Özəl sektor kino serialları bataqlıqdan xilas edə bilər, amma

 

 

Əlisa Cabbarov: “Xarici ölkələrin əksəriyyətində kino iş adamlarının bu sahəyə yatırımı sayəsində inkişaf edib”

Rasim Balayev: “Kinoda, serialda rejissor işi, aktyor oyunu, ssenari - bunlar hamısı bir-birinə zəncirvari bağlıdır

 

 "Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm ki, vacib"... Kinodan danışandaBəyin oğurlanmasıfilmindəki bu epizodu xatırlamağımız isə heç səbəbsiz deyil. Sovet dönəmində çəkilən kinoların şöhrəti hər yeri dolaşsa da, son illər ölkəmizdə , az-az çəkilən kinoların sanbalı var, dəki efirlərdə gözümüzü «mazol» edən serialların.

 

Bu günlərdə bu məsələyə toxunan Milli Televiziya Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli son illər çəkilən serialların keyfiyyətindən narazılığını dilə gətirib. MTRŞ sədri qeyd edib ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir: “Lakin təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. "Bacanaqlar”, "Qız atası”, "Ay-ay-ay”, "Xalxın evi s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”.  N.Məhərrəmli televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqların da dilə gətirildiyini söyləyib.

 

Bəs görəsən, Azərbaycanda çəkilən serialları bayağılıqdan qurtarmaq, baxımlı etmək üçün hansı addımların atılmasına ehtiyac var?

 

Qeyd edək ki, artıq Rusiyada kino sahəsinin dirçəldilməsi üçün kinoya investisiya yatıran adamlarına vergi güzəştlərinin tətbiqinə başlanıb. Kino sahəsindəki ekspertlər Azərbaycanda da kinonun inkişafı üçün bu tip güzəştlərin tətbiqinin vacib olduğunu söyləyirlər. Türkiyədə kinoya, seriala vəsait ayıran özəl şirkətlər dövlət vergilərindən müəyyən faizlə azad olunur. Bununla həm dövlət, həm şirkət, həm mədəniyyət qazanır.

 

Dövlət öz hesabına kinoya pul ayırmaqdansa, sahibkarları bu işə cəlb edir, əvəzinə vergi faizlərini azaldır. Sahibkar da həm vergi ödəmək, həm reklam xərci çəkməkdənsə, hər ikisini bir yoldan ödəməklə kino seriala maraq göstərir. Daha sonra kino serial gəlirlərindən dövlət yenə öz vergisini götürür. Ortada itirən yoxdur, qazanan isə çox. Rejissor Əlisa Cabbarov deyir ki, xarici ölkələrin əksəriyyətində kino adamlarının bu sahəyə yatırımı sayəsində inkişaf edib. Həmsöhbətimiz qardaş Türkiyənin nümunəsində bunun açıq-aydın göründüyünü söyləyir. Ə. Cabbarovun sözlərinə görə,  Mədəniyyət Turizm Nazirliyi bir müddət öncə "Kinematoqrafiya haqqında qanun"da film maliyyələşdirən adamlarına vergi güzəştləri nəzərdə tutan əlavələr təklif etmişdi: Mən belə fikirdəyəm ki, əgər biznesmenlərə kino sahəsinə investisiya yatırdıqları üçün vergi güzəştləri tətbiq olunsa, onlarda bu sahəyə yatırım etməyə maraq yaranar beləcə kinomuz da inkişaf edər. Ölkə rəhbərliyinin serialların çəkilməsinə ayırdığı vəsait 100 faiz effektli xərclənməsə , müəyyən uğurlar var. Artıq seriallarda çəkilən aktyor nəsli formalaşıb, rejissorlar var. Bu gün Rövşən İsaqın,İctimai Televiziyanın istehsal etdiyi seriallar keyfiyyəti ilə fərqlənir. Keyfiyyət göstəricisi göz önündədir. Amma təəssüf ki, ölkə başçısının serialların çəkilməsi üçün ayırdığı vəsait MTRŞ tərəfindən bölünəndə bir serialın çəkilməsi üçün ayrılan vəsait düzgün bölünmədi. Ayrılan vəsaitə əlli keyfiyyətsiz serial çəkməkdənsə, on sanballısını çəkmək daha düzgün olardı. Bütün bunlara baxmayraq serial bazarı formalaşdı.

 

Artıq kanalların öz sifarişi ilə seriallar çəkilir. Artıq kanallar öz vəsaitləri ilə serialları istehsal edirlər.  Ölkəmizdə kino biznesinin yaranmasının biz tərəfdarıyıq. Vergilər Nazirliyinə yeni rəhbərlik təyin olunandan sonra adamlarına loyal proqmatik münasibət formalaşıb. Bu proses davam etsə, adamları serialları maliyyələşdirməkdən çəkinməyəcəklər. İş adamlarına vergi güzəştləri olduqdan sonra kino sahəsi gəlirli sahə olduğundan, düşünürəm ki, investisiya qoymaq istəyən biznesmenlər tapılacaq. Kinoya investisiya təkcə film çəkilişinə qoyulmur. Müasir kinoteatrların yaradılması da elə investisiyadır”.

 

Aktyorlar isə Azərbaycanda adamlarının kino sahəsinə maliyyə yatırmasının indiki vəziyyətdə real olmadığı fikrindədirlər.  Kinomuzun canlı əfsanəsi Rasim Balayev deyir ki, serialların çəkilişində ssenari, texniki çatışmazlıq, peşəkar rejissor problemləri  var: “ Kinoda, serialda rejissor işi, aktyor oyunu, ssenari - bunlar hamısı bir-birinə zəncirvari bağlıdır. Biri olmayanda kino istənilən səviyyə olmur. Mükəmməl bir filmin ərsəyə gəlməsi üçün bu sadaladıqlarım hamısı bir-birini tamamlamalıdır. Bu gün yaxşı serial çəkmək üçün güclü yazara, senaristə, rejissora ehtiyac var.

 

Aktyoru qəlibə salmaq olar. Əsas dediklərimdir ki, bu gün onlar kinomuzu inkişafdan saxlayan amillərdir. Mən belə hesab edirəm ki, adamlarını vergidən azad etməklə onlarda bu sahəyə yatırım etməyə maraq oyatmaq olar. Amma yaxşı ssenarist, rejissor olmasa adamı da qoyduğu yatırımı götürə bilməyəcək. Şəxsən mənim milyonlarım da olsa kino sahəsinə, serial çəkilişinə bir qəpik xərcləmərəm”.

 

Zülfiyyə QULUYEVA

Mövqe.- 2019.- 20 aprel.- S.6