Aqrar sektor yeni inkişaf mərhələsinə qədəm
qoyub
Nazirlər
Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev kənd təsərrüfatının
inkişafının əhəmiyyətini xüsusi qeyd edib,
qarşıya qoyulan hədəflərə nail
olunmasının vacibliyini vurğulayıb.
Bu gün Naxçıvan
Muxtar Respublikasında
aqrar sektor yeni inkişaf mərhələsinə qədəm
qoyub. Ötən il muxtar respublikada
kənd təsərrüfatının
inkişafı sahəsində
atılan ən əhəmiyyətli addımlardan
biri “Toxumçuluq haqqında” Naxçıvan
Muxtar Respublikasının
2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı olub. Bu qanun müstəqillik
dövrü tarixində
Naxçıvanın ənənəvi
kənd təsərrüfatı
bitkilərini məhv olmaq təhlükəsindən
xilas edən, yerli bitki növlərinin
sort təmizliyini qoruyacaq ən mühüm dövlət sənədidir.
Muxtar respublikada
ilk dəfə qəbul edilən bu qanun toxum
istehsalının, tədarükünün
və istifadəsinin hüquqi əsaslarını
müəyyən edir,
əkinçilikdə mühüm
qərarların verilməsində
əsas baza rolunu oynayır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət
göstərir. Sahibkarlara
elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının
satışının təşkil
edilməsi, eləcə
də 70 faiz güzəştli şərtlərlə
mineral gübrələrin
verilməsi təmin olunur. Bundan əlavə, istehsal olunan I və II reproduksiyalı toxumların
satışına görə
dövlət tərəfindən
subsidiyalar ödənilir,
eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilir.
Kənd təsərrüfatının
bitkiçilik sahəsində
əldə olunan uğurlarda muxtar respublika sahibkarlarının
müasir kənd təsərrüfatı texnikaları
ilə təchiz olunmasının da böyük rolu var. Hazırda muxtar respublikada
sahibkarlara aqroservis xidməti “Naxçıvan
Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətinin
rayonlarda olan kənd təsərrüfatı
maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq”
ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı
kənd təsərrüfatı
texnikası gətirilib,
onlardan 1688 ədədi
nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara
satılıb.
Muxtar respublikada,
demək olar ki, hər il
torpaq sahələrinin
su ilə təminatının yaxşılaşdırılması
tədbirlərinin şahidi
oluruq. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə
qatılmasına imkan
verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini
əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi
istifadəyə verilib.
Ötən il isə Kəngərli rayonunun Böyükdüz
kəndini əhatə
edən yeni suvarma şəbəkəsinin
açılışı olub ki, bu
suvarma sisteminin qurulması nəticəsində
407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb.
Son illər əkinçilik
üçün yararlı
olmayan torpaq sahələrində iməciliklər
yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü
zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi
üçün geniş
imkanlar açır.
Hər il bu meyvə bağlarından
tonlarla məhsul yığılır. Yeni
və ənənəvi
meyvə sortlarından
ibarət bağların
salınması davam etdirilir. Son illərdə ixrac qabiliyyəti yüksək
olan meyvə növlərinin yetişdirilməsi
diqqət mərkəzində
saxlanılaraq bu istiqamətdə mühüm
işlər görülüb.
Belə ki, Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən
hissəsində ötən
illər ərzində
100 hektara yaxın püstə bağı salınıb. Adıçəkilən
rayonun Xok kəndinin ərazisində
2017-ci ildə əlavə
olaraq 15 hektardan çox sahədə yeni badam bağı
salınıb.
Son illərdə əhalini
ilboyu meyvə-tərəvəz
məhsulları ilə
təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən
əsas tədbirlərdəndir.
İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması
ilin istənilən fəslində daxili bazarın tələbatının
ödənilməsinə
imkan verir.
Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, onu
da vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub. Hazırda icrası davam etdirilən “Naxçıvan
Muxtar Respublikasının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”, “2016-2020-ci illərdə
Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin
və tərəvəzçiliyin
inkişafı üzrə
Dövlət Proqramı”
və “2017-2022-ci illərdə
Naxçıvan Muxtar
Respublikasında arıçılığın
inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas
etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını
nəzərdə tutur.
Bundan əlavə, son illərdə muxtar respublikanın paytaxt şəhəri Naxçıvanda müxtəlif
festivalların təşkili
ənənə halını
alıb. Bu festivalların da, əsasən, kənd təsərrüfatı yönümlü
olması bu sahənin təşviqinə
göstərilən böyük
diqqətin nəticəsi
kimi qiymətləndirilməlidir.
Bütün bunlar onun göstərir ki, muxtar respublikada kənd təsərrüfatının
inkişafı davamlı
xarakter daşıyır
və bu sahədə yaradılmış
baza növbəti illərdə daha mühüm nailiyyətlərin
qazanılmasına töhfə
verəcək.
Mövqe.- 2019.- 1
avqust.- S.7