İş
adamlarının
hüquqlarının
müdafiəsi təmin edilir
Respublikasının
insan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan
Respublikasının Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan
Respublikasının dövlət və yerli
özünüidarə orqanları, vəzifəli şəxsləri
tərəfindən pozulan insan hüquqları və
azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya
Qanunu ilə müəyyən edilmiş hallarda insan
hüquqları pozuntularının qarşısının
alınması üçün təsis edilmişdir.
Müvəkkilin
fəaliyyəti insan hüquqlarının müdafiəsini,
pozulmuş insan hüquq və azadlıqlarının bərpasını
təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir. Bununla
yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan
Respublikası hakimlərinin fəaliyyətinin
yoxlanılması Müvəkkilin səlahiyyətlərinə
aid deyildir. Lakin məhkəmələrdə
süründürməçilik, sənədlərin itirilməsi
və vaxtında verilməməsi, habelə məhkəmə
qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar
insan hüquqlarının pozulmasına dair şikayətlər
istisna təşkil edir.
Müvəkkilin insan
hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının qorunmasını, ona əməl edilməsini,
təmini vəziyyətinin öyrənilməsini, monitorinqini
və təhlilini, habelə çatışmazlıqların
və pozuntuların aşkar edilməsini, pozulmuş
hüquqların bərpasını və pozulmasının
qarşısının alınmasını özündə
ehtiva edir.
İnsanlar öz şikayətlərini Müvəkkilə
müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və
elektron poçtu, rəsmi internet saytındakı onlayn
müraciət, aparatda və regional mərkəzlərdə fəaliyyət
göstərən qəbul otağı, işgəncələrlə
bağlı qaynar xətt, 916 nömrəli uşaq qaynar xətti
vasitəsilə, habelə müvəqqəti
saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə
müəssisələrinə, hərbi hissələrə,
sosial yönümlü müəssisələrə, o
cümlədən uşaq, ahıl və əlillər evlərinə,
internatlara, səhiyyə və təhsil müəssisələrinə
başçəkmələri, habelə məcburi
köçkünlərin məskunlaşdıqları qəsəbələrə
baxışları zamanı şəxsən təqdim etmək
imkanına malikdirlər.
Aşkarlıq, şəffaflıq,
qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
fəaliyyət göstərən Müvəkkil Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin,
hüquqi şəxslərin insan hüquqlarının
pozulmasına dair şikayətlərinə baxır.
Şikayəti insan
hüquqları pozulmuş şəxsin razılığı
ilə üçüncü şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları verə bilər.
İnsan hüquqları pozulmuş şəxsin
razılığını almaq mümkün olmadıqda, yəni
həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini
itirdikdə və ya qanunvericiliklə müəyyən
edilmiş digər hallarda şikayəti
üçüncü şəxslər və ya qeyri-hökumət
təşkilatları razılıq almadan da verə bilərlər.
Qeyd edilənlərlə
yanaşı, hüquqları pozulmuş şəxsin
razılığı ilə xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda və ya öz hüquqlarını
müstəqil şəkildə müdafiə etmək qabiliyyəti
olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda
Müvəkkilin öz təşəbbüsü ilə
araşdırma aparmaq səlahiyyəti də vardır.
Şikayət ərizəçinin
hüquqlarının pozulduğu və ya ona bu barədə məlum
olduğu gündən bir il müddətində verilə bilər.
Cəzaçəkmə müəssisələrində,
istintaq təcridxanalarında, müvəqqəti saxlanılma
yerlərində saxlanılan şəxslər tərəfindən
ünvanlanmış şikayətlər senzuradan keçirilmədən
24 saat müddətində Müvəkkilə göndərilir.
Şikayətin verilmə müddəti
keçdikdə, səlahiyyətlərinə aid olmadıqda,
anonim olduqda, şikayətlə bağlı məhkəmə
icraatı getdikdə və ya təkrar təqdim edilmiş
şikayətdə yeni məlumatlar, faktlar və sübutlar
olmadıqda Müvəkkil həmin şikayətlərə
baxılmır.
Müvəkkil insan hüquqlarının
pozulmasına dair daxil olan şikayətləri səlahiyyətlərinə
aid olduqda baxılmaq üçün qəbul edir.
Müvəkkil insan hüquqlarının
pozulmasına dair şikayətdə əks etdirilmiş halların
araşdırılması zamanı barəsində şikayət
verilən orqanın və ya vəzifəli şəxsin həmin
şikayətlə bağlı mülahizələrini öyrənməlidir.
Müvafiq dövlət orqanı və ya vəzifəli
şəxs həmin mülahizəni 10 gün müddətində
Müvəkkilə təqdim etməlidir.İnsan
hüquqlarının pozulmasına dair şikayətdə əks
etdirilmiş halların araşdırılması zamanı
Müvəkkil istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən
dövlət hakimiyyəti və yerli özünüidarə
orqanlarına, hərbi hissələrə, habelə polis
bölmələrinə, müvəqqəti saxlama yerlərinə,
istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə,
qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə
və saxlanılan şəxslərin öz iradəsi ilə
tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə
müvafiq məlumatı verə biləcək istənilən
digər şəxslə təkbətək və ya zəruri
saydığı halda mütəxəssisin və ya tərcüməçinin
iştirakı ilə görüşmək və söhbət
etmək; saxlanılan şəxslərin
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə
tanış olmaq və surətlərini almaq; akt tərtib etmək,
həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq; səlahiyyətli dövlət
orqanlarına müvafiq tövsiyələr vermək və həmin
tövsiyələrə müəyyən edilmiş müddətdə
cavablar almaq hüququna malikdir.Qeyd edilənlərlə
yanaşı, Müvəkkilin dövlət hakimiyyəti və
yerli özünüidarə orqanlarından, vəzifəli
şəxslərdən zəruri məlumat,
sənəd və materialları 10 gün müddətində
almaq, cinayət, mülki və inzibati işlərə dair
qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin
cinayət işlərinin başlanmasının rədd edilməsi
barədə materiallarla tanış olmaq, şikayətin
araşdırılması zamanı vəzifəli
şəxslərdən yazılı arayışlar almaq,
şikayətdə əks etdirilmiş halların
yoxlanılması üçün müvafiq orqanlara, qərarından
və hərəkətindən (hərəkətsizliyindən)
şikayət edilən orqanlar və ya vəzifəli şəxslər
istisna olmaqla, tapşırıq vermək, müvafiq dövlət orqanlarına və təşkilatlarına
ekspert rəyinin hazırlanmasını tapşırmaq,
dövlət və yerli özünüidarə
orqanlarının rəhbərləri və digər vəzifəli
şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə
müəssisələrinin, istintaq təcridxanalarının
və müvəqqəti saxlanılma yerlərinin
rəhbərliyi tərəfindən təxirəsalınmadan
qəbul edilmək kimi səlahiyyətləri
də vardır.Bakı şəhərində, habelə
respublikanın müxtəlif şəhər və
rayonlarında əhali ilə geniş ünsiyyət yaratmaqla
görüşlər və qəbullar keçirilir, əhali qrupları ilə canlı ünsiyyət
yaradılır, zəruri izahat işi aparılır,
hüquqi məsləhətlər verilir, insanları narahat edən
problem və çətinliklər müəyyən edilir, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələrlə
əməkdaşlıqda müvafiq tədbirlər görülür.İnsan hüquqları
pozulmuş şəxsin razılığı ilə
xüsusi əhəmiyyət kəsb edən hallarda və ya
öz hüquqlarını müstəqil şəkildə
müdafiə etmək qabiliyyəti olmayan şəxslərin
maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü
ilə araşdırma apara bilər.
Araşdırma zamanı şikayətdə
qeyd olunmayan digər hallar aşkar edilərsə,
araşdırma Müvəkkilin səlahiyyətlərinə
aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə
aid olmadıqda isə materiallar digər səlahiyyətli
dövlət orqanlarına göndərilir.
Şikayətə 30 gün
müddətində baxılır. Şikayətə baxmaq
üçün əlavə yoxlama aparmaq və ya material tələb
etmək zərurəti yarandıqda müraciətə
baxılma müddəti 30 gün də uzadıla bilər.Ərizəçinin
yazılı razılığı ilə əlavə yoxlama
aparmaq lazım gəldiyi halda müraciətin baxılma
müddəti yenidən uzadıla bilər.
Müvəkkil şikayətə
baxılması ilə bağlı görülmüş tədbirlər
və nəticələr barədə 5 gün müddətində
ərizəçiyə yazılı surətdə məlumat
verir.
Şikayətin
araşdırılması zamanı insan hüquqlarının
pozulması hallarını aşkar etdikdə, Müvəkkilin
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş dövlət və ya yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
həmin hüquqların bərpasını
tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər
10 gün müddətində Müvəkkilə görülən
tədbirlər barədə yazılı surətdə məlumat
verməlidirlər. Məlumat verilmədiyi
və ya Müvəkkilin tələbləri həyata
keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər), cinayət əlamətləri
aşkar edildikdə müvafiq orqanlara cinayət işinin
başlanması barədə müraciət etmək,
əlavə kassasiya qaydasında şikayət etmək
hüququna malik olan subyektlərə müraciət etmək, qərar
və hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş vəzifəli şəxslərin
intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək,
insan hüquqlarının pozulması ilə əlaqədar
aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək,
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda onların bərpası
üçün Müvəkkilin səlahiyyətlərində
olan təsir imkanları kifayət etmədikdə Azərbaycan
Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında
çıxış etmək, dövlət və ya yerli
özünüidarə orqanının, vəzifəli şəxsin
qərarı və ya hərəkəti (hərəkətsizliyi)
nəticəsində pozulmuş hüquqların bərpası
üçün məhkəməyə müraciət etmək,
şəxsin hüquqları qüvvədə olan normativ
aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət etmək hüququ vardır.Ərizəçinin
xahişi ilə Müvəkkil onun barəsində məlumatları
gizli saxlayır. Bununla yanşı, şikayətdə
əks etdirilmiş halların Müvəkkil tərəfindən
araşdırılması zamanı ərizəçilərin
şəxsi və ailə həyatı barədə bəlli
olmuş məlumatların yayılmasına onların
razılığı olmadan yol verilmir.Müvəkkil əfv,
vətəndaşlıq, siyasi sığınacaq verilməsi
məsələlərinin həlli ilə
bağlı Azərbaycan Respublikasının Prezidentinə,
insan hüquq və azadlıqlarının təmin edilməsi
məqsədilə qanunların qəbul edilməsinə və
ya onlara yenidən baxılmasına dair, habelə amnistiya elan
edilməsi barədə Azərbaycan Respublikasının Milli
Məclisinə təkliflər verə bilər.Cari
il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil insan
hüquqlarının qorunması haqqında Azərbaycan
Respublikası Prezidentinə illik məruzəni təqdim edir və
həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi
qarşısında çıxış edir.
İllik məruzədə insan
hüquqlarını pozan, Müvəkkilin tələbləri
ilə hesablaşmayan dövlət və yerli
özünüidarə orqanlarının, vəzifəli
şəxslərin adları çəkilir və bununla əlaqədar
görülmüş tədbirlər barədə məlumat
verilir.Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar
fikir, rəy və tövsiyələr öz əksini
tapır.İllik məruzə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan
Respublikasının Ali Məhkəməsinə və Azərbaycan
Respublikasının Baş Prokur0ru.
Mustafayev,
Samir.
Mövqe.-
2018.- 24 0ktyabr.- S.10