Turizm ölkəyə valyuta qazandıran əsas sahələrdən birinə çevrilir

Qeyri-neft sektorunda aparılan islahatlar yeni sənaye sahələrinin yüksəlişini təmin edir

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilmiş  qətnaməyə əsasən,  2017-ci il dünyadaTurizmin davamlı inkişaf ilikimi başa çatıb. Burada  əsas məqsədi  turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu sahədə  təbliğatın, eləcə bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir. Təqdirəlayiq haldır ki, Azərbaycan ötən ilin turizm göstəricilərinə görə xeyli irəliləyib bu sahə ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən birinə çevrilməkdədir.

2017-ci ildə Azərbaycana Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatıb. Bu, ölkə əhalisinin hər 4 nəfərinə bir turistin düşməsi deməkdir. Çünki, ölkəyə gələn hər bir şəxsin xərclədiyi vəsait son nəticədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanın tiruzmdən əldə etdiyi qazanc ÜDM-nin 4 faizindən çoxunu təşkil edir. 2025-ci ilə qədər bu rəqəmin 2 dəfə artacağı gözlənilir. Bu proqnoz olduqca real görünür, çünki turizmin inkişafı hökumətin islahatlar portfelində prioritet istiqamət kimi təsbit edilib.  Təsadüfi deyil ki, qısa müddətdə turizm sənayesi ümumi daxili məhsul istehsalında, ölkəyə valyuta gəlişində getdikcə daha böyük rol oynamağa başlayıb. Çünki, turizm ölkəyə xarici valyuta axınını  sürətləndirir,  xidmət şəbəkəsinin genişləndirilməsinə təkan verir beləliklə, yeni yerləri yaradılır, ölkədə məşğulluğun sahə istiqamətlərinin genişləndirilməsinə imkan yaradır.

Strateji yol  xəritəsində  turizmin inkişafı ilə  bağlı  nəzərdə tutulan tədbirlərin  reallaşması yeni  uğurlara  start verilməsinə imkan verib. Strateji yol xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı 2025-ci ildən sonrakı dövr üçün hədəfləri əhatə edir. Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  dövlət başçısının  20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq,  bütün sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi ayrılmış hərəkət zolaqları yaradılıb. 2017-ci ildə  ölkəyə  turistlərin  gəlişini asanlaşdırmaq üçün elektron vizanın tətbiqi daha da təkmilləşdirilərək “ASAN vizasistemi yaradılıb. Hazırda 81 ölkənin vətəndaşı “ASAN vizasistemi vasitəsilə elektron viza əldə edə bilir.

Çimərlik turizminin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli sərəncamı iləAzərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planıtəsdiq olunub. Sənədə əsasən çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun qurulması, bu sahədə fəaliyyət göstərən operatorların işinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizlik s. kimi mühüm tədbirlər həyata keçirilir.

Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son 14 ilin sürətli sosial-iqtisadi tərəqqisi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların digər turizm obyektlərinin sayının artırılması, turist marşrutları şəbəkəsinin yaradılması real nəticələrini verir. Əsas  məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı rəqabətə davamlı sahəsinə çevrilməsidir.

Bunun üçün obyektiv səbəblər var. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş   respublikamızı turistlər üçün cəlbedici ölkəyə çevirib. Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf edir ÜDM- payını artırır.

N.NOVRUZ

Mövqe.- 2018.- 27 yanvar.- S.6.