqlarına
ölkəmizin mədəniyyəti,
tarixi, insanları, incəsənəti və
milli mətbəximiz barədə ətraflı
məlumat əldə
etməkdə yardımçı
olacaq.Şəhərciyin fəaliyyət
göstərdiyi günlərdə
Dövlət Rəqs Ansamblı və Dövlət İnstrumental Ansamblının,
Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının
çıxışları olacaq, Şəhriyar İmanovun müşayiəti
ilə musiqi proqramı təqdim ediləcək.
Şəhərciyə gələnlər rəngarəng ərzaq çeşidləri və
suvenirlər almaq, müxtəlif ustad dərslərində iştirak
etmək, fotosərgi ilə tanış olmaq, yaradıcı kollektivlərin çıxışlarına
baxmaq və peşəkar aşpazlardan
milli xörəklərin
hazırlanması sənətini
öyrənmək imkanı əldə edəcəklər. Tədbirin
qonaqları Azərbaycan
mətbəxinin nümunələrinin
dadına da baxa biləcəklər.
Mövqe.-
2018.- 19 oktyabr.- S.11.