“Dünya
ermənilərin yalanını
çox asan eşidir” -
"İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə
bilmirlər"
Azvision.az xəbər verir ki, bunu
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov jurnalistlərə açıqlamasında
deyib.
Y.Mahmudov bildirib
ki, sovet dönəmində soyqırımı
cəlladlarını qəhrəman
kimi təqdim ediblər:
“Erməni-daşnak
quldurları türk-müsəlman
xalqlarına qarşı
Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları
törədiblər. 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı
cinayəti həyata keçirmiş “26 Bakı
komissarları” adlandırılan
cinayətkar qrupun fəaliyyəti ilə bağlı
Tarix İnstitutunda aparılmış tədqiqatlar
nəticəsində çoxsaylı
yeni faktlar aşkar olunub. 2009-cu ilin yanvar ayında
Prezident İlham Əliyevin göstərişi
ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus
məzarlar şəhər
qəbristanlığına köçürülərkən məzarlıqda 26 deyil,
23 cəsədin qalığı
aşkar olunduqdan dərhal sonra institutda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və
elmi araşdırmalara
başlanılmışdır. Stepan Şaumyanın başçılıq etdiyi
qanlı daşnak-bolşevik
rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş
şəkildə və
planlı surətdə
Azərbaycan xalqına
qarşı kütləvi
soyqırım cinayəti
həyata keçirib.
On minlərlə dinc, silahsız türk-müsəlman
əhali – Azərbaycan
türkləri, ləzgilər,
tatarlar, talışlar,
avarlar, kürdlər və digər xalqların nümayəndələri,
o cümlədən uşaqlar,
qadınlar, qocalar etnik mənsubiyyətlərinə
görə amansızcasına
qətlə yetirilib”.
Akademik qeyd edib ki, azərbaycanlılara qarşı soyqırım
törətməsini Şaumyan
“Biz buna şüurlu şəkildə
getdik” və Hamazasp isə “Mən Xəzər dənizi sahillərindən
Şahdağına qədər
hamını məhv etməyə gəlmişəm”
deyərək, hələ
o zaman özləri etiraf ediblər:
"Arxiv araşdırmaları
zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə
sübut edir ki, Anastas Mikoyan
kimi Şaumyan da “26-lar” sırasında güllələnməyib. Həmin
sənəddən məlum
olur ki, “26 Bakı komissarları”nın
güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün
ərzində Şaumyana
Krasnovodsk həbsxanasında
qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları
və soyadlarının
siyahısında Şaumyandan
sonra adı göstərilən ikinci məhbus Mikoyandır. Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır.
Bizim həqiqətləri
isə qəbul etməyə meyilli deyil. Ona görə
də biz daha çox işləməliyik. Təbliğat
sistemimizi daha da mükəmməlləşdirməliyik”.
Y.Mahmudov deyib ki, Tarix İnstitutunda son illərdə dünyanın müxtəlif
ölkələrindən Azərbaycan
xalqına qarşı
həyata keçirilən
soyqırımını əks
etdirən külli miqdarda arxiv sənədləri gətirilərək
toplu şəklində
nəşr olunmuş,
tarixçilərimiz bu
sənədlər
əsasında ölkəmizin
bütün bölgələrində
həyata keçirilmiş
soyqırımlarına ayrı-ayrılıqda
tədqiqat əsərləri
həsr etmiş və dünyada yaymışlar.
Mövqe.-
2019.- 2 aprel.- S.3
…