Zərdab yeni inkişaf mərhələsinə
qədəm qoyub
Aqrar
sahədə ixtisaslaşan, özünəməxsus ənənələri
olan Zərdab rayonu son illər özünün tərəqqi
dövrünə qədəm qoyub: yüksək dinamizlə və
müasir arxitektura elementləri əsasında gerçəkləşdirilən
abadlıq-quruculuq və yenidənqurma işləri rayonun
simasını xeyli dərəcədə dəyişib. Abadlaşan küçə
və parklar, tələblərə cavab
verən sosial-inzibati obyektlər qonaqlarda ilk baxışdan yüksək təəssürat
doğurur. Xüsusən
də son illərdə həyata keçirilən quruculuq tədbirləri özünün
ünvanlı və miqyaslı olması ilə diqqəti çəkir. Aşkar görünür ki, gerçəkləşdirilən tədbirlərdə məqsəd
sakinlərin uzun illərdən bəri qayğılandıran, narahat
edən problemlərin
əsaslı həllinə
nail olmaqdır.
Məlumat üçün bildirək ki, 05 fevral 1935-ci ildə təşkil olunan Zərdab rayonu əvvəllər Göyçay
rayonunun tərkibində
olub. 01 yanvar
1963-cü ildə ləğv
edilərək Ucar rayonu ilə birləşdirilsə də,
06 yanvar 1965-ci il tarixdən yenidən müstəqil rayon statusunu bərpa edib. Bir çox mənbələrdə
Zərdab sözünün
fars dilindəki zərd (sarı) və ab (su)
sözlərinin birləşməsindən
yarandığı göstərilir.
Başqa
bir mənbədə Zərdab sözünün
"qızıl su"
mənasını verdiyi
bildirilir. Çünki
o vaxtlar Kür və Qarasu çaylarının daşması
nəticəsində suyun
çökəkliklərdə, axmazlarda yığılan
hissəsi əkinçilər
üçün qızıl
qədər əhəmiyyətli
olurdu. Zərdabın
tarixinə gəlincə,
qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ
1578-ci ilə aid türk mənbələrində
"Zərdab sancağı"
kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, hələ
tam öyrənilməyib.
XX əsrin
70-ci illərində rayon
ərazisində aparılan
meliorasiya işləri
zamanı bu yerlərdən keçən
qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər
boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri)
və digər hakimiyyətlər
dövründə buraxılmış
mis pullar, qədim bəzək, məişət əşyaları
və mədəniyyət
nümunələri aşkar
edilib. Hazırda bunların bir çox nümunələri
Zərdab Tarix Diyarşünaslıq muzeyində
eksponat kimi nümayiş etdirilir.
"Azərbaycan
Respublikası ərazisində
dövlət mühafizəsinə
götürülmüş 2aşınmaz
tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcəsinə
görə bölgüsünün
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı
ilə Xanməmmədli kəndində
aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət
abidələrinin siyahısına
daxil edilib.
Hazırda rayonda
1 şəhər, 1 qəsəbə
və 40 kənd olmaqla, 42 yaşayış
məntəqəsi mövcuddur.
Ümumi əhalinin
20,3 faizi şəhərdə,
79,7 faizi qəsəbə
və kəndlərdə
yaşayır. Rayonda 28 inzibati
ərazi dairəsi üzrə nümayəndəlik,
27 bələdiyyə fəaliyyət
göstərir. Əsasən
kənd təsərrüfatı
rayonudur - xüsusən
də taxılçılıq,
baramaçılıq və
pambıqçılıq sahələrində
ciddi uğurlara imza atıb. Barama istehsalına görə son 2 ildə Azərbaycan üzrə birincilik əldə edib.
Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev hələ
1978-ci il may ayının 29-da Kür çayının daşması
ilə əlaqədar
vəziyyətlə yerində
tanış olmaq məqsədilə rayonda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev də son 15 ildə 4 dəfə - 30 iyun
2006-cı il, 06 may
2011-ci il, 07 oktyabr
2012-ci il və 02 dekabr 2016-cı il tarixlərdə rayonda səfərlərdə olub,
regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramlarından irəli
gələn vəzifələrin
icra vəziyyəti
ilə yaxın maraqlanıb.
Dövlət başçısı bu səfərlər çərçivəsində
11 obyektin açılışında
iştirak edib və ictimaiyyətin nümayəndələri ilə
görüşüb. Həmin səfərlərdən
sonra imzalanmış sərəncamlarla rayonun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədilə 7,2 milyon
manat vəsait ayrılıb. Ümumilikdə,
ölkə başçısı
Zərdab rayonu və zərdablılarla bağlı 2008-2018-ci illərdə
47 sərəncam imzalayıb.
Təkcə 2018-ci il ərzində rayonla bağlı 11 sərəncamın
imzalaması Zərdabın
sosial-iqtisadi inkişafının
dövlət başçısının
xüsusi diqqət mərkəzində olduğunu
göstərir. Məlumat üçün
bildirək ki, bu sərəncamlar Zərdabın sayılıb-seçilən
insanlarına müxtəlif
fəxri adların verilməsi ilə yanaşı, mədəniyyət,
kənd təsərrüfatı,
meliorasiya, qazlaşdırma
və digər mühüm sahələrdə
həyata keçiriləcək
tədbirləri nəzərdə
tutur.
Prezident İlham Əliyev
2011-ci il may ayının 6-da Zərdab
rayonuna gerçəkləşən
səfəri zamanı
Heydər Əliyev Mərkəzində aparılan
tamamlama işləri ilə tanış olub, rayon ictimaiyyətinin
nümayəndələri ilə
görüşub. 07 oktyabr
2012-ci il tarixdə Zərdab rayonuna gerçəkləşən növbəti səfəri zamanı cənab İlham Əliyev bir sıra yeni obyektlərin - Heydər Əliyev Mərkəzinin;
YAP Zərdab rayon təşkilatının, Gənclər
Mərkəzinin, habelə
Küllülü-Zərdab su kəmərinin açılığşında iştirak edib, Veteranlar evi ilə tanış olub. Nəhayət, 02 dekabr 2016-cı il tarixdə Zərdab rayonuna səfəri zamanı dövlət başçısı
rayon Mərkəzi Xəstəxanasında əsaslı
təmirdən sonra yaradılmış şəraitlə
tanış olub, ictimaiyyət nümayəndələri
və tibb işçiləri ilə
görüşüb.
Regionların sosial-iqtisadi inkişafını
nəzərdə tutan
dövlət proqramlarının
uğurla icrası rayonun simasını əsaslı şəkildə
dəyişməklə yanaşı,
burada aqrar sektorun, sahibkarlığın
inkişafını da
təmin edib. Ötən dövrdə rayonda 21 məktəb binası tikilib və əsaslı təmir edilib, hazırda 5 məktəb
binasının tikintisi
davam etdirilir. Bundan əlavə, rayonda 4 körpələr
evi-uşaq bağçası
üçün yeni bina inşa edilib, 6 körpələr
evi-uşaq bağçası
əsaslı təmir
edilib. Bir neçə gün əvvəl daha bir 1 körpələr evi-uşaq bağçasının
binası da əsaslı təmirdən
sonra istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin
29 avqust və 08 sentyabr 2018-ci il tarixli sərəncamları
ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
Zərdab Rayonunun Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun tikintisi üçün 4,6
milyon, Zərdab-Qaravəli
avtomobil yolunun tikintisi üçün ilkin olaraq 1,32 milyon manat vəsait
ayrılıb. Birinci
Alıcanlı avtomobil
yolunun tikintisi işləri başa çatdırılıb və
yolun açılışı
olub. Hazırda Zərdab-Qaravəlli avtomobil
yolunun tikintisi işləri davam etdirilir.
Bundan əlavə,
hazırda Zərdab-Ucar
yolunun da əsaslı yenidənqurulması
həyata keçirilir
və bu da rayon əhalinin
üzləşdiyi ciddi
problemlərdən birinin
həlli deməkdir.
S.Müstafayev
Mövqe.- 2019.- 23
aprel.- S.4