Polad Bülbüloğlu: "Azərbaycan faşizm üzərində qələbəyə əvəzsiz töhfələr verib"

 

 

"Azərbaycan başqa sovet respublikaları ilə yanaşı, faşizm üzərində qələbəyə əvəzsiz töhfələr verib".

 

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərində keçirilənBirlikdə qazanılmış böyük qələbə” 9-cu Beynəlxalq Qaliblər Forumunda çıxışı zamanı bildirib.

 

"1941-ci ilin 19 oktyabr tarixində o vaxt mühasirədə olan, bombalar yağdırılan, dözülməz çətinliklərə sinə gələn Leninqrad şəhərində Ermitaj Muzeyinin direktoru, akademik İosif Orbelinin təşəbbüsü ilə dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 800 illiyinə həsr olunan təntənəli tədbirin keçirilib. Ağır vəziyyətə baxmayaraq, rus ziyalıları belə bir tədbir keçirərək yüksək sənətin hətta qanlı qırğınlar girdabını belə nurlandırmaq gücündə olduğunu bütün dünyaya göstərmişdi. Bu qələbənin birlikdə qazanıldığını unutmamalıyıq. Döyüşlərdə çoxlu rəşadət nümunələri göstərən, arxa cəbhədə fədakarlıqla çalışan Azərbaycan xalqı birgə qələbəyə mühüm töhfələr verib. Böyük Vətən müharibəsinin cəbhələrində Azərbaycanın hər beş nəfərindən biri vuruşub, respublikadakı 3,4 milyonluq əhalinin 681 mini, o cümlədən 10 mindən artıq xanım cəbhəyə yollanıb. Gedənlərin yarısından çoxu geri qayıtmayıb”, - səfir qeyd edib.

 

P.Bülbüloğlu deyib ki, müharibə illərində Azərbaycan neft neft məhsullarının əsas tədarükçüsü olub: "SSRİ- hasil olunan neftin 80 faizini bizim neftçilər çıxarıb. Müharibənin ehtiyacları üçün 75 milyon tondan artıq Bakıdan neft göndərilib. Bakıda hərbi əməliyyatlar olmadığı üçün paytaxtımızaQəhrəman şəhəradı verilməsə , neft uğrunda, yəni həyati sərvət uğrunda döyüşün məhz burada aparıldığı nəzərə alınsa, Bakı mahiyyətcə həqiqi qəhrəman şəhərdir. Azərbaycan cəbhəyə qələbə üçün qədər lazımdırsa, o qədər neft verib. Müharibədə hər 10 təyyarənin 8-i Bakı neftindən hazırlanan yanacaqla hərəkətə gətirilib. Eyni zamanda azərbaycanlılar şəxsi ehtiyatlarından müharibə ehtiyacları üçün 15 kilo qızıl, 952 kilo gümüş, 320 milyon manat pul veriblər. 1,6 milyondan çox müxtəlif mal, 125 vaqon isti geyim cəbhəyə göndərilmişdi. Bakı müəssisələri Leninqrada iki vaqon kürü, 40 ton quru meyvə, həmçinin dava-dərman sarğı ləvazimatı göndərmişdi”.

 

Səfir Sankt-Peterburqdakı Piskarev qəbiristanlığında xatirə lövhəsinə Leninqrad uğrunda həlak olmuş 100 azərbaycanlı döyüşçünün adlarının həkk olunduğunu, Azərbaycanda təşkil olunan 87 taborun Berlinədək döyüş yolu keçdiyini, 170 mindən artıq azərbaycanlı döyüşçünün orden medallara, 123-nün isəSovet İttifaqı Qəhrəmanıadına layiq görüldüyünü xatırladıb. Diplomat həmçinin müharibə dövründə Azərbaycanda onlarla hospitalın qurulduğunu, azərbaycanlı həkimlərin 1,5 milyondan artıq döyüşçünü sağaltdığını, bunlardan bir qisminin sonrakı həyatlarını ölkəmizlə bağladıqlarını diqqətə çatdırıb.

 

Nasizmi darmadağın edən millətlərin birliyi birgə sərvətimizdir, hazırkı dostluq münasibətlərimizin rəhnidir”, - Sankt-Peterburq qubernatoru əvəzi Aleksandr Beqlov da forumdakı çıxışı zamanı bildirib.

 

Rusiya Prezidentinin Regionlararası Mədəni Əlaqələr İdarəsinin rəhbəri Vladimir Çernov da Leninqad mühasirəsinin yarılması ilə qələbə istiqamətində əhəmiyyətli addımın atıldığını dilə gətirib: “Mühasirənin şahidi olanlar, onu hafizəsində daşıyanlar get-gedə azalır. Amma o birlik, qələbə naminə, sülh azadlıq naminə verilən qurbanlar xatirəmizdədir. O qəhrəmanlığı qorumaqda bir olmaq vəzifəmizdir”.

Mövqe.- 2019.- 26 aprel.- S.7